Sosial

FHN Təhsil Nazirliyi ilə birgə təlim keçirib

9 İyun 2017 15:30

Azərbaycan Respublikasının Fövqəladə Hallar və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə Bakı şəhəri Qaradağ rayonunda yerləşən 139 nömrəli məktəbdə yanğın təhlükəsizliyinə dair təlim keçirilib. Bu barədə FHN-dən “Olaylar”a veriləön məlumata görə, təlimdə simulyasiya edilmiş yanğın zamanı həyəcan siqnalı verilməsi, məktəb kollektivi təhlükəsiz yerə təxliyyə edilməsi nəzərdə tutulub. Təlimə FHN-ə məxsus xüsusi texnika, o cümlədən yanğınsöndürən və təcili tibbi yardım maşınları da cəlb edilib.

Daşınmaz əmlaklarına dair çıxarışlar birbaşa ünvanlarda verilib

9 İyun 2017 15:26

İyulun 9-da Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Şəmkir rayonunun bir neçə kəndində “Kütləvi çıxarış” kampaniyası keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, keçirilən kampaniya nəticəsində 50-ə yaxın rayon sakininə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Kampaniya çərçivəsində mobil ofislərə müraciət edən 40-dan çox sakindən isə öz əmlaklarına dair çıxarış almaq üçün ilkin hüquq müəyyənedici sənədlər qəbul edilib. Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, pay torpağı, həyətyanı torpaq sahələrini əhatə edib. Sakinlər sənədləşdirmənin belə sürətli və rahat şəkildə olmasından, xidmətlərin onların ünvanına çatdırılmasından və göstərilən müxtəlif növ qeydiyyat xidmətlərindən razılıqlarını ifadə ediblər.

Aydın Əliyev Gürcüstanın KİV-nə müsahibə verib

9 İyun 2017 15:24

Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları üzrə konfrans və sərgisində iştirak etmək məqsədilə Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində səfərdə olan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev "Sputnik" informasiya agentliyinin Gürcüstan xidmətinə (sputnik-georgia.ru) və "Gürcüstan Xəbərləri" (apsny.ge) internet portalına müsahibə verib.

Azərbaycanın mütərəqqi seçki sistemi-siyasi plüralizmin bariz nümunəsi kimi

9 İyun 2017 15:22

Hər bir ölkənin mütərəqqi seçki sistemi onun siyasi pluralism ənənələrindən xəbər verir. Başqa sözlə, ölkəlrərdə keçirilən azad, demokratik və şəffaf seçki siyasi plüralizmin təntənəsi kimi dəyərləndirilir. Çünki, demokratik seçkilər zamanı ölkənin hər bir siyasi və ictimai zümrələri dövlətin idarə olunmasında iştirak şansı qazanırlar. Odur ki, qətiyyətlə demək olar ki, hər bir dövlətin mütərəqqi inkişafı müxtəlif səbəblərlə yanaşı həm də demokratik seçkilərdən asılıdır.

Azərbaycanın 23 muzeyinə məxsus 86 307 eksponat Ermənistanın nəzarəti altındadır

9 İyun 2017 15:15

Gəncədə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Üfüq” Gənclərin İnkişafı Naminə ictimai birliyi tərəfindən ”Qarabağ münaqişəsi nəticəsində maddi - mədəni irsin məhv edilməsi ilə bağlı İKT resurslarında təbliğat işinin gücləndirilməsi” mövzusunda gənclərin iştirakı ilə konfrans keçirilib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Miqrasiya Xidmətində olub

9 İyun 2017 15:12

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Cənubi Qafqaz üzrə regional nümayəndəsi Yohannes van der Klauv ilə görüşüb.

“Bakı Metropoliteni” Fransa şirkəti ilə əməkdaşlıq edir

9 İyun 2017 15:09

“Bakı Metropoliteni” QSC ilə Fransanın “Thales” şirkəti arasında imzalanan müqaviləyə əsasən əməkdaşlıq yeni istiqamətlərdə genişləndirilir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, qüqaviləyə əsasən, yeni xətlərin idarə edilməsi sistemlərini quraşdıracaq şirkət “Nərimanov” elektrik deposunda qatar hərəkəti sistemlərinin müasirləşdirilməsində də iştirak edəcək.

Natiq Əliyevin harada dəfn ediləcəyi məlum oldu

9 İyun 2017 15:02

Mərhum energetika naziri Natiq Əliyevlə vida mərasimi iyunun 10-da saat 12:00-da Şəhriyar adına Mədəniyyət Sarayında keçiriləcək. Bu barədə Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva məlumat verib. O bildirib ki, mərhum II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Bakı sakinləri hansı ölkəni Azərbaycana düşmən bilir? - SORĞU

9 İyun 2017 14:56

Azərbaycanın  müstəqillik qazandığı 26 il ərzində respublikamız bütün ölkələrlə dostluq və sülh şəraitində mövcudluğunu sürür. Amma bununla belə ərazilərimizin 20%-in Ermənistan tərəfindən işğal olunması, bir milyondan çox həmvətənimizin qaçqın və məcburi köçkün statusunda yaşaması illərdir davam edir. Bəs Bakı sakinləri hansı ölkəni Azərbaycanın düşməni olaraq görür?

Xaçmazda mənşəyi bilinməyən yarım ton ət aşkarlanıb

9 İyun 2017 14:40

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) aidiyyəti qurumlarla birlikdə qanunvericiliyə uyğun ölkə ərazisində epizootoloji sabitliyin və qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədilə dövlət baytarlıq nəzarətini həyata keçirir.

DİN: Hilal Məmmədov ad-soyadlı şəxs polis tərəfindən həbs olunmayıb

9 İyun 2017 14:38

Daxili İşlər Nazirliyi (DİN) “Tolışi sedo” qəzetinin baş redaktoru Hilal Məmmədovun saxlanılması ilə bağlı məlumatlara aydınlıq gətirib. DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, hər gün  müxtəlif məsələlərlə bağlı - cinayətə məruz qalan, cinayət törətməkdə şübhəli bilinən, inzibati qayda pozuntusu törədən, araşdırma tələbə edən və s. səbəblərlə yüzlərlə insan daxili işlər orqanlarına müraciət edir, dəvət olunur və ya saxlanılaraq gətirilir: “Bu, heç də o anlama gəlməməlidir ki, gündə bu qədər insan polis tərəfindən həbs olunur.

Türkiyədə polis bölməsi qarşısında avtomobil partladıldı

9 İyun 2017 14:32

Türkiyənin Batman rayonunun Kozluk mahalındakı Bekirhan ərazisində yerləşən polis bölməsi qarşısında bir avtomobil patladılıb. Yaralıların olduğu bölgəyə xeyli sayda təcili yardım və təhlükəsizlik işçiləri cəlb olunub. 

Məşədi olmaq 400, Kərbəlayi olmaq 1300 manata başa gəlir

9 İyun 2017 14:27

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Kərbəla, Nəcəf və Məşhədə təşkil etdiyi ziyarətlərin qiyməti məlum olub. QMİ-dən verilən məlumata görə, səfərlərin ödənişi ABŞ dolları ilə həyata keçiriləcək. Avtobusla 10 günlük Bakı-Nəcəf-Məşhəd-Bakı səfərinin qiyməti 350-400, təyyarə ilə 10 günlük Samirə, Nəcəf və Kərbəla səfəri isə 1200-1300 ABŞ dolları arasında olacaq.

Nazirlik: Natiq Əliyevin nəşi bu gün Bakıya gətiriləcək

9 İyun 2017 14:13

Türkiyənin İstanbul şəhərində müalicə aldığı klinikada vəfat edən energetika naziri Natiq Əliyevin nəşi bu gün Bakıya gətiriləcək. Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyevanın verdiyi məlumata görə, sabah 12:00-da “Şəhriyar Mədəniyyət Evi”ndə onunla vida mərasimi keçiriləcək. N. Əliyevin harada dəfn olunacağı ilə bağlı hələlik məlumat yoxdur.

Quba məzarlığında yaranmış vəziyyətlə bağlı müzakirə - YENİLƏNİB

9 İyun 2017 14:11

Quba Soyqırımı Memorial Kompleksində açıq havada qalan insan sümüklərinin təbii proseslər nəticəsində çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi ilə bağlı yaranmış mövcud vəziyyətin araşdırılması və baş verən proseslərin qarşısının alınması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən yaradılan komissiya üzvləri iyunun 9-da Qubaya gəliblər.