SON DƏQİQƏ: "Sədərək" ticarət mərkəzindəki yanğın söndürüldü (YENİLƏNDİ)

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın iki mağazanı əhatə edib. Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

***

Bakının Qaradağ rayonunda "Sədərək Ticarət Mərkəzində" yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatda bildirilir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda "Sədərək Ticarət Mərkəzində" yanğın hadisəsi baş verməsi haqqında məlumat daxil olub. Dərhal nazirliyin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunaraq yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31