"Heç bir demokratik ölkədə belə hallara yol verilmir" - Millət vəkili

“Terrora cəhd etmək, itaətsizlik, kütləvi iğtişaşlara çağırış qanuna zidd hallardır”. Bunu millət vəkili Tahir Rzayev deyib.

"Terrora cəhd etmək, itaətsizlik, kütləvi iğtişaşlara çağırış qanuna zidd hallardır".

Bunu  millət vəkili Tahir Rzayev deyib.

Onun sözlərinə görə, çünki əgər insanlara demokratiya, söz və mətbuat azadlığı verilibsə bunlar bu vasitələrlə öz hüquqlarını qorumalı və qanuni şəkildə müraciətlər etməlidirlər: "Onların qeyri-qanuni çağrışları zorakılıq yoludur. Bu zorakılıq yolu da sözsüz ki, qanunla tənzimlənməlidir və qanuni cavabını almalıdır. Heç bir demokratik, azad müstəqil ölkədə belə hallara yol verilmir. Belə çağırışı edənlər istər ABŞ-da, istərsə də digər Avropa ölkələri olsun o dəqiqə də öz cəzalarını alırlar. Çünki bu cür hərəkətlərə əl atmaq hüquqa zidd yoldur. Əgər kiminsə nə təklifi varsa, incidilirsə, nə vaxtsa hüquqi pozulubsa qanuni şəkildə müraciət etməlidir. Bunun üçün adiyyatı orqanlar var. Yoxsa haradasa xırda bir hadisə olur, bundan istifadə etmək yolverilməzdir. Mən qəti şəkildə terrorun, insanları itaətsizliyə çağırmağın əleyhinəyəm və bu əməlləri pisləyirəm. Sözsüz ki, onların bu cür hərəkətləri Azərbaycanda qarşıdurma yaratmağa xidmət edir. Yəni, müəyyən qüvvələr var ki, bundan bəhrələnmək istəyirlər. Amma heç vaxt çirkin məqsədlərinə nail ola bilməyəcəklər".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31