Vətəndaş məmnunluğuna xidmət edən yeniliklər
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində əlçatanlıq və şəffaflıq prinsipləri təmin edilməklə vətəndaşlara xidmət edir. Komitədən “Olaylar”a verilən məlumata görə, bu məqsədlə daşınmaz əmlakın qeydiyyatı sahəsində prosedurların sadələşməsi, optimallığın artırılması prioritet məsələlərdəndir.
20 İyul 2017 15:34 SosialƏmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində əlçatanlıq və şəffaflıq prinsipləri təmin edilməklə vətəndaşlara xidmət edir. Komitədən "Olaylar"a verilən məlumata görə, bu məqsədlə daşınmaz əmlakın qeydiyyatı sahəsində prosedurların sadələşməsi, optimallığın artırılması prioritet məsələlərdəndir. Bu məqsədlə komitə fəaliyyət sahələrində müasir çağırışlara uyğun olaraq yenikliklər tətbiq edir. Yeniliklərdən biri daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların əhaliyə elektron formatda təqdim edilməsi imkanıdır ki, bununla vətəndaşlar daşınmaz əmlaklarına dair sənədi öz arzusuna görə elektron və ya kağız formada əldə edə bilir. Digər bir yenilik daşınmaz əmlakın elektron qeydiyyatı üçün ən vacib şərtlərdən biri elektron arxivin və rəqəmsal elektron məlumat bazasının yaradılmasıdır. Bu isə daşınmaz əmlakın qeydiyyatı və bununla bağlı digər xidmətlərin göstərilməsində vaxt itkisini aradan qaldırmağa, operativliyi dəfələrdə artırmağa imkan verir. Daşınmaz əmlakın elektron qeydiyyatı üçün ən vacib şərtlərdən biri elektron arxivin və rəqəmsal elektron məlumat bazasının yaradılmasıdır. Bu isə daşınmaz əmlakın qeydiyyatı və bununla bağlı digər xidmətlərin göstərilməsində vaxt itkisini aradan qaldırmağa, operativliyi dəfələrdə artırmağa imkan verir. Komitə tərəfindən tətbiq olunaraq geniş yayılan, əhali arasında müsbət qarşılanan sosial layihələrdən biri də "Kütləvi çıxarış" kampaniyasıdır. Hazırda "bir pəncərə" sisteminin, SMS, onlayn və elektron xidmətlərin tətbiqi də genişləndirilir.
.