Sosial
Yanacaqdoldurma məntəqələrindən kütləvi şikayət - Benzin alan sürücülər belə aldadılır...
Azərbaycanda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrindən (YDM) daxil olan şikayətlər səngimək bilmir, sürücülər aldıqları yanacağın kəmiyyət və keyfiyyətinə şübhə ilə yanaşırlar. Bəzilərinin iddialarına görə, YDM-lərdə avtomobilin çəninə vurulan benzinin həcmi monitorda göstərildiyindən 1-2 litr az olur. Maraqlı məqam şikayətçilər arasında yeni alınmış avtomobil sahiblərinin də olmasıdır. Onlar bildirir ki, hətta yanacaqdoldurma məntəqəsində vurulan yanacaq həcmə uyğun gələn məsafəni qət etməyə imkan vermir...
Elmi Şuranın iclasında dissertasiya mövzularının müzakirəsi
AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyində bu müəssisənin direktoru, akademik Rafael Hüseynovun sədrliyi ilə Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Filologiya problemləri üzrə Elmi Şurasının 5-ci iclası keçirilib. Akademiyadan “Olaylar” – a bildirlib ki, iclasda 6-sı elmlər doktorluğu, 35-i isə fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə təqdim olunmuş 41 dissertasiya mövzusu müzakirə olunub.
"Yeni Fikir Müsabiqəsi - 2017"-nin yarımfinal mərhələsi
AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP), Təhsil, İqtisadiyyat, Gənclər və İdman, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri və bir sıra şirkətlərin dəstəyi ilə "Yeni Fikir Müsabiqəsi - 2017"-nin yarımfinal mərhələsi keçirilib. Akademiyadan “Olaylar” – a bildirlib ki, yarımfinal mərhələsində müsabiqəyə müraciət edən 148 layihədən 35-i iştirak edib.
Su kanalının sahilində silah-sursat tapılıb
Qax rayonu ərazisindən keçən su kanalının sahilindən silah-sursat aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 1-ci Şıxlı kəndi ərazisindən keçən su kanalının sahilindən nömrəsi silinmiş (paslanmış halda) “AKM-74” markalı silah, “TOZ-8” markalı ov tüfəngi, avtomat darağı və 30 ədəd avtomat patronu aşkar edilərək götürülüb.
Dövlət Sərhəd Xidməti Gözəl Bayramlı haqda məlumat yaydı
Dövlət Sərhəd Xidməti (DSX) AXCP sədrinin müavini Gözəl Bayramlının saxlanması barədə məlumat yayıb. Xidmətdən “Olaylar”a verilən məlumata görə, mayın 25-də saat 22 radələrində Azərbaycan vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb.
“Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi
AMEA Naxçıvan Bölməsində fəaliyyət göstərən “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi “Ümummilli lider Heydər Əliyevin irsində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolunun qiymətləndirilməsi” mövzusuna həsr olunub. Bölmədən “Olaylar” – a bildirlib ki, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin öyrənilməsi, bununla bağlı arxiv sənəd və materiallarının xalqımıza çatdırılması sahəsində ulu öndər Heydər Əliyevin atdığı addımlardan söz açıb. İ.Hacıyev qeyd edib ki, ümummilli lider Heydər Əliyev hər zaman xalqımızın dövlətçilik tarixində parlaq rol oynamış Azərbaycan Xalq Cümhuriyyətinin, Cümhuriyyət xadimlərinin fəaliyyətinə obyektiv və yüksək qiymət verib, müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dönə-dönə qeyd edib.
Gənc riyaziyyatçılar üçün mühazirə
AMEA Riyaziyyat və Mexanika İnstitutu “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan elmi-populyar mühazirə və seminarlar keçirir. Akademiyadan “Olaylar” – a bildirlib ki, növbəti mühazirə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda akt zalında keçirilib.
Dolu düşəcək - XƏBƏRDARLIQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
"Zəif nəticə göstərən müəllimlər işdən çıxarılacaq"
İndiyədək keçirilən diaqnostik qiymətləndirmələrdə kifayət qədər zəif nəticə göstərən müəllimlərin ixtisar ediləcəyi qaçılmazdır. Bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.
“ASAN xidmət” – də 28 may qeyri - iş günüdü
Respublika günü münasibətilə “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində 28 may qeyri - iş günüdür. Asan xidmətdən “Olaylar” – a bildirilib ki, 29 may tarixindən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər. Hazırda 11 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallıdadır.
Türk Akademiyası və Elmi-Metodiki Mərkəz arasında əməkdaşlıq
Qazaxıstanın paytaxtı Astana şəhərində türkdilli ölkələrin Humanitar elmlər üzrə II Beynəlxalq Forumu keçirilib. Mərkəzdən “Olaylar” – a bildirlib ki, ölkə prezidenti Nursultan Nazarbayevin “Gələcəyə baxış: ictimai şüurun müasirləşdirilməsi” adlı proqram məqaləsinə həsr olunmuş forumun açılışında respublikanın Dövlət katibi Gulşara Abdıkalikova, BMT, UNESCO, İSESCO, Türksoy və digər beynəlxalq təşkilatların rəhbərləri, ABŞ, Almaniya, Çin, Rusiya, Hindistan və s. ölkələrdən 200-ə yaxın alim və ekspertlər iştirak etmişlər. Tədbirdə Nursultan Nazarbayevin adından təbrik məktubu oxunub.
IX sinif üzrə buraxılış imtahanlarının I mərhələsinin nəticələri nə vaxt açıqlanacaq?
Bu həftənin cümə və ya şənbə günü IX sinfin buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlayacağıq. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə AzTV-də yayımlanan "Günün nəbzi" proqramında deyib.
İlk qəbul imtahanında 680-700 bal toplayanların əksəriyyəti ikinci imtahanda iştirak edəcək
Yazda keçirilən qəbul imtahanında iştirak etmiş 65 min abituriyentin 53 mini (80%) yay imtahanına qatılmaq üçün yenidən qeydiyyatdan keçib. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədriMəleykə Abbaszadə AzTV-də yayımlanan "Günün nəbzi" proqramında bildirib ki, ilk imtahanda aşağı nəticə göstərənlərin növbəti imtahanlarda iştirak etmək istəmədiyi müşahidə olunur.
GMO məhsulları dünya bazarını cənginə alıb
Ölkəyə genetik motifikasiya olunmuş (geni dəyişdirilmiş) məhsulların gətirilməsinə qadağa qoyulub. Bununla əlaqədar olaraq Milli Məclisi tərəfindən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyiliklik edilib.
Keyfiyyətli pomidoru necə müəyyən etməli?
Pomidor yaz-yay fəsllərində ən çox istifadə olunan tərəvəz məhsuludur. Məşiətdə pomidor həm bir sıra yeməklərin, salatların hazırlanmasında, həm də duza və sirkəyə qoyulmada istifadə olunur. Çox təəssüf ki, hazırda ölkədə satışa çıxarılan pomidorların böyük əksəriyyətinin genetik motifikasiya məhsulu olduğu bildirilir. Məlumata görə, həmin pomidorların yararlıq müdətini artırmaq məqsədilə bu növ məhsulların istehsalında xəstəliklərə və zərərvericilərə qarşı immnutet yaradan bitki və ya heyvan genindən istifadə edilir. Belə halda istehlakçı pomidor alan zaman onun hansı keyfiyyət əlamətlərinə diqqət yetirməlidir?














