Sosial

Oğlan anaları, bu 15 qızıl məsləhəti diqqətlə oxuyun!

9 İyun 2017 19:19

Hər şeydən əvvəl həyat yoldaşınla, seçdiyin kişi ilə münasibətlərini müsbət məcraya yönəltməlisən. Əgər kişinin əxlaqı, dünyagörüşü, qadına münasibəti, vərdişləri ürəyinizcə deyilsə, deməli, siz oğlunuza əsl həyat dostu bəxş edə bilməyəcəksiz. O zaman heç olmasa aşağıdakı bəndlərin yarıdan çoxuna əməl etməklə, layiqli övlad böyüdə bilərsiz. 

Qadınlar üçün ən faydalı ərzağın adı açıqlandı

9 İyun 2017 19:14

Qadınlar üçün ən faydalı ərzaq məhsulu turşuya qoyulmuş kələmdir. O, həzm prosesini yaxşılaşdırır və zərərli maddələri orqanizmdən çıxarır. İkinci yeri avokado tutur. Onun tərkibindəki çoxlu vitamin dərini və saçı gözəlləşdirir. Bundan əlavə, avokadonun tərkibindəki maddələr qandan xolesterinin çıxarılmasına kömək edir. Üçüncü yerdə isə kividir. Bu məhsul dərinin elastikliyini və təravətini saxlamağa kömək edir. Siyahıya şampinyon və bərk pendir də daxildir.

Alimlərdən ŞOK iddia: Xoşbəxt uşaqlar tez böyüyürlər

9 İyun 2017 19:10

Alimlər uşağın boy atmasına təsir edən bir sıra amilləri tədqiq edərək, ilk baxışdan gözlənilməz nəticəyə gəliblər. Alimlər uşağın böyüməsinə təsir edən bir neçə əsas amili müəyyən ediblər. Onlardan birincisi ailə tərkibidir. Yarımçıq, ən əsası isə uğursuz ailələrdə uşaqlar ləng boy atır və yaşıdlarından boyca kiçik olurlar.

Ombudsmanın nümayəndələri Gözəl Bayramlı və Əfqan Muxtarlıya baş çəkiblər

9 İyun 2017 18:45

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına (BİT) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.

Vəzifəli şəxsin məsciddə intim münasibəti xəbəri ilə bağlı AÇIQLAMA

9 İyun 2017 18:42

Masallı rayon Hüseynhacılı kəndində sakinlərin hiddətinə səbəb olan hadisəni Masallı rayonun İcra hakimiyyəti məsələ ilə bağlı aydınlıq gətirib.  İctimai - siyasi və humanitar məsələlər şöbəsinin bas məsləhətçisi Hadiyev Qəşəm bildirib ki, kənd sakinlərinin bələdiyyə sədri  Rafiq Ağayevə qarşı edilən ittiham böhtan xarakterlidir: 

Türkiyənin səhiyyə naziri Natiq Əliyevin vəfatı haqda: “Çox ağır durumda gəlmişdi...”

9 İyun 2017 18:41

Türkiyənin səhiyyə naziri Receb Akdağ Azərbaycanın energetika naziri Natiq Əliyevin İstanbul klinikalarından birində vəfat etməsi ilə bağlı jurnalistlərin suallarına cavab verib. Nazir “İstanbula təyyarədən yeni endiyini, nazirin vəfatı ilə bağlı xəbəri indi aldığını, təfərrüatları bilmədiyini” deyib.

Daha bir marşrut avtobusunun hərəkət trayektoriyası dəyişdi

9 İyun 2017 18:26

29 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, 29 nömrəli marşrut xətti üzrə avtobuslar 20 Yanvar küçəsi-Cavadxan küçəsi. H.Babaşov küçəsindən keçmədən Moskva prospekti ilə birbaşa “Beynəlxalq Avtovağzal” kompleksinə qədər hərəkət edəcək.

Hansı məzunlar fərqlənmə attestatı alacaq?

9 İyun 2017 18:21

Təhsil naziri Mikayıl Cabbarov ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydasını təsdiq edən əmr imzalayıb. Əmrdə Təhsil Nazirliyinin 2015-ci il 1 may tarixli 536 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində ümumi orta təhsil üzrə xüsusi nümunəli şəhadətnamə almağa namizəd şagirdlərin müəyyənləşdirilməsi Qaydası” ləğv edildiyi göstərilib.

Azərbaycanda həvəskar balıq ovuna sərt məhdudiyyətlər qoyuldu

9 İyun 2017 17:54

Nazirlər Kabinetinin 2 iyun tarixli qərarı ilə təsdiqlənən "Balıq və digər su bioresursları ovunun Qaydaları"nda əksini tapan "Balıq və digər su bioresurslarının idman və həvəskar ovuna Tələblər"də sərt məhdudiyyətlər yer alıb.

Endokrinologiya ilə bağlı cərrahi problemlər müzakirə olundu

9 İyun 2017 17:52

Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında ATU və Medipol Universitetinin birgə təşkil etdiyi “Endokrinologiyada cərrahiyyə ilə ortaq görüşlər” mövzusuna həsr olunmuş simpozium keçirildi.

Dini radikalizmlə bağlı maarifləndirici xarakterli seminar-müşavirə keçirilib

9 İyun 2017 17:50

Azərbaycan Dövlət Pedaqoji Kollecində “Dini radikalizm və ekstremizmin yaranma səbəbləri, təzahür formaları və ona qarşı mübarizənin hüquqi əsasları” mövzusunda maarifləndirici xarakterli seminar-müşavirə keçirilib. Seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin müavini Səyavuş Heydərov, Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Qulu Novruzov, kollecin müəllim-tələbə heyəti iştirak edib.

“Son zəng” tədbiri iyunun 14-də hər bir məktəbin ərazisində keçiriləcək- ƏMR

9 İyun 2017 17:36

Təhsil naziri Mikayıl Cabbarov “Son zəng” tədbirlərinin təşkil edilməsi barədə əmr imzalayıb. Təhsil Nazirliyindən verilən xəbərə görə, əmrə əsasən, “Son zəng” tədbiri iyunun 14-də hər bir müəssisənin ərazisində təşkil olunacaq.

Azərbaycanlı alim Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilib

9 İyun 2017 17:30

Bakı Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” kafedrasının müdiri, professor Amil Məhərrəmov  Rusiya Təbiət Elmləri Akademiyasının (TEA) həqiqi üzvü seçilib. Universitetdən “Olaylar” - abildirilibki, bu barədə qərar Rusiya TEA-nın Moskvada keçirilən illik yığıncağında qəbul olunub. Amil Məhərrəmov bu ada elm sahəsindəki xidmətlərinə, sözügedən müəssisə ilə əlaqələrin inkişafındakı fəaliyyətlərinə görə layiq görülüb. 

Bakcell “Ən sürətli mobil rabitə şəbəkəsi 2016” mükafatına layiq görülüb və mobil internet istifadəçiləri üçün daha iki məhsulunu təqdim edib

9 İyun 2017 17:29

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycanda ən sürətli mobil şəbəkə xidmətləri təchizatçısı adına layiq görülüb. İnternet sürətinin yoxlanılması və təhlili sahəsində dünya lideri olan “Ookla” şirkətinin “Speedtest” xidmətindən istifadə etməklə Azərbaycanda abunəçilər tərəfindən 2016-cı ilin 2-ci və 3-cü rüblərində aparılmış yoxlamaların nəticələrinə görə, Bakcell şəbəkəsində ən yüksək endirmə (download) sürəti təmin edilir.

"TOTAL” şirkətinin nümayəndələri Gəmiçilikdə

9 İyun 2017 17:22

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də “TOTAL” şirkətinin nümayəndələri ilə görüş keçirilib. “OLAYLAR”-ın XDG-yə istinadən verdiyi xəbərə görə, “AXDG” QSC-nin sədri Rauf Vəliyev qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, tərkibində həm nəqliyyat, həm də neft donanması olan Gəmiçiliyin 300-ə yaxın gəmisi var. Rauf Vəliyev bir çox yerli və xarici şirkətlərə dənizdə neft və qaz hasilatında ofşor xidmətlər göstərən Gəmiçiliyin “TOTAL”la əməkdaşlığının da uğurlu olcağına əminliyini ifadə edib.