Daxili siyasət

Əli Həsənov Gəncə hadisələri ilə bağlı açıqlama edib

11 İyul 2018 12:38

"Gəncədə yaranmış həssas dönəm cəmiyyətimizin dövlətin ətrafinda daha sıx birləşməsini tələb edir".

"Azərbaycan təxribatların qarşısını almağa qadirdir" - RƏY

11 İyul 2018 12:14

Millət vəkili, AMEA-nın müxbir üzvü Musa Qasımlı “Olaylar”a bildirib ki: “ İlk növbədə, Gəncədə törədilən iğtişaş zamanı həlak olan polis işçilərinə Uca Yaradandan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirəm. Qəbirləri nurla dolsun.

Nazirlikdə görüş

11 İyul 2018 12:09

Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev arasında görüş keçirilib.

Akif Aşırlı: “Dövlət-xalq münasibətlərinə zərər vermək istəyən xarici qüvvələr var”

11 İyul 2018 11:42

“Ümumiyyətlə, bu cür çağırışlar və təxribat hallarına qarşı cəmiyyətin ən fəal ziyalı kəsimi, media strukturları mənfi münasibətini bildirməli və buna qarşı təbliğat aparılmalıdır”. Bunu “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib.

Mais Səfərli: “Onların aqibəti çox acınacaqlı olacaq”

11 İyul 2018 11:41

“Azərbaycan çox güclü dövlətdir. Bütün beynəlxalq təşkilatların apardığı sorğular da göstərir ki, stabilliyin qorunması, qanunların yerinə yetirilməsi sahəsində və s. Azərbaycan ən güclü dövlətlər sırasındadır. Bildiyiniz kimi Azərbaycan stabilliyin qorunması ilə dünyanın ən irəlidə gedən dövlətləri ilə belə müqayisə oluna bilər. Təbii ki, ölkəmizin çoxlu düşmənləri də var”. Bunu "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib.

Müşfiq Ələsgərli: “Gəncədə baş verən hadisə ölkəmizdəki sabitliyə qarşıdır”

11 İyul 2018 11:37

“Gəncədə baş verən hadisələr polisə qarşı deyil, ümumilikdə Azərbaycanda sabitliyin pozulması üçün atılmış addımlardır. Hətta çox vaxt ictimai rəydə bir çaşqınlıq yaradılır ki, Gəncədə baş verən hadisə icra başçısına, polisə qarşı olan olaylardır. Amma əslində bunların heç biri deyil. Bu Azərbaycana və ölkəmizdəki sabitliyə qarşı baş vermiş olaydır”. Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

QHT rəhbəri: "İki qəhrəman polisimizin şəhid edilməsi ən böyük cinayətdir"

11 İyul 2018 11:34

"Gəncə şəhəri Azərbaycanımızın ürəyidir. Ermənistan xüsusi xidmət orqanları başda olmaqla, bir cox xarici qüvvələr öz çirkin əməllərini həyata keçirmək üçün məhz Gəncə şəhərini seçməsi heç təsadüf deyildir". Bunu QHT rəhbəri Çingiz Bayramov deyib.

Millət vəkili: “Sabitliyi pozmağa çalışanlara qarşı ciddi tədbir görülməlidir”

11 İyul 2018 11:29

“Ümumiyyətlə dövlətə qarşı təxribatçı əməllər heç zaman düzgün sayıla bilməz. Ölkədə baş verən hadisə də Azərbaycana qarşı törədilmiş bir təxribatdır. Bu mənada təxribatçılar çox ciddi cəzalandırılmalıdır”. Bunu millət vəkili Azər Badamov deyib.

Gəncədə qanlı cinayət törətməkdə şübhəli bilinən iki nəfər axtarılır - FOTO

11 İyul 2018 11:26

İyulun 10-da Gəncədə qanlı cinayət törətməkdə şübhəli bilinən iki nəfər axtarılır.