Azərbaycanda həvəskar balıq ovuna sərt məhdudiyyətlər qoyuldu
Nazirlər Kabinetinin 2 iyun tarixli qərarı ilə təsdiqlənən "Balıq və digər su bioresursları ovunun Qaydaları"nda əksini tapan "Balıq və digər su bioresurslarının idman və həvəskar ovuna Tələblər"də sərt məhdudiyyətlər yer alıb.
9 İyun 2017 17:54 SosialNazirlər Kabinetinin 2 iyun tarixli qərarı ilə təsdiqlənən "Balıq və digər su bioresursları ovunun Qaydaları"nda əksini tapan "Balıq və digər su bioresurslarının idman və həvəskar ovuna Tələblər"də sərt məhdudiyyətlər yer alıb. Tələblərə əsasən, balıq və digər su bioresurslarının idman və həvəskar ovuna icazə verilən ov alətləri aşağıdakılardır:
- hər bir ov alətində qarmaqların sayı 3 ədəddən, qarmaqların ümumi sayı 7 ədəddən çox olmamaq şərtilə tilov;
- lövbərciklə ağırlaşdırılmış balıqcıqlar (metaldan) ilə, tilov ipinin uzunluğu 30 m-dən, diametri 0,7 mm-dən artıq, qarmağın ölçüsü 12 nömrədən çox olan tilovlar;
- bir nəfərin istifadəsi üçün diametri 0,5 m-dən kiçik 1 ədəd domca və ya xərçəngtoplayan.
Ovuna icazə verilən balıq və su onurğasızlarının minimum ölçüləri (santimetrlə) aşağıdakı kimidir:
|
Sıf |
43 |
|
Çəki |
40 |
|
Çapaq |
26 |
|
Külmə |
17 |
|
Qarasol |
17 |
|
Xəşəm |
41 |
|
Kütüm |
35 |
|
Kefal |
24 |
|
Şamayı |
19 |
|
Şirbit |
52 |
|
Qarabel siyənək |
20 |
|
Şişqarın siyənək |
14 |
|
Xramulya |
24 |
|
Xərçəng |
10 |
|
Krevet |
5 |
Aşağıdakı yerlərdə və müddətlərdə balıq və digər su bioresurslarının idman və həvəskar ovu qadağandır:
|
Qadağanın qüvvədə olduğu müddət intervalı |
|
|---|---|
|
Xəzər dənizi |
|
|
Şabran limanında |
1 yanvar -15 iyun |
|
Körpə balıqların buraxılışı zamanı Şirvan Nərəbalıqartırma Zavodunun nohurlarından Baş Şirvan Kollektorunun mənsəbinə kimi sahədə |
1 iyun - 20 iyul |
|
Kür çayı |
|
|
Mingəçevir şəhər körpüsündən Varvara su anbarının sahillərinə kimi 10 km-lik ərazidə |
1 - 30 aprel |
|
Çay ilə əlaqəsi olan su hövzələrində |
1 may - 30 iyun |
|
Xəzər dənizinə axan bütün çaylarda |
1 may - 30 iyun |
|
Krevetlərin kürüləmə müddətində |
1 iyun - 1 iyul |
|
Şabran limanının Xəzər dənizi ilə birləşdirən kanalın və onun mənsəbindəki hər iki tərəfə 1 km, dənizə doğru 2 km-lik ərazilərdə |
1 yanvar -15 avqust |
|
Xərçəng ovu |
1 aprel - 31 oktyabr |
Ovlanan balıq və digər su bioresurslarının miqdarına aşağıdakı məhdudiyyətlər tətbiq edilir:
- gün ərzində 10 ədəddən çox olmayan xərçəng;
- gün ərzində 0,5 kq-dan artıq olmayan krevet və digər onurğasızlar;
- balıqçılıq su obyektində olduğu müddətdə 5 kq-dan çox olmayaraq balıqlar (ovlanmış bir balığın çəkisinin 5 kq-dan çox olması halları istisna edilir). Apa.az