Bir nəfər qiyamətdə insanların yenidən diriləcəyinə inanmırsa...
Bir nəfər qiyamətdə bütün insanların dirilib torpaqdan qalxacağına inanmırsa, ona nə cür qaneedici cavab vermək olar? Bu cür düşünən insanlara ən gözəl cavabı Quran verir. Hamımıza yaxşı tanış olan Yasin surəsində buyurulur ki, Peyğəmbərin (s) zamanında yaşamış bir imansız şəxs çürümüş sümükləri göstərərək rişxəndlə: "Bunları kim dirildəcək?" deyirmiş.
20 İyul 2017 20:15 SosialBir nəfər qiyamətdə bütün insanların dirilib torpaqdan qalxacağına inanmırsa, ona nə cür qaneedici cavab vermək olar? Bu cür düşünən insanlara ən gözəl cavabı Quran verir. Hamımıza yaxşı tanış olan Yasin surəsində buyurulur ki, Peyğəmbərin (s) zamanında yaşamış bir imansız şəxs çürümüş sümükləri göstərərək rişxəndlə: "Bunları kim dirildəcək?" deyirmiş. Allah buyurur: "(Ya Peyğəmbər!) De: "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu (yaradılışından əvvəl də, sonra da) çox gözəl tanıyandır!" (Yasin, 79). Həqiqətən, qiyamətdə ölülərin diriləcəyini danan şəxs insanın yoxdan yaradılışını düşünsün. İlk insan necə və nədən yarandı? Hər bir insan ana bətnində necə və nə yolla yaranır, inkişaf edir? Bunlara qadir olan Allah üçün ölmüş bədənləri diriltmək çətin işdirmi? İslam.az