Sosial

Qərargah: Xəzərdə kişi meyiti tapılıb

25 May 2017 18:24

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir. 

Qəbul və buraxılış imtahanlarının tarixləri açıqlandı

25 May 2017 17:53

Dövlət İmtahan Mərkəzi 2017-ci ildə keçiriləcək qəbul və buraxılış imtahanlarının tarixlərini açıqlayıb. Mərkəzdən  verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olmaq üçün I-IV ixtisas qrupları üzrə keçirilən yay qəbul imtahanlarının, buraxılış imtahanlarının, orta ixtisas təhsili müəssiələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanlarının tarixləri müəyyən olunub.

Şöbə müdiri: "Azərbaycanda təhsil müddəti dünya ilə müqayisədə 6 həftə azdır"

25 May 2017 17:25

"Təhsilin müddəti Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir. Azərbaycan dünyada ən az təhsil müddətinə malik olan ölkələrdən biridir. 2 il bundan öncə ölkədə tədris müddəti 32,8 həftə idisə, dəyişikliklərdəm sonra 34 həftə olub. Hətta bu dəyişiliklərdən sonra belə Azərbaycan yenə də ən az uşağını məktəbə göndərənlərdən biridir".

Qarabağ münaqişəsi nəticəsində maddi - mədəni irsin məhv edilməsi mövzusunda konfrans keçirilib

25 May 2017 17:15

Mayın 25-də, Bakıda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi tərəfindən ”Qarabağ münaqişəsi nəticəsində maddi - mədəni irsin məhv edilməsi ilə bağlı İKT resurslarında təbliğat işinin gücləndirilməsi” mövzusunda gənclərin iştirakı ilə konfrans keçirilib. Tədbirə Nərimanov rayon Gənclər və İdman idarəsi də təşkilati dəstəyi verib. İctimai Birlikdən “Olaylar”a verilən məlumata görə, layihənin rəhbəri “Üfüq” Gənclərin İnkişafı Naminə ictimai birliyinin sədri Nail Şükürov bildirb ki, konfransın keçirilməsində əsas məqsəd işğal altında olan Qarabağın maddi – mədəni irsinin ermənilər tərəfindən  məhv edilməsi ilə bağlı faktların elektron vasitələr ilə həm Azərbaycanda, həm də dünyada daha geniş auditoriyaya təbliğ olunması, gənclərin və gənclər təşkilatlarının  Azərbaycan həqiqətlərinin – mədəniyyət irsinin obyektiv formada dünyada yayılmasında  rolunun artırılmasıdır.

Naftalan şəhərində veloyürüş keçirilib

25 May 2017 17:13

“28 May-Respublika günü”  münasibətilə Naftalanda veloyürüş keçirilib. 25 may 2017-ci il tarixdə Naftalan şəhərində Azərbaycan Respublikası Velosiped İdmanı Federasiyasının, Naftalan Şəhər İcra Hakimiyyətinin, şəhər Gənclər və İdman idarəsinin, eləcə də Naftala hotel Qaşaltının birgə təşkilatçılığı ilə “28 May-Respublika günü” münasibətilə veloyürüş keçirildi. Veloyürüşdə Azərbaycan Velosiped İdman Federasiyasının baş katibi Fərhad Əliyev və təşkilati məsələlər üzrə menecer Faiq Qurbanov  iştirak etdilər. 

Rumıniya universitetlərinin nümayəndələri BDU-da

25 May 2017 17:11

Birinci Azərbaycan-Rumıniya Universitet Forumu çərçivəsində Rumıniyanın İaşinin “Alexandru Ioan Cuza” Universiteti, Kənd Təsərrüfatı Elmləri və Veterinar Təbabət Universitetinin prorektorları – Liviu Dan Miron, İonel Mangalagiu, eyni zamanda, diplomatik müşavir Mihaela İanku Bakı Dövlət Universitetində olublar. Universitetdən “Olaylar” – a bildirilir ki, rektor, akademik Abel Məhərrəmovla görüşdə universitetlərarası əlaqələr, ikili proqramlar, birgə tədqiqatların aparılması, tələbə-müəllim mübadiləsi məsələləri müzakirə edilib.

Prokurorluq “Hürriyyət”in baş redaktoruna xəbərdarlıq etdi

25 May 2017 17:10

Baş Prokurorluqda aparılmış araşdırmalarla “Hürriyyət” qəzetində və həmin dövri mətbu nəşrin internet saytında dərc edilmiş müxtəlif başlıqlı məqalələrdə dövlət sirri haqqında, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinin kobud surətdə pozulması aşkar edilib. Bu haqda qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilib. Araşdırmalarla müəyyən olunub ki, mətbu orqandaqla Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura biləcək informasiyalar ictimailəşdirilib.

Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlər verilib

25 May 2017 17:06

Mayın 25-də bu istiqamətdə növbəti tədbir – Sabunçu rayonunun Bakıxanov qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, formda Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2017-ci ilin ötən dövrü ərzində ölkə üzrə 360 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 36,2 milyon manat güzəştli kredit yönəldilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 1000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə isə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1345 investisiya layihəsinin maliyyələşdirilməsinə 377,6 milyon manat güzəştli kredit verilib.

Həkim sirri təşkil edən məlumatlar yeni qaydada veriləcək

25 May 2017 16:46

Azərbaycanda həqiqi hərbi xidmətə çağırışın və səfərbərliyin təmin olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanına yeni səlahiyyət verilir. Məsələ “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

AHİK-də Azərbaycan və Tacikistan həmkarlar ittifaqları arasında Memorandum imzalandı

25 May 2017 16:45

2017-ci il mayın 25-də AHİK-də Tacikistan Müstəqil Həmkarlar İttifaqları Federasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında Memorandumun imzalanması mərasimi keçirilib. Mərasimdə çıxış edən AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev qonaqları salamlayaraq ölkələrimiz və xalqlarımız arasındakı qardaşlıq əlaqələrinin Azərbaycanda yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Nazir müavini: “Əhalinin əmanətlərini Beynəlxalq Bankdan götürməsi üçün heç bir əsas yoxdur”

25 May 2017 16:38

“Əhalinin əmanətlərini Azərbaycan Beynəlxalq Bankdan götürməsi üçün heç bir əsas və həyəcan yoxdur”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabatın müzakirəsi zamanı maliyyə nazirinin müavini, Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının sədri Azər Bayramov deyib.

Endikrinoloji Mərkəz: Qonşu ölkələrə müalicə üçün gedənlərin çoxu tabutda qayıdır

25 May 2017 16:17

Qalxanabənzər vəzi xəstəliyi çox zaman başqa xəstəliklərin maskası altında gizlənir. Səhiyyə Nazirliyinin Respublika Endikrinoloji Mərkəzin direktor müavini Babək Saleki bildirib ki, özlərində müəyyən şübhəli hallar hiss edən, xəstəliyin müxtəlif formaları müşahidə olunan xəstələr endokrinoloqdan öncə kardioloq, nevropatoloq, göz həkimi və ya digərlərinə müraciət edir.

Musa Qasımlı: “Azərbaycanın yeni bir modeldə təqdimatı oldu”

25 May 2017 16:12

“IV İslam Həmrəyliyi oyunlarının yüksək səviyyədə keçirilməsi Azərbaycanın yeni bir modeldə təqdimatı oldu, yeni standartlar yarandı”. Bunu  millət vəkili, AMEA-nın müxbir üzvü Musa Qasımlı deyib.