Sosial

Bu ilin altı ayında 56 nəfər spirtli içkidən zəhərlənib

21 İyul 2017 12:11

Bu ilin 6 ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə müraciətlərin sayı açıqlanıb. KTM-in Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bildirib ki, dərman zəhərlənmələri ilə 241 nəfər, dəm qazı zəhərlənmələri ilə 133 nəfər, kəskin allergik reaksiyalar ilə 67 nəfər, sirkə turşusu zəhərlənmələri ilə 52 nəfər, spirtli içkilərdən zəhərlənmələrlə 56 nəfər müraciət edib.

Bakının baş infeksionisti: “Qarpız soyuducuda saxlanılmamalıdır”

21 İyul 2017 12:05

“Ağlasığmaz zəhərlənmələr də olur. İnsanlar kiflənmiş qatıq, kiflənmiş lavaş və pendirdən də zəhərlənir”.  Bunu Kliniki Tibbi Mərkəzin (KTM) Mədə-bağırsaq şöbəsinin müdiri, Bakı şəhərinin baş infeksionisti Gülarə Babayeva deyib. O bildirib ki, bu ilin 6 ayında KTM-nin 2-ci yoluxucu şöbəsinə 13 nəfər botulizmdən, 71 nəfər qida zəhərlənməsindən, 395 nəfər mədə - bağırsaq pozulması ilə daxil olub. Şöbə müdiri əlavə edib ki, şöbədə qida zəhərlənmələrindən ölüm hadisəsi baş verməyib.

Bodrumdakı zəlzələdə xəsarət alanlar arasında azərbaycanlı var?

21 İyul 2017 11:41

İlkin məlumata əsasən Türkiyənin Bodrum şəhərində zəlzələ zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur. Bu barədə Azərbaycanın İstanbuldakı Baş konsulluğundan bildiriblər.

Türkiyədə baş verən zəlzələnin Azərbaycana təsiri var?

21 İyul 2017 11:25

"Türkiyədə baş verən zəlzələnin Azərbaycana heç bir təsiri yoxdur, ola da bilməz". Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, məsafə çox olduğuna görə, zəlzələ Azərbaycan ərazisinə təsir etməyib: "Zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10 kilometr məsafədə yerləşib. Zəlzələ qeydə alınan yer tamam başqa regiondur. Orada gedən tektonik proseslərin, dərinlik qırılmalarının Azərbaycanla ümumiyyətlə, bağlılığı yoxdur. Əhalinin təşvişə düşməsinə heç bir əsas yoxdur".

"Yeni mənzillərin açarları dekabrda veriləcək" - Vüqar Səfərli

21 İyul 2017 11:21

Jurnalistlər üçün tikilən ikinci binadan ev alan jurnalistlərə mənzillərin açarları bu ilin dekabr ayında veriləcək. Bu barədə AzTV-nin "Günün nəbzi" verilişində Kütləvi informasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.  

“ASAN xidmət” indeksi üzrə qiymətləndirmə qrupunun fəaliyyəti yekunlaşır

21 İyul 2017 10:08

“Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 262 nömrəli Fərmanının 2-ci hissəsinin icrası məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən qiymətləndirmənin həyata keçirilməsi üçün yaradılan işçi qrupunun fəaliyyəti yekunlaşır. ASAN xidmətdən "Olaylar" - a bildirilib ki, pilot layihə çərçivəsində 10 mərkəzi icra hakimiyyəti və Bakı şəhərində yerləşən yerli icra hakimiyyəti orqanlarının ümumilikdə 411 xidməti üzrə qiymətləndirmə həyata keçirilib. Xidmətlər 7 parametr və 143 altmeyar üzrə dövlət orqanları tərəfindən doldurulan anketlərdə qeyd edilən əsaslandıcı məlumatlar nəzərə alınmaqla qiymətləndirilib.

Qanunsuz ağac kəsən şəxs  dünyasını dəyişib

21 İyul 2017 10:03

yulun 20 - də  Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin meşə ərazisində qanunsuz ağac kəsən şəxs üzərinə ağac düşməsi nəticəsində dünyasını dəyişib. Hadisə saat 16 radələrində Lerik MMBM-nin 15 saylı dolayında baş verib.    Lerik rayonunun Çayrud kənd sakini 1953-cü il təvəllüdlü Tərzan Muradov müəssisənin Vizəzəzmin meşəbəyliyindəki dolaya özbaşına daxil olaraq qanunsuz ağac kəsərkən kəsdiyi ağac onun üzərinə düşüb. Nəticədə T.Muradov yerindəcə keçinib. Ərazisində ağac kəsintisi ilə bağlı məlumat alan Lerik MMBM-nin Vizəzəzmin meşəbəyliyinin 15 saylı dolayının meşə gözətçisi Əflatun Almasov hadisə yerinə gəlib və qanunsuz ağac kəsən şəxsin ağacın gövdəsi altında qaldığının şahidi olub.

Konstitusiyada dəyişikliklər ediləcək

21 İyul 2017 07:42

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası çağırılıb. İyulun 25-də keçiriləcək sessiyanın gündəliyinə 2017-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, “Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının qanununda dəyişikliklər edilməsi, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi, “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının qanununda dəyişikliklər edilməsi, “Toxumçuluq haqqında” və “Publik hüquqi şəxslər haqqında” Naxçıvan Muxtar Respublikası qanunlarının qəbul edilməsi daxil edilib.

Yaddaşsızlıq riskini necə azaltmalı? - 9 VASİTƏ

20 İyul 2017 20:45

Böyük Britaniyanın Lancet tibb jurnalında yer alan beynəlxalq araşdırmaya görə, yaşam tərzində edəcəyiniz 9 dəyişiklik demensiya(ağlını itirmə) riskini azalda bilər. Araşdırmanın nəticələrinə görə, beyin sağlığına diqqət göstərənlərin sayı artarsa, 3 demensiya hadisəsindən birinin qarşısı alına bilər.

Bronxial astmanın pilləli müalicəsi

20 İyul 2017 20:30

Bronxial astmanın müalicəsi pilləli yanaşmaya əsaslanır. Bu yanaşmanın məqsədi daha az dərman vasitlərindən istifadə etməklə bronxial astmanın təzahürlərini azaltmaqdan ibarətdir. Astma zamanı dərmanların miqdarı və qəbul edilmə tezliyi xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq təyin edilir.

Bir nəfər qiyamətdə insanların yenidən diriləcəyinə inanmırsa...

20 İyul 2017 20:15

Bir nəfər qiyamətdə bütün insanların dirilib torpaqdan qalxacağına inanmırsa, ona nə cür qaneedici cavab vermək olar? Bu cür düşünən insanlara ən gözəl cavabı Quran verir. Hamımıza yaxşı tanış olan Yasin surəsində buyurulur ki, Peyğəmbərin (s) zamanında yaşamış bir imansız şəxs çürümüş sümükləri göstərərək rişxəndlə: "Bunları kim dirildəcək?" deyirmiş.

Yumurtanı qaynadandan sonra suyunu atmayın -  FAYDALARI

20 İyul 2017 20:05

Mühüm bir protein qaynağı olan yumurtanın sağlamlığımıza bir çox faydası var. Araşdırmalar sadəcə yumurtanın deyil, qabıq və qaynadıldığı suyun da bir çox şeyə faydalı olduğunu göstərir.

Ev verilən jurnalistlərin adları açıqlandı- Şəffaf və ədalətli seçim

20 İyul 2017 19:50

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2013-cü il 22 iyul tarixli, 3011 saylı Sərəncamı əsasında KİV əməkdaşları üçün inşa edilmiş binada mənzillərin bölgüsü

Təmiz zeytun yağını necə tanıyaq? - ÜSULLAR

20 İyul 2017 19:34

Hər bir sahədə olduğu kimi qida sahəsində də vaxtaşırı saxta məhsullarla qarşılaşırıq. Təəssüf ki, bu məhsulların arasında zeytun yağı da var. Ancaq sizə verəcəyi bu reseptlə zeytun yağının saxta, yaxud əsl olduğunu dərhal biləcəksiniz. Əsl zeytun yağı ilə saxtasını ayırmaq üçün sizlərə bəzi məsləhətlər veririk.