Sosial
Nəsimi rayonunda 28 May-Respublika Günü münasibətilə tədbir keçirilib
Nəsimi rayonu 159 saylı tam orta məktəbdə 28 May-Respublika Günü münasibətilə “Qalibiyyət günəşi - Azərbaycan” adlı tədbir keçirilib. “Olaylar” xəbər verir ki, tədbiri giriş sözü ilə məktəbin direktoru Vahid Xəlilov açaraq qonaqları salamlamış və sözü Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərova vermişdir.
Bakı Ali Neft Məktəbi Ploeşti Neft-qaz Universiteti ilə iki sənəd imzalayıb
Bakıda keçirilən Azərbaycan-Rumıniya Universitetlərinin birinci Forumu çərçivəsində Bakı Ali Neft Məktəbi ilə Rumıniyanın Ploeşti Neft-qaz Universiteti (PGU) arasında əməkdaşlıq haqqında razılaşma və Erasmus+ mübadilə proqramı çərçivəsində əlaqələrin genişlənməsi haqqında müqavilə imzalanıb.
Şəkidə 18.2 km-lik avtomobil yolunun tikintisi yekunlaşır
Yük və sərnişin daşımasını yaxşılaşdırmaq istiqamətində dövlət başçısının imzaladığı sərəncamlara uyğun olaraq ölkə boyu yol infrastrukturunun yenidən qurulması istiqamətində müxtəlif layihələr uğurla icra olunur. Bu layihələr sırasında kəndlərarası avtomobil yollarının yenidən qurulması xüsusi əhəmiyyət daşıyır. Şəki şəhərində bu cür layihələrdən birinin icrası artıq yekunlaşmaq üzrədir. Söhbət 18.2 km uzunluğunda olan Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolundan gedir. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, layihə çərçivəsində avtomobil yolunun 2.1 km-lik hissəsi 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub.
Təhsil naziri Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşüb
Mayın 26-da təhsil naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüşüb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüş zamanı Azərbaycan və Yaponiya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Azərbaycandan Moskvaya gedən nüfuzlu biznesmenin hicablı arvadına qarşı hörmətsizlik
Azərbaycandan olan nüfuzlu biznesmenlərdən birinin həyat yoldaşı Moskvada diskriminasiyaya məruz qalıb. Bu barədə “Exo Moskva” radiostansiyasının əməkdaşı Maksim Şevçenko müsahibəsində bildirib. O, qeyd edib ki, bu yaxınlarda Azərbaycandan olan dostu, tanınmış biznesmen həyat yoldaşı ilə Moskvaya gələrkən ona qarşı “Domodedovo” hava limanında hörmətsizlik olunub.
Daxili orqanında narkotik vasitə və psixotrop maddə aşkarlandı
Astara Gömrük idarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının üzərində aparılan şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zərurət yarandığından həmin şəxs tibbi müayinədən keçirilib. Yoxlama zamanı onun daxili orqanından - düz bağırsağından 3 ədəd bağlamada ümumi çəkisi 63.410 qram narkotik vasitə-heroin və 47.230 qram psixotrop maddə-metamfetamin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Baş Prokurorluq müsabiqəyə yekun vurub
Prokurorluq orqanlarında infomasiya və kommunikasiya texnologiyalarının səmərəli və geniş istifadə olunmasına istiqamətlənmiş ardıcıl tədbirlərin davamı olaraq Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsinə həmin sahədə zəruri ixtisas və təcrübəyə malik mütəxəssislərin işə qəbulu ilə əlaqədar 18 aprel 2017-ci il tarixdə elan edilmiş müsabiqəyə yekun vurulub. Bu barədə Baş Prokurorluqdan verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün müraciət etmiş 40-dan artıq şəxsdən zəruri tələblərə cavab verən mühəndis-proqramçı və veb-dizayner ixtisaslarına malik 30 namizəd müsabiqəyə buraxılıb. Namizədlərin nəzəri biliyi və peşə bacarığı səviyyələrinin yoxlanılması məqsədilə Baş Prokurorluğun və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələrindən ibarət yaradılmış komissiya tərəfindən 24 may 2017-ci il tarixdə Baş Prokurorluqda müsahibə keçirilb. Müsahibənin nəticələri üzrə 12 namizədin işə qəbul olunması məsələsinə baxılması tövsiyə edilib.
Türkdilli dövlətlər arasında elektron imzanın tanınması ilə bağlı razılıq əldə olunub
İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) informasiya və kommunikasiya texnologiyaları üzrə işçi qrupunun 2-ci iclası keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, tədbirdə “Elektron hökumət”, “Elektron imza”, peyk xidmətləri, kibertəhlükəsizlik, “Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM)” layihəsi və fiber-optik infrastrukturunun inkişafı mövzularında altqrupların iclasları təşkil olunub.
Penitensiar xidmətdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə görüş keçirilib
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Ceyhun Həsənov Beynəlxalq Qırmızı Xaç Komitəsinin ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Elena Sesseranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən “Olaylar”a verilən məlumata görə, nazir müavini qeyd edib ki, Komitənin rəhbər şəxslərinin, eləcə də Azərbaycan nümayəndəliyi əməkdaşlarının mütəmadi olaraq Ədliyyə Nazirliyinin və Penitensiar xidmətin rəhbərliyi ilə işgüzar görüşləri keçirilir, penitensiar müəssisələrə çoxsaylı başçəkmələrin nəticələri, o cümlədən məhkumların saxlanma şəraiti və digər maraq doğuran məsələlər ətraflı müzakirə olunur.
Sabir Fondu jurnalistlərlə görüş keçirdi
Dahi şair Mirzə Ələkbər Sabirin anadan olmasının 155-ci ildönümü münasibətilə Mirzə Ələkbər Sabir Fondunun təşkilatçılığı ilə mətbuat nümayəndələrilə görüş keçirilib. Görüşdə çıxış edən Fondun prezidenti Sevda Tahirli hər il M.Ə.Sabirin doğum günü ərəfəsində bu cür tədbirlərin keçirilməsinin bir adət halını aldığını bildirib. Sevda xanım: “2012-ci ildə yaradılmış Mirzə Ələkbər Sabir Fondunun məqsədi Sabir yaradıcılığının öyrənilməsi və irsinin tədqiqindən ibarətdir.
Auqsburqda Azərbaycan multikulturalizmi ehtişamı
Yerdə uzanan uşaq cəsədləri, bombalanan şəhər... - 22 nəfər niyə öldürüldü?
İŞİD üç gün əvvəl Mançester şəhərində törətdiyi terrordan aylar əvvəl qərblilərdən nifrət etmək üçün 6 səbəbin göstərildiyi məqalə hazırlayıb. "Biz sizdən niyə nifrət edirik və sizinlə mübarizə aparmaq istəyirik?" adlanan məqalə ötən ilin yayında nəşr edilib.
Belarusda Azərbaycan Ticarət Evi açılacaq
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat Ağalar Vəliyev Azərbaycan Ticarət Evinin açılışında iştirak etmək üçün mayın 26-da Belarus Respublikasına səfərə gedəcəklər. Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, Minsk şəhərində açılan ticarət evi “Made in Azərbaycan” brendinin tanıdılması, yeni məhsulların satışının təşkili və əlaqələndirilməsi ilə bağlı fəaliyyət göstərəcək.Tədbirdə hər iki ölkənin dövlət və hökumət nümayəndələrinin, iş adamlarının iştirakı nəzərdə tutulur. Səfər mayın 28-də başa çatacaq.
Baş redaktorun “Space”dən getməsinə aydınlıq gətirildi
“Space” Müstəqil Teleradio Şirkətinin (“Space” TV) "Hər gün” informasiya proqramının baş redaktoru Elman Gədiklinin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı xəbərlər yayılıb. Bu xəbərlərdə iddia olunur ki, o, Təhsil Nazirliyi barədə tənqidi material hazırladığına görə işdən azad olunub. Məsələ bağlı “Space” TV-nin prezidenti Vaqif Mustafayev açıqlam verib. O, Elman Gədiklinin şəxsi arzusu ilə işdən ayrıldığını deyib: “O, özünün yazdığı ərizə ilə 25 maydan etibarən “Space” TV-dən çıxıb. Onu heç kim işdən çıxarmayıb. Əlimizdə özünün imzası ilə yazılan ərizəsi var. Təhsil Nazirliyi tərəfindən də bizə hər hansı məsələ ilə bağlı müraciət edilməyib”. E.Gədiklinin ərizəni yazmağa məcbur edilməsinə gəlincə, V.Mustafayev bunu yalan adlandırıb.














