Sosial
Ölkədə fikir və söz azadlığı inkişaf edir
Demokratik cəmiyyətin əsasını təşkil edən fikir, söz və məlumat azadlığı hər bir ölkədə olduğu kimi Azərbaycanda da yüksək səviyyədə qorunur, təmin edilir. Ölkəmizdə bu prinsiplər qanunvericilik aktlarında da təsbit edilir, öz əksini tapır. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində məhz fikir, söz, məlumat azadlığından bəhs edilir.
Qanunsuz sahibkarlıqla məşğul olan şəxslər cinayət məsuliyyətindən azad olunacaqlar
Vergi Məcəlləsinə edilmiş son əlavə və dəyişikliklərdə vergi borcu ilə bağlı bir sıra yeniliklər təsbit olunub. Vergilər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, vergi borclarının dövlət büdcəsinə alınmasının tam həcmdə və operativ təmin edilməsi məqsədilə vergiödəyicisinin siyahıya alınmış əmlakının icra məmurunun sifarişi əsasında elektron hərrac vasitəsilə satılması, vergiödəyicisinin siyahıya alınmış əmlakının satışından əldə olunan vəsait barədə, habelə siyahıya alınmış əmlakların satılması üçün icra məmurları tərəfindən edilmiş sifarişlər üzrə rüblük məlumatların vergi orqanlarına elektron şəkildə təqdim edilməsi də bu yeniliklər sırasındadır.
6 tələbənin ölümü DƏRS OLMADI: Qanunsuz sərnişin daşıyanlar iş başında - VİDEO
Bu ilin martında Bakı-Sumqayıt yolunda sərnişin daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 6 tələbə ölmüş, 20-si yaralanmışdı. Qəzadan sonra mikroavtobusun qanunsuz reysdə olduğu, sürücünün də sərnişin daşıma üçün heç bir kriteriyaya cavab vermədiyi üzə çıxmışdı.
"Jurnalistlərə mənzillərin verilməsi Prezident İlham Əliyevin humanizmliyinin bariz nümunəsidir"
"22 iyul - Milli Mətbuat Günü ərəfəsində jurnalistlərə növbəti dəfə mənzillərin hədiyyə edilməsi Prezident İlham Əliyevin humanizmliyinin daha bir bariz nümunəsidir". Bunu açıqlamasında "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.
107 nəfərə qaraciyər, 356 nəfərə böyrək köçürülüb
“Vətəndaşlarımızın 95 faizi qaraciyər və böyrək transplantasiyası üçün xaricə üz tutmur”. Bunu cərrah-transplantoloq, Mərkəzi Neftçilər Xəstəxanasının şöbə müdiri Mircəlal Kazımi deyib. O, qeyd edib ki, indiyə kimi 107 xəstəyə qaraciyər, 356 xəstəyə böyrək köçürülüb: “Nəticələrimiz dünya standartları ilə eynidir və transplantaloji cəmiyyətlər tərəfindən qəbul olunub”.
6 iş üzrə 1470,7 manat məbləğində iddia
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Deputat sakinləri kənddən çıxarmaq istəyir?
Bəzi KİV-lərdə Şamaxı şəhəri Cəlil Məmmədquluzadə 21 üvanında yaşayan Cəbrayılov Ağamikayıl Oruc oğlunun Sabirabad rayon Nizami kənd orta məktəbində müəllim işləyən oğlu Cəbrayılov Kazım və qardaşı, yenə kənddə müəllim işləyən Cəbrayılov Şahlar Oruc oğlunun qanunsuz həbs olunması ilə bağlı məlumatlar yayılıb. Şikayətçilər bildirib ki, hər iki müəllimi Sabirabad rayonundan deputat Rüstəm Xəlilov və onun qardaşı, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə Təsərrüfat İdarəsinin rəisi, ədliyyə polkovniki Ağəli Xəlilov həbs etdirib.
10 nəfər ədliyyə orqanlarından xaric edilib
Bu ilin birinci yarısında 10 nəfər ədliyyə orqanlarından xaric olunub. “Olaylar” xəbər verir ki, bu barədə məlumat Penitensiar Xidmətin 2017-ci ilin birinci yarısının yekunlarına həsr olunan hesabatında əksini tapıb. Belə ki, keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində hesabat dövründə 72 mobil telefon, 79,343 qram müxtəlif narkotik və psixotrop maddələr, 58 litr qıcqırdılmış maye aşkarlanaraq götürülüb.
Hava günəşli olacaq
İyulun 21-də Bakı və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal-şərq, şərq küləyi əsəcək. ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 22-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti, Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacağı gözlənilir.
Bütün qadın problemləri buradan qaynaqlanır - Dahi psixoloqun KƏŞFİ
Azərbaycanda ŞOK OLAY: məktəbli oğlanı zorlayıb videoya çəkdilər
Kürdəmir rayonunda məktəbli oğlana qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilib. Rayonun kəndlərindən birində 18 yaşlı Mustafa Mehdiyev (ad və soyadlar şərtidir) həmkəndlisi, 13 yaşlı Fərid Babayevlə qeyri-təbii yolla cinsi əlaqədə olub.
İnsanların torpağa bağlılığı artıb
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində mühüm tədbirlər görülür, müvafiq fərmanlar imzalanır, tapşırıqlar verilir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına əsasən torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi, aidiyyətı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsinin təmin edilməsi, torpaqların səmərəli istifadəsinin təşkili, torpaqların münbitliyinin, keyfiyyət göstəricilərinin artırılması prioritet məsələ kimi müəyyən olunub. Hazırda yerli icra hakimiyyəti, bələdiyyələr, fiziki, hüquqi şəxslər və digər istifadəçilərə torpaqların istifadəsi ilə bağlı tədbirləri həyata keçirilər. Üstəlik ölkədə “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun qəbul edilib ki, bununla da fermerler könüllü birləşərək iri aqrar müəssisələri yarada bilərlər. Sahibkarlara dövlət qayğısının bariz nümunəsi olaraq güzəştli kreditlər verilir, yanacaq və mineral gübrələrin alınması məqsədilə ödənişlər təyin olunur. Bütün sadalanan tədbirlərin nəticəsidir ki, paytaxt Bakıdan kəndlərə qayıdışa start verilib.
Azərbaycana gələn turistin yadında ölkəmiz necə qalır?
Dünya Turizm Təşkilatının 80 ölkə üzrə apardığı tədqiqatlar göstərdi ki, hər bir ölkəyə gələn turistin yadında qalan xatirələr içərisində 82 faizdən çox pay o ölkənin milli mətbəxinə məxsus olur. Nə qədər qəribə səslənsə də bu bir həqiqətdir.
Jurnalistlər üçün tikilmiş ikinci binada mənzillərin paylanması mərasimi keçirilib
Jurnalistlər üçün tikilmiş ikinci binada mənzillərin paylanması mərasimi keçirilib. 255 jurnalistə mənzillərin paylanması püşkatma yolu ilə olub.
"Bu əməliyyat qəbuledilməzdir" - Mircəlal Kazımi AÇIQLADI
“Qara transplantologiya bütün dünyada var. Lakin bu vaxta qədər qara transplantasiyanın qurbanı olan şəxslərlə şəxsən qarşılaşmamışam”. Bu sözləri Mərkəzi Neftçilər Xəstəxanası “Cərrahiyyə və orqan Transplantasiyası” şöbəsinin müdiri Mircəlal Kazımi jurnalistlərə açıqlamasında deyib.









.jpg)




