“Aprel döyüşləri nəticəsində öz gücümüzü nümayiş etdirdik" - Tamerlan Vahabov

“Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlət başçısı haqlı olaraq qeyd etdi ki, 2016-cı ilin Aprel döyüşləri Sarkisyan rejiminə böyük zərbə oldu. Çünki Aprel döyüşləri nəticəsində torpaqlarımızın bir qismi işğaldan azad olunmuşdur. Bu, göz önündə olan nəticədir”. Bunu beynəlxalq ekspert Tamerlan Vahabov deyib.

"Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlət başçısı haqlı olaraq qeyd etdi ki, 2016-cı ilin Aprel döyüşləri Sarkisyan rejiminə böyük zərbə oldu. Çünki Aprel döyüşləri nəticəsində torpaqlarımızın bir qismi işğaldan azad olunmuşdur. Bu, göz önündə olan nəticədir".

Bunu beynəlxalq ekspert Tamerlan Vahabov deyib.

"Əsas məsələ budur. İkincisi, Ermənistan tərəfindən həm canlı, həm də döyüş texnikasının məhv edilməsi bu işğalçı ölkənin müdafiə xətlərinin çürük və heç bir həmləyə hazır olmadığını göstərir. Bildiyimiz kimi hərbi potensial ölkənin iqtisadi potensialına bağlıdır. Bu gün Ermənistanın iqtisadiyyatı isə çox ağır vəziyyətdədir. Biz Aprel döyüşləri nəticəsində öz gücümüzü bir daha nümayiş etdirdik"-deyə, T.Vahabov fikirlərini tamamlayıb.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sabah keçiriləcək görüşünə də münasibət bildirən beynəlxalq ekspert deyib ki, bu görüş yeni bir görüş silsiləsindəndir: "Biz bilirik ki, Ermənistanda bundan öncəki rüşvətxor və qeyri-leqitim Sarkisyan hökuməti çökmüşdür. Bu görüş test xarakteri daşıyacaq. Azərbaycan tərəfinin mövqeyi bəllidir. Biz baxacayıq ki, Paşinyan hökumətinin nümayəndələri bu məsələdə özlərini necə göstərəcəklər. Görək onlar konstruktiv müstəvidə danışıqlara üstünlük verəcəklər yoxsa, köhnə adət-ənənələrinə sadiq olaraq qeyri-konstruktiv mövqe tutub köhnə məlumatları ortaya qoyacaqlar. Bu daha çox müşahidə görüşü olacaq".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31