AMEA İtaliyanın Neapol Şərq Universiteti ilə memorandum imzaladı

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə İtaliyanın Neapol Şərq Universiteti arasında arxeologiya sahəsində birgə tədqiqat və təhsil əməkdaşlığını nəzərdə tutan memorandum imzalanıb. Akademiyadan “Olaylar” – a bildirilib ki, memorandumu institutun direktoru, tarix üzrə elmlər doktoru Maisə Rəhimova  və Neapol Şərq Universitetinin professoru Bruno Cenito imzalayıblar.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə İtaliyanın Neapol Şərq Universiteti arasında arxeologiya sahəsində birgə tədqiqat və təhsil əməkdaşlığını nəzərdə tutan memorandum imzalanıb.

Akademiyadan "Olaylar" - a bildirilib ki, memorandumu institutun direktoru, tarix üzrə elmlər doktoru Maisə Rəhimova  və Neapol Şərq Universitetinin professoru Bruno Cenito imzalayıblar.

Tərəflər müqaviləyə əsasən, beş il ərzində birgə arxeoloji tədqiqatların təşkili, arxeologiya ilə əlaqəli interdisiplinar (fənlərarası), arxeozoologiya, arxeobotanika və digər sahələrdə əməkdaşlıq edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31