İnsanların torpağa bağlılığı artıb

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində mühüm tədbirlər görülür, müvafiq fərmanlar imzalanır, tapşırıqlar verilir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına əsasən torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi, aidiyyətı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsinin təmin edilməsi, torpaqların səmərəli istifadəsinin təşkili, torpaqların münbitliyinin, keyfiyyət göstəricilərinin artırılması prioritet məsələ kimi müəyyən olunub. Hazırda yerli icra hakimiyyəti, bələdiyyələr, fiziki, hüquqi şəxslər və digər istifadəçilərə torpaqların istifadəsi ilə bağlı tədbirləri həyata keçirilər. Üstəlik ölkədə “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun qəbul edilib ki, bununla da fermerler könüllü birləşərək iri aqrar müəssisələri yarada bilərlər. Sahibkarlara dövlət qayğısının bariz nümunəsi olaraq güzəştli kreditlər verilir, yanacaq və mineral gübrələrin alınması məqsədilə ödənişlər təyin olunur. Bütün sadalanan tədbirlərin nəticəsidir ki, paytaxt Bakıdan kəndlərə qayıdışa start verilib.  

Paytaxtdan kəndlərə qayıdış başlayıb  

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində mühüm tədbirlər görülür, müvafiq fərmanlar imzalanır, tapşırıqlar verilir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Fərmanına əsasən torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi, aidiyyətı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsinin təmin edilməsi, torpaqların səmərəli istifadəsinin təşkili, torpaqların münbitliyinin, keyfiyyət göstəricilərinin artırılması prioritet məsələ kimi müəyyən olunub. Hazırda yerli icra hakimiyyəti, bələdiyyələr, fiziki, hüquqi şəxslər və digər istifadəçilərə torpaqların istifadəsi ilə bağlı tədbirləri həyata keçirilər. Üstəlik ölkədə "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun qəbul edilib ki, bununla da fermerler könüllü birləşərək iri aqrar müəssisələri yarada bilərlər. Sahibkarlara dövlət qayğısının bariz nümunəsi olaraq güzəştli kreditlər verilir, yanacaq və mineral gübrələrin alınması məqsədilə ödənişlər təyin olunur. Bütün sadalanan tədbirlərin nəticəsidir ki, paytaxt Bakıdan kəndlərə qayıdışa start verilib.  

Mütəxəssislər hesab edirlər ki, ölkə vətəndaşların kəndə qayıtması, torpağa sahib çıxması üçün kifayət qədər imkanlar mövcuddur. Bu imkanlar sırasına ilk olaraq coğrafi və iqlim şəraitini, münbit torpağı, kənd təsərrüfatı təyinatlı texnikanı, suvarma sistemini, mineral gübrələri və ən nəhayət dövlət qayğısını  daxil etmək olar. Üstəlik, regionlarda sahibkarlıq fəaliyyəti üçün mükəmməl qanunvericilik bazası mövcuddur. Belə ki, "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun qəbul edilib ki, həmin qanunun  kənd təsərrüfatının inkişafında xüsusi rol oyanacağı şübhə doğurmur. Sözügedən qanunun məqsədi Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaqdır. Yeni qanun kənd təsərrüfatı kooperasiyasının formalaşmasına və inkişafına təkan verməklə yanaşı, kooperasiya iştirakçılarının iqtisadi, sosial və digər maraqlarının qorunmasında mühüm rol oynayır. Məhz bunun nəticəsidir ki, artıq bölgələrdə ailə-kəndli təsərrüfatlarının sayı artıb. Artıq hər bir ailə nəinki özünü dolandırır, həta dövlətə vergi ödəyir. Yeri gəlmişkən onu da qeyd edək ki, regionlarda sahibkarlığın inkişafı işsizliyin aradan qaldırılmasına əhəmiyyətli dərəcədə təsir göstərib. Nəzərə almaq lazımdır ki,  qanuna əsasən kooperativlərin nəzdində fermer mağazaları, yaşıl marketlər, kooperativ bazarlar, topdan satış mərkəzlərinin təşkil mümkündür. Bu isə aqrar sahənin inkişafı və yeni iş yerlərinin yaradılması deməkdir.

Xatırladaq ki, 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiyalarından sonra paytaxtda bir çox dövlət və özəl müəssisələrdə ixtisarların olması, iş yerlərinin qapadılması, tikinti sektorunda işlərin dayanması ötən illər ərzində rayonlardan Bakıya iş üçün gələn xeyli insanın işsiz qalaraq yenidən bölgələrə qayıtmasına səbəb oldu. Ekspertlər bu qayıdışla böyük işsizlər ordusunun yaranacağını, kəndlilərin böyük çətinliklərlə üzləşəcəyini bildirirdilər. Amma reallıq bunun əksini göstərir. Statistik məlumata görə, respublikanın ayrı-ayrı bölgələrində kənd əhalisinin  məşğulluq səviyyəsi xeyli yüksəlib. Əvvəllər kəndə daxil olanda hər tində nərdtaxta-domino oynayan, tində oturub siqaret çəkən işsiz-gücsü kişilər indi gözə dəymir. Artıq kənd əhalisinin öz məşğulluğu var. Belə ki, dövlət başçısının tövsiyyəsi əsasında ayrı-ayrı bölgələrdə tütün, kök, çuğundur, pambıq, taxıl əkilib, baramaçılıq inkişaf etdirilib. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib ki, son vaxtlar insanların torpağa bağlılığı artıb: "Əsas sahələrə, xüsusilə də ixracyönümlü sahələrə böyük önəm verilir. Kənd təsərrüfatı böyük zəhmət tələb edən gəlirli sahədir. Bu il üç mindən çox kümçüyə barama toxumları verdik. Qısa müddətdə - təxminən 40 gündə bir ailənin büdcəsinə baramaçılıqdan iki-üç min manat gəlir daxil oldu. Fındıqçılığın, pambıqçılığın, tütünçülüyün, soya, paxlalı bitkilərin əkin sahələrinin inkişaf etdirilməsi həm də yeni iş yerlərinin açılması deməkdir. Bu da sahibkarların, fermerlərin torpağa bağlılığı, eyni zamanda, gəlirlərinin artırılmasına xidmət edir". Nazirlik rəsmisinin sözlərinə görə, istehsal edilən məhsulun bazara çıxışının təmin edilməsi insanlara daha da böyük stimul verir: "Kənd təsərrüfatının müxtəlif sahələrinə dövlət dəstəyi var. Bu, istər taxılçılıq, istər barama, istər pambıq, istərsə də tütün istehsalına aid edilə bilər. Son vaxtlar bir çox sahələrdə pambıq, tütün, barama, taxıl istehsalında məhsula görə subsidiyanın verilməsi fermeri daha çox işləməyə sövq edir. Çəltik, çay plantasiyaları genişləndirilir. Bunlar son nəticədə kəndlilərin torpağa bağlılığına təkan verən əsas amillərdir. Dövlət dəstəyi, istehsal olunmuş məhsulun satışında yaranan problemlərin aradan qaldırılması, xarici və daxili bazara çıxış imkanları insanları torpağa daha da yaxın edib. Əvvəl insanlar işləmək üçün kənddən şəhərə gəlirdi, indi isə əksinə, kəndlərə qayıdış başlayıb". Onu da xatırladaq ki, dövlət başçısının fərmanına uyğun olaraq "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2020-ci illər üçün Dövlət Proqramı"nın layihəsi hazırlanıb. Yeni tələblərə cavab verəcək bu Dövlət Proqramı beynəlxalq praktikada olan yaxşı təcrübədən respublikada istifadəsinə, kənd təsərrüfatı istehsal və istehlak kooperativlərinin yaraması prosesinin sürtləndirilməsinə təkan verəcək. Məhz bu kimi tədbirlər insanların rayonlara marağını artırmaqla yanaşı, onların məşğulluq problemini də həll etmiş olacaq.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31