Bakı sakinləri hansı ölkəni Azərbaycana düşmən bilir? - SORĞU

Azərbaycanın  müstəqillik qazandığı 26 il ərzində respublikamız bütün ölkələrlə dostluq və sülh şəraitində mövcudluğunu sürür. Amma bununla belə ərazilərimizin 20%-in Ermənistan tərəfindən işğal olunması, bir milyondan çox həmvətənimizin qaçqın və məcburi köçkün statusunda yaşaması illərdir davam edir. Bəs Bakı sakinləri hansı ölkəni Azərbaycanın düşməni olaraq görür?

"ACT Azərbaycan" bu sualla paytaxt sakinlərinə müraciət edib.

Sorğunun nəticələrini təqdim edirik. 

Demək olar ki, rəyi soruşulmuş hər kəs Azərbaycanın bir nömrəli düşməninin Ermənistan olduğunu bildirir (98 %). Respondentlərin dörddə biri isə Rusiyanı dost dövlət olaraq görmür (24 %). Az da olsa, İran və Fransanı da sevməyənlər var (hər biri 7 %). ABŞ da düşmən ölkələr siyahısında 5 % səslə yer alıb.

Şimal qonşumuzu sevməyənlər, əsasən, 18-24 yaş aralığında olan gənclərdir (29 %). Nisbətən orta nəslin nümayəndələri (25-34 yaş aralığı) İranı düşmən görür (12 %). Yaşlı nəsil isə (45-54 yaş aralığı) Fransa (14 %) və ABŞ-ı (9%) Azərbaycanın düşməni olaraq qəbul edirlər.

Sorğu 19 aprel - 1 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir. Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31