QHT rəhbəri: "İki qəhrəman polisimizin şəhid edilməsi ən böyük cinayətdir"

"Gəncə şəhəri Azərbaycanımızın ürəyidir. Ermənistan xüsusi xidmət orqanları başda olmaqla, bir cox xarici qüvvələr öz çirkin əməllərini həyata keçirmək üçün məhz Gəncə şəhərini seçməsi heç təsadüf deyildir". Bunu QHT rəhbəri Çingiz Bayramov deyib.

Ç.Bayramov bildirib ki, Gəncə şəhəri tarixən Azərbaycan dövlətçiliyinin əsasının qoyulduğu və dövlətimizin ilk paytaxtıdır: "Milli və mənəvi dəyərlərə bağlı olan qədim Gəncə şəhərində dini radikal ünsürlər dövlətimizin polisinə əl qaldırılması və iki qəhrəman polisimizin şəhid edilməsi ən böyük cinayətdir. Bu hadisədə yaxından və ya uzaqdan əli olan hər bir kəs məsuliyyətə cəlb olunmalı və hüquqi müstəvidə layiqli cəzasını almalıdır. Azərbaycan dövlətçiliyini qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31