“Bakı Metropoliteni” Fransa şirkəti ilə əməkdaşlıq edir

“Bakı Metropoliteni” QSC ilə Fransanın “Thales” şirkəti arasında imzalanan müqaviləyə əsasən əməkdaşlıq yeni istiqamətlərdə genişləndirilir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, qüqaviləyə əsasən, yeni xətlərin idarə edilməsi sistemlərini quraşdıracaq şirkət “Nərimanov” elektrik deposunda qatar hərəkəti sistemlərinin müasirləşdirilməsində də iştirak edəcək.

"Bakı Metropoliteni" QSC ilə Fransanın "Thales" şirkəti arasında imzalanan müqaviləyə əsasən əməkdaşlıq yeni istiqamətlərdə genişləndirilir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, qüqaviləyə əsasən, yeni xətlərin idarə edilməsi sistemlərini quraşdıracaq şirkət "Nərimanov" elektrik deposunda qatar hərəkəti sistemlərinin müasirləşdirilməsində də iştirak edəcək. Bununla əlaqədar şirkətin nümayəndələri - Tomas Lannuzel, Pedro Madureyra Nunyes, Sedrik Lua "Bakı Metropoliteni" QSC-yə ezam olunmuşlar. Səfər çərçivəsində yenidən qurulması nəzərdə tutulan "Nərimanov" elektrik deposunun işarəvermə və rabitə sistemlərinin, qatar hərəkətinin idarə olunması sistemləri və avadanlıqlarının müasir tələblər səviyyəsinə çatdırılması, o cümlədən yoldəyişdirici qurğuların, yeni nəsil işıqforların quraşdırılmasında buna qədər yaranan suallar yerində araşdırılıb və təkliflərin müzakirəsi aparılıb. Ümumiyyətlə, qarşılıqlı əməkdaşlıq, fikir və təcrübə mübadiləsi son iki il ərzində mütəmadi davam etdirilib. "Nərimanov" elektrik deposunun park yollarında rels dövrələrinin dəyişdirilməsi, yeni avtostopların quraşdırılması, cütləşmiş yolayırıcıların idarə olunması və digər bu qisimdən olan mövzular ətrafında bunaqədərki sonuncu geniş müzakirə mart ayında Bakı metropoliteninin işarəvermə və rabitə xidmətinin əməkdaşlarının Fransaya səfəri zamanı olmuşdu. Bu yeniliklər gələcəkdə Bakı metropoliteninin mövcud xətlərində idarəetmə sistemlərinin müasir standartlar səviyyəsinə qaldırılmasının başlanğıcı olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31