Mais Səfərli: “Onların aqibəti çox acınacaqlı olacaq”
“Azərbaycan çox güclü dövlətdir. Bütün beynəlxalq təşkilatların apardığı sorğular da göstərir ki, stabilliyin qorunması, qanunların yerinə yetirilməsi sahəsində və s. Azərbaycan ən güclü dövlətlər sırasındadır. Bildiyiniz kimi Azərbaycan stabilliyin qorunması ilə dünyanın ən irəlidə gedən dövlətləri ilə belə müqayisə oluna bilər. Təbii ki, ölkəmizin çoxlu düşmənləri də var”. Bunu "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib.
11 İyul 2018 11:41 Siyasət"Azərbaycan çox güclü dövlətdir. Bütün beynəlxalq təşkilatların apardığı sorğular da göstərir ki, stabilliyin qorunması, qanunların yerinə yetirilməsi sahəsində və s. Azərbaycan ən güclü dövlətlər sırasındadır. Bildiyiniz kimi Azərbaycan stabilliyin qorunması ilə dünyanın ən irəlidə gedən dövlətləri ilə belə müqayisə oluna bilər. Təbii ki, ölkəmizin çoxlu düşmənləri də var".
Bunu "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib.
Onun sözlərinə görə, bu gün xaricdə erməniləri dəstəkləyən, eləcə də ölkəmizin daxilində Azərbaycanı istəməyən qüvvələr var: "Bütün bunlara baxmayaraq Azərbaycan dövləti, hakimiyyəti o qədər güclüdür ki, onlar burada əl-qol aça bilmirlər. Çünki ölkəmizdə davamlı stabillik var. Amma stabilliyin qorunması heç də asan başa gəlmir. Bu cənab Prezident İlham Əliyevin çox uğurlu fəaliyyətinin nəticəsidir. Amma gördüyünüz kimi Gəncədə baş verən hadisə Azərbaycan hüquq-mühafizə orqanlarının dediyi kimi dini radikalların törətdiyi bir terrordur. Hakimiyyətin gücü də ondadır ki, həmin terrorçu saxlanıldı və barəsində istintaq gedir. Heç kəs Azərbaycanın qanunlarına qarşı çıxa bilməz və Konstitusiya quruluşuna qarşı gedə bilməz. Əgər gedəcəksə onların aqibəti çox acınacaqlı olacaq".