Müşfiq Ələsgərli: “Gəncədə baş verən hadisə ölkəmizdəki sabitliyə qarşıdır”

“Gəncədə baş verən hadisələr polisə qarşı deyil, ümumilikdə Azərbaycanda sabitliyin pozulması üçün atılmış addımlardır. Hətta çox vaxt ictimai rəydə bir çaşqınlıq yaradılır ki, Gəncədə baş verən hadisə icra başçısına, polisə qarşı olan olaylardır. Amma əslində bunların heç biri deyil. Bu Azərbaycana və ölkəmizdəki sabitliyə qarşı baş vermiş olaydır”. Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

"Gəncədə baş verən hadisələr polisə qarşı deyil, ümumilikdə Azərbaycanda sabitliyin pozulması üçün atılmış addımlardır. Hətta çox vaxt ictimai rəydə bir çaşqınlıq yaradılır ki, Gəncədə baş verən hadisə icra başçısına, polisə qarşı olan olaylardır. Amma əslində bunların heç biri deyil. Bu Azərbaycana və ölkəmizdəki sabitliyə qarşı baş vermiş olaydır".

Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

"Hər halda hüquqi dövlətdə icra başçısı ilə bağlı bir problem baş veribsə onun hüquqi yolları, mexanizmləri var. Bu variant qəbuledilməzdir və terrorçuluq əməlidir. Əslində nə qədər üzücü olay olsa da burada qürurverici və şərəf duyacaq bir məqam var. Bu məqam ondan ibarətdir ki, görünür onlar Azərbaycan polisinin gücünü, qüdrətini və ideoloji hazırlığını düzgün hesablamayıblar. Azərbaycan polisi vəzifə borcunu yerinə yetirmək üçün hətta canından belə keçməyə hazırdır. Bu məsələ yəqinki o iğtişaş təşkilatçılarının, ölkəmizdə sabitliyi pozmaq istəyənlərin nəzərindən qaçıb. Qürurverici haldır ki, Azərbaycan məmuru, polisi öz şərəfli vəzifəsini qorumaq üçün canını verməyə hazırdır. Hesab edirəm ki, bizim ictimai rəy bu yöndə köklənəcək və ictimaiyyət xalqımızın, dövlətimizin, polisimizin yanında olacaq"-deyə, sədr müavini fikrini tamamlayıb.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31