Sosial

Ramazan ərəfəsində bazarda ucuzlaşma - Qiymət siyahısı - VİDEO

25 May 2017 16:10

İki gündən sonra Azərbaycanda Ramazan ayı başlayır.  Bayram ərəfəsində paytaxtın bir neçə bazarında olub. Meyvələrin, tərəvəz, ət və ağartı məhsullarının qiymətləri ilə maraqlanıb. Məlum olub ki, mövsümlə əlaqədar daha çox meyvə-tərəvəz məhsullarının qiymətində ciddi ucuzlaşma müşahidə olunur.

Hərbi xidmətdən yayınanların işi çətinləşir

25 May 2017 15:46

Azərbaycanda həqiqi hərbi xidmətə çağırışın və səfərbərliyin təmin olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanına yeni səlahiyyət verilir. Bu barədə məsələ “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Azərbaycan sülh və təhlükəsiz üzrə beynəlxalq tədbirdə

25 May 2017 15:30

Gənclər Təşkilatları Milli Şurasının Beynəlxalq Əlaqələr üzrə Katibi İlhamə Qasımzadə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Əhali Fondu tərəfindən "Gənclər, Sülh və Təhlükəsizlik: Regional Məsləhətləşmə və Dialoq" mövzusunda keçirilən konfransda Azərbaycanı təmsil edir. Milli Şuradan “OLAYLAR”-a bildirilib ki, 23-25 may tarixlərində İstanbul şəhərində keçirilən tədbirdə 20 ölkədən 39 gənc iştirak edir.

İƏT-in Daimi Komitəsinin 5-ci illik koordinasiya iclası keçirilir

25 May 2017 15:29

Ankara şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) milli və işçi qruplar üzrə əlaqələndirici şəxslərinin 5-ci illik koordinasiya iclası keçirilir.

Ağdaş sakinindən sənədsiz ov tüfəngi götürülüb

25 May 2017 15:27

Ağdaş sakinində odlu silah aşkar edilib. DİN-dən verilən məlumata görə, daxil olan məlumat əsasında Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xosrov kənd sakini Firqət Musayevin evindən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Bakıda istehlakçıları necə aldadırlar?

25 May 2017 15:24

Azad İstehlakçılar İctimai Birliyinə (AİİB) evlərə zəng vurularaq "uduşa düşmüsünüz" deməklə keyfiyyətsiz mal satışı barədə mütəmadi şikayətlər daxil olub. Bu haqda AİB-in sədri Eyyub Hüseynov məlumat verib.

Züleyxa Nadir yazır... 700 bal və işsizliyin fəsadları...

25 May 2017 15:22

Ali məktəblərə imtahan həyəcanı aprelin 30-dan başlayıb. Bu hələ başlanğıcdı. Abituyentlərin valideynləri, qohumları, dostları, müəllimləri imtahan günlərində keçirdikləri həyəcanı sonrakı günlərdə də yaşayacaqlar. Nəticələr bəlli olandan sonra ixtisas seçimində yaranan gərginlik hələ bir neçə gün davam edəcək. Yüksək bal toplayan abituriyent üçün bu məsələ asan həll olunur, hər kəs əvvəlcədən sevdiyi, bəyəndiyi ixtisası seçib yazacaq. Amma nisbətən aşağı bal toplayan abitureyntlərin vəziyyətini təsəvvür etmək elə də çətin deyil. Bir çox hallarda topladıqları bala uyğun istəmədikləri, təsadüfü bir ixtisası seçirlər - təki ali məktəbə qəbul olunsunlar. Bunun da nəticəsi sonradan cəmiyyətdə özünü neqativ tərəfdən əks etdirir.

Ramazanda ağız qoxusunun qarşısını alan Ən EFFEKTLİ ÜSUL

25 May 2017 15:17

Türkiyəli diş həkimi Pertev Kökdemir oruc tutan insanları xoşagəlməz ağız qoxusundan xilas olmağın ən effektli üsulları ilə tanış edib. Diş həkimi sahurda və iftarda cəfəri, nanə, zəncəfil, darçından bol-bol istifadə etməyi tövsiyə edib. O, bu bitkilərin ağız qoxusunu aradan qaldırdığını bildirib. P.Kökdemir deyib ki, Ramazan ayı yay vaxtına təsadüf etdiyi üçün 17 saat ac qalırıq, bu isə ağızda quruluq və qoxulara yol açır: “İftardan və ya sahurdan sonra dişlər fırçalanmadıqda ərzaq artıqları ağızda yığılır və qoxuya səbəb olur. Uzun müddət təmizlənməyən ağızda diş əti iltihabı başlayır və bu iltihab da qoxuya yol açır. Odur ki, iftardan və sahurdan sonra yemək artıqlarını uzaqlaşdırmaq üçün dişləri mütləq ən azı iki-üç dəqiqə fırçalayın, sonra isə qarqara edin”.

Azərbaycanda dini plüralizm ənənəsi formalaşıb

25 May 2017 15:07

Dini plüralizm dinlərin və dini ənənə daxilindəki fərqliliklərin çoxluğu anlamına gəlir. Məssəblər və dinlərarası tolerntlıq isə dini plüralizmin fundamental göstəriciləridir. Çox təəssüf ki, hazırda bir sıra inkişaf etmiş ölkələrdə belə dini tolerantlıq ənənləri formalaşmayıb. Azərbaycan isə nadir ölkələrdəndir ki, burada dini plüralizm, tolerantlıq bərqərar olub.

Boşandığı deyilən Günel açıb-tökdü: "Bilmirəm o xəyanəti qəbul edə bilərəm, ya yox?!

25 May 2017 15:06

Üç ildir ki, Firuz adlı əcnəbi vətəndaşla ailə qurub, Amerikaya gəlin köçüb. Bir qız anası olan həmyerlimiz ilyarımdır ki, Azərbaycanda yaşayır.

Bazarlarda insan orqanizmi üçün zərərli məhsullar satılır

25 May 2017 15:00

Hələ yay fəslinin başlamasına bir aydan çox vaxt qalmasına baxmayaraq artıq həmin fəslin məhsulları bazarları bürüyüb. İstər hazırda, istərsə də elə qış fəslində belə yay fəslinin məhsulları, ərzaq, kənd təsərrüfatı, meyvə-tərəvəz tapmaq asan məsələyə çevrilib. Bu öz-özlüyündə bir çoxları üçün müsbət qarşılana bilər və təqdir belə edilir. Ancaq məsələnin mahiyyətinə varanda, dərindən təhlil aparanda aydın olur ki, bu gün ilin istənilən fəslində asanlıqla bazarlardan əldə edə biləcəyimiz meyvə-tərəvəzlər əslində həyatımız üçün birbaşa təhlükə mənbəyidir. Çünki həmin məhsullar genetik modifikasiyaya məruz qalmış məhsullardır. Düzdür, geni dəyişdirilmiş məhsullar daha məhsuldar və dözümlü olsa da, lakin onun insan orqanizminə zərəri kifayət qədərdir. Azərbaycanda genetik modifikasiyaya uğramış məhsullar yetişdirilməsə də, lakin xaricdən ölkəmizə geni modifikasiya olunmuş məhsullar gətirilir. Ən çox geni modifikasiya olunan məhsullar sırasında Birləşmiş Ştatlar istehsalı olan mal və məhsullar üstünlük təşkil edir. Amerika bu məhsulların istehsalı və istehlakı üzrə dünyada birinci yeri tutur.

Hansı xəstəlikdən əziyyət çəkənlər oruc tuta bilməzlər? - RƏY

25 May 2017 14:56

Oruc tutmaq insan üçün çox xeyirlidir. Bu dini ayin orqanizmin zərərli maddələrdən təmizlənməsində çox gözəl effekt verir. Bunu Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasının terapevti, tibb üzrə fəlsəfə doktoru İbrahim Əfəndiyev deyib.

Əmək Nazirliyi 6,3 min nəfərdən çox əlilliyi olan şəxsi  bərpa-müalicə və  protez-ortopedik xidmətlərlə təmin edib

25 May 2017 14:24

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası istiqamətində görülən işlərin davamı olaraq, cari ilin yanvar-aprel aylarında 6 314 nəfər əlilliyi olan şəxs  bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib.

AMEA və FHN rəhbərliyinin birgə müşavirəsi

25 May 2017 14:24

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində AMEA və Fövqəladə Hallar Nazirliyinin rəhbərliklərinin iştirakı ilə işçi müşavirə keçirilir. Akademiyadan “Olaylar” – a bildirlib ki, müşavirədə AMEA ilə FHN arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

“Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqres keçiriləcək  

25 May 2017 14:14

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) 26-28 may tarixlərdə "Gülüstan" sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresini təşkil edir. Cəmiyyətdən “OLAYLAR”-a bildirilib ki, konqres iştirakçıları əvvəlcə Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcək. Konqresin ilk günündə kardiocərrahlar və rezidentlər üçün praktiki məşğələlər təşkil olunacaq. Gənc mütəxəssislər mayın 26-da saat 14:00-dan 18:00-dək təşkil ediləcək "Damar anastamozu" və "Mitral qapaq təmiri" kurslarında praktiki biliklərini artıracaqlar. Mayın 27-də isə Konqresin rəsmi açılış mərasimi baş tutacaq.