Sosial
AMEA İtaliyanın Neapol Şərq Universiteti ilə memorandum imzaladı
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə İtaliyanın Neapol Şərq Universiteti arasında arxeologiya sahəsində birgə tədqiqat və təhsil əməkdaşlığını nəzərdə tutan memorandum imzalanıb. Akademiyadan “Olaylar” – a bildirilib ki, memorandumu institutun direktoru, tarix üzrə elmlər doktoru Maisə Rəhimova və Neapol Şərq Universitetinin professoru Bruno Cenito imzalayıblar.
Nazirlər Natiq Əliyevə görə Bakıya gələcəklər
Rusiya və Səudiyyə Ərəbistanının energetika nazirləri Aleksandr Novak və Xalid əl-Falih bu gün Azərbaycana gələcək. A.Novak vəF. əl-Falih bu həftə vəfat edən Azərbaycanın energetika naziri Natiq Əliyevin xatirəsini yad etmək üçün Bakıya gəlir. Onlar sabiq nazirin məzarını ziyarət edəcəklər.
"Riyad" açıqlama verdi
“İyunun 8-də səhər saatlarında “Riyad” Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı Binəqədi rayonu 9-cu mikrayon, Mir Cəlal küç 1 d ünvanında yerləşən “Safastore” mağazasına hücum edərək əməkdaşları zor gücünə çölə çıxarmaqla bağlı yayılan informasiyalar tamamilə qeyri-obyektivdir və əsassız ittihamlardan ibarətdir.” Bunu “Riyad” Mühafizə Xidmətinin mətbuat katibi Fuad Mədətov "Olaylar" - a açıqlamasında bildirib. O, qeyd edib ki, adıçəkilən mağazanın əsl (hüquqi) sahibi məhz Xanməmmədov Azadxan Allahqulu oğludur:
Azərbaycanda 5 yaşlı uşaqdan yeni rekord
Azərbaycan şahmat tarixində 5 yaşlı uşaq yeni rekord təyin edib. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 236 nömrəli məktəbin məktəbəhazırlıq qrupunda məşğələlərə cəlb olunan Paşam Əlizadə birinci dərəcə normasını yığıb.
İNANILMAZ: Dilənçinin üstündən 30 min, bank hesabından sərvət çıxdı
Türkiyənin Bursa bölgəsində insanları dəhşətə gətirən olay baş verib. Bursanın Osmanqazi istiqamətində yerləşən tarixi Şehreküstü məscidinin qarşısında dilənçilik edən şəxs insanlardan topladığı pulları banka qoyurmuş.
"Azərsu" daha bir açıqlama yaydı: "Uşaqlar sudan zəhərlənməyiblər"
Hava ilə bağlı XƏBƏRDARLIQ edildi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 12-dən 13-ü gündüzədək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Abituriyentlər sınaq imtahanı verir
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün respublikanın 11 şəhərində sınaq imtahanları keçirir. DİM-dən verilən xəbərə görə, imtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhərlərində ümumilikdə 30 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 15274 abituriyent qeydiyyatdan keçib. Sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır.
Salyanda canavar kəndə hücum edib: 2 yaralı
Salyan rayonunda canavar sakinlərə hücum edib. Hadisə bu gün səhər saatlarında rayonun Şəkərli kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakinləri, 45 yaşlı Nazlı Məmmədağa qızı Səmədova və onun qohumu, 48 yaşlı Tahirə Həbulla qızı Səmədova odun yığarkən canavarın hücumuna məruz qalıblar. Yırtıcı hər iki qadının qollarını dişləyərək onlara müxtəlif dərəcəli xəsarətlər yetirib. Qadınların köməyinə yaxınlıqdakı çobanlar gəlib. Onlar canavarı öldürüblər.
İsmayıllıdan gətirilən ət at əti çıxdı
SON DƏQİQƏ: "Sədərək" ticarət mərkəzindəki yanğın söndürüldü (YENİLƏNDİ)
Bu bitki qanda xolesterinin miqdarını normaya salır
Laminariya və ya dəniz kələmi boz-qonur rəngli dəniz yosunları sinfinə daxildir, qədim Şərq yosunu hesab edilən bitki dəniz sahilində yaşayanların qidası olub. Tərkibində külli miqdarda makro və mikroelement olduğuna görə ondan gübrə kimi də istifadə edilib. Əsasən Yapon və Oxot dənizlərinin sahilində bitir. Dəniz kələmi Yaponiya, Çin və Koreya mətbəxinin əsas qidası hesab edilir. Yaponlar demək olar ki, hər gün dəniz kələmindən istifadə edirlər. Məşhur yapon yeməyi olan suşiləri qurudulmuş laminariya məhsullarından hazırlanır.
Qan qruplarımız barədə ŞOK həqiqətlər!
Birinci qrup qan daşıyıcıları həddən artıq güclü ruha malikdirlər, həmişə hərəkətdədirlər. Tükənməz enerjiləri var. Təsiretmə gücləri böyükdür. Onlar anadangəlmə liderdirlər, təşəbbüskar və nikbin insanlardır. Damarlarında birinci qrup qan dövran edən insanlar Adəm övladları arasında ən iddialı, əzmkar və mübarizdirlər. Bu qrupa daxil olan bütün insanlar özlərinə inam hissi və fəallıqları ilə seçilirlər. İradi keyfiyyətləri yüksəkdir, tez ünsiyyət qurur və hər bir insanla dil tapmağı bacarırlar. Onların həyatda uğurla irəliləmələrinə mane olan yeganə cəhətləri qısqanclıq, özünəvurğunluq və xudbinlikdir. Realistdirlər, romantizm onlardan çox uzaqdır. Bu qrupun zərif cins nümayəndələri cəlbedici və çəkici olduqları qədər də qısqancdırlar. Kişiləri isə Don Juan olmaları ilə seçilirlər.






.jpg)







