Sosial
Soyuqdan qorxan ərzaqlar... Bu ərzaqları soyuducuda SAXLAMAYIN!
Hər dəfə bazarlıqdan qayıdıb, mətbəxə girərkən etdiyimiz ilk iş, ərzaqları yerbəyer etmək olur. Bəzən də, bəhz edəcəyimiz məhsulları bilmədən eyni qaydada soyuducunun alışdığımız köşəsinə qoyuruq. Bu isə, onların vaxtından tez xarab olmasına, dadını itirməsinə gətirib çıxardır. Ən çox zərər çəkən həm büdcəmiz, həm də damaq dadımız olur.
"Azercell": İlin ilk yarısında uşaqlara qarşı 270 zorakılıq halı qeydə alınıb
"Azercell Telekom" MMC-nin dəstəyi ilə fəaliyyət göstərən "Azərbaycan Uşaq Qaynar Xətt" xidməti 2017-ci ilin ilk 6 ayı üzrə hesabatını açıqlayıb. Mobil operatordan verilən məlumata görə, yanvar-iyun ayları ərzində "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinə ümumilikdə 1458 zəng daxil olub, onlardan 53-ü hüquqi, 28-i psixoloji, 15-i səhiyyə, 350-si təhsil, 634-ü sosial, 18-i zorakılıq, 5-i fiziki, 40-ı etinasızlıq, 315-i də digər müraciətlərlə bağlı olub.
Xəzərdə çimmək qadağan edildi
İranın Xəzər sahillərində yerləşən vilayət çimərliklərində aparılan yoxlamalardan sonra 13 çimərliyin suyundan istifadə qadağan olnub. İranın Xəzər sahillərində yerləşən 56 çimərlikdən Mazandaranda 10, Gilanda 2, Gülüstanda isə 1 çimərlikdə çimmək qadağan olunub.
Nazirlikdən təhlükəli virus XƏBƏRDARLIĞI
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Android” istifadəçilərini hədəf seçən yeni virus qeydə alınması barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, virus “Google”un rəsmi tətbiqlər mağazası olan “Play Store”-dan yüklənən saxta proqram tətbiqləri vasitəsi ilə telefonlara yoluxur. “LeakerLocker” adlanan virus şəxsi şəkillərinizi, mesajlarınızı, internet brauzer tarixçənizi, e-poçtlarınızı ələ keçirdiyini iddia edərək müəyyən məbləğ qarşılığında istifadəçini təhdid edir və bütün informasiyanı telefonunuzdakı kontaktlara göndərəcəyini bildirir.
Ukraynadan toyuq əti idxal edən şirkətlərin vəzifəli şəxslərinə qarşı cinayət işi açılıb
Ukraynadan ölkəmizə tərkibində normadan 6 dəfəyə qədər artıq nəmliyin kütlə payı olan dondurulmuş toyuq əti məhsulları idxal edən bir neçə şirkətin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Pensiyaçıların sayı açıqlandı
"2017-ci ilin 1 iyul tarixinə Azərbaycanda əmək pensiyaçılarının sayı 1 mln. 325 min nəfər təşkil edir". Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.
İqlimşünas: “Hazırda Azərbaycanda dayanıqlı tropik hava kütlələri hökm sürür”
“Hazırda Azərbaycan ərazisində müşahidə olunan hava şəraiti iyul ayı üçün xarakterikdir və iqlim normasına uyğundur”. Bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, iqlimşünas Məhərrəm Həsənov deyib.
Şirniyyatın içində narkotik maddə aşkar edilib
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarəti həyata keçirilən salona daxil olaraq, İran İslam Respublikasında ona 1 ədəd sellofan torbada müxtəlif şirniyyat verildiyini və həmin şirniyyatın içərisində narkotik maddələrin gizlədildiyini bildirib.
Sumqayıt yolunda tələbələrin öldüyü qorxunc qəzada sağ qalan şəxsdən QANDONDURAN SÖZLƏR
Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyilə baş tutan prosesdə zərərçəkmiş Elgiz Həsənov ifadə verib.
Ağdaş sakini Bakıda arvadını başqa kişi ilə tutdu... – TÜKÜRPƏDƏN TƏFƏRRÜAT
"28 Mall"da ermənipərəst turisti paltarını çıxarmağa məcbur etdilər
Bakıda İrandan gələn turistin geyimi etiraza səbəb olub. Hadisə "28 Mall"da baş verib. Üzərində "Ermənistan" yazısı olan geyimlə ticarət mərkəzində dolaşan turistin geyimi qınağa səbəb olub.
Dənizdə batan daha bir nəfər xilas edilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakının Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. “Olaylar” FHN-in saytına istinadən xəbər verir ki, Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.
Bakı sakinini Sumqayıtda avtomobil vurdu
Sumqayıtda maşın yoldan keçən şəxsi vurub. DİN-dən “Olaylar”a verilən məlumata görə, iyulun 19-da saat 18 radələrində Sumqayıt şəhərinin Yeni Bulvar ərazisində şəhər sakini Kənan Cabbarov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Sərhəddin Xəlilovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Vətəndaş məmnunluğuna xidmət edən yeniliklər
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində əlçatanlıq və şəffaflıq prinsipləri təmin edilməklə vətəndaşlara xidmət edir. Komitədən “Olaylar”a verilən məlumata görə, bu məqsədlə daşınmaz əmlakın qeydiyyatı sahəsində prosedurların sadələşməsi, optimallığın artırılması prioritet məsələlərdəndir.
Oğuzda tütünçülüyün və bağçılığın inkişafı təşviq edilib
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iyulun 20-də Oğuz rayonunda işgüzar forumu keçirib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafı, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 2215 investisiya layihəsinin maliyyələşdirilməsinə 99,6 milyon manat güzəştli kredit verilib.














