Daxili siyasət

Prezident Konstitusiya Məhkəməsinin əməkdaşlarını təltif edib - SİYAHI

10 İyul 2018 18:50

Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illiyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Aprel döyüşləri nəticəsində öz gücümüzü nümayiş etdirdik" - Tamerlan Vahabov

10 İyul 2018 17:46

“Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlət başçısı haqlı olaraq qeyd etdi ki, 2016-cı ilin Aprel döyüşləri Sarkisyan rejiminə böyük zərbə oldu. Çünki Aprel döyüşləri nəticəsində torpaqlarımızın bir qismi işğaldan azad olunmuşdur. Bu, göz önündə olan nəticədir”. Bunu beynəlxalq ekspert Tamerlan Vahabov deyib.

"Heç bir demokratik ölkədə belə hallara yol verilmir" - Millət vəkili

10 İyul 2018 17:44

“Terrora cəhd etmək, itaətsizlik, kütləvi iğtişaşlara çağırış qanuna zidd hallardır”. Bunu millət vəkili Tahir Rzayev deyib.

Prezident “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edib

10 İyul 2018 16:05

Prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Azərbaycan düşmən ölkəni bütün beynəlxalq layihələrdən təcrid edib - ŞƏRH

10 İyul 2018 16:02

“Azərbaycan Prezidentinin siyasətinin əsasında məhz vətəndaş amili dayanır”.

Seymur Orucov Gəncədəki hadisə ilə bağlı gənclərə çağırış etdi

10 İyul 2018 15:35

“Ümumiyyətlə Gəncədə törədilən terror hadisəsini qəti şəkildə pisləyirəm. Çünki bu, olmaması gərəkən bir hadisə idi. Biz təkcə icra başçısına yox, hər hansı bir vətəndaşa qarşı da bu cür terror hadisəsini ölkəsindən, dinindən, milliyətindən asılı olmayaraq hər zaman pisləmişik. İndi də kimlərsə bu terror hadisəsindən sui-istifadə edərək ölkədə əmin-amanlığı pozmağa cəhd edirlər”. Bunu Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

Məsuliyyətdən yayınmaq olmaz

10 İyul 2018 13:15

İlham Əliyev iki yeni müavin təyin etdi

10 İyul 2018 12:12

Qida Təhlükəsizliyi Agentliyinə iki sədr müavini təyin olunub. Azərbaycan prezidenti İlham Əliyevin iyulun 9-da imzaladığı sərəncamlarla Rəşad Məcnun oğlu Mafusov və Balarəhim Mirzəağa oğlu Quliyev Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib.

Fond rəhbəri: "Yadellilər, sui-qəsdçilər hər zaman elə Gəncədə məğlub olublar"

10 İyul 2018 11:57

“Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd ətrafında kimlərinsə suyu bulandırmaq, bu hadisəni daxili siyasi proseslərə proeksiya edərək divident qazanmaq, yaxud manipulyasiya etmək, ictimai rəyi yanıltmaq cəhdləri açıq hiss olunur. Çox təəssüf ki, keçmişin dərslərindən ibrət götürülmür və siyasi həvəskarların, ölkə kənarından hər fürsətdə işarə gözləyənlərin, situasiyadan asılı olaraq, Şimal yaxud Cənuba istiqamətlənənlərin, sərbaz, yaxud kazak çəkməsi həsrəti yaşayanların illüziyalarının bu ölkəyə necə baha başa gəldiyi unudulur”. Bunu Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib.