Ölkədə fikir və söz azadlığı inkişaf edir

Demokratik cəmiyyətin əsasını təşkil edən fikir, söz və məlumat azadlığı hər bir ölkədə olduğu kimi Azərbaycanda da yüksək səviyyədə qorunur, təmin edilir. Ölkəmizdə bu prinsiplər qanunvericilik aktlarında da təsbit edilir, öz əksini tapır. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində məhz fikir, söz, məlumat azadlığından bəhs edilir.

Demokratik cəmiyyətin əsasını təşkil edən fikir, söz və məlumat azadlığı hər bir ölkədə olduğu kimi Azərbaycanda da yüksək səviyyədə qorunur, təmin edilir. Ölkəmizdə bu prinsiplər qanunvericilik aktlarında da təsbit edilir, öz əksini tapır. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində məhz fikir, söz, məlumat azadlığından bəhs edilir.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiyasında informasiya azadlığı və onun təmin olunması dövlətimizin ali məqsədlərindən biri kimi təsbit edilib. Fikir və söz azadlığı məlumat azadlığı ilə üzvi surətdə bağlıdır. Məlumat azadlığının tərkib hissəsi isə informasiya əldə etmək hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsində ölkə vətəndaşlarının söz, məlumat toplamaq, öz rəyini sərbəst ifadə etmək hüquqları təsbit olunub. "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycanda kütləvi informasiya vasitələri azaddır. Bu azadlıq ölkə vətəndaşlarının qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən verilən təminata əsaslanır. Qüvvədə olan qanuna əsasən, kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahiblik, idarə edilməsi, onlardan istifadə qanunvericililkdə nəzərdə tutulan hallar istisna olmaqla məhdudlaşdırıla bilməz.

Bütün bunlar onu deməyə əsas verir ki, günümüzdə Azərbayvanda kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün bütün zəruri şərtlər mövcuddur. Kütləvi informasiya vasitələrində sərbəst şəkildə fikir demək, hadisələrə münasibət bildirmək üçün qeyri-məhdud imkanlar var.

Əgər mövcud reallığa nəzər yetirsək görərik ki, bu gün Azərbaycanda yüzlərlə kütləvi informasiya vasitələri fəaliyyət göstərir. Bunların arasında gündəlik xəbərləri cəmiyyətə çatdıran aktiv xəbər portallarınının fəaliyyəti daha qənaətbəxş hesab olunur. Biz televiziyalardan daha operativ şəkildə mövcud məlumatı aktiv xəbər portallarından əldə edirik, gündəmi onlarla təqib edirik, ən son hadisələrlə onlar vasitəsilə tanış oluruq. Azərbaycanda söz azadlığının hazırki durumu kütləvi informasiya vasitələri ilə bərabər, şəxslərlə də ölçülür. Hazırda hər bir insan düşündüyünü sosial şəbəkədə açıq yazır, düşündüklərini aydın şəkildə ifadə edir, dəstəklədiyi şəxsləri və durumları təbliğ edir və yaxud sevmədiyi, dəstəkləmədiklərini açıqca tənqid edir. Bunun hər gün daha da bariz şahidi oluruq.

Ancaq bu gün demokratiyanın beşiyi hesab olunan Avropaya nəzər yetirdikdə tamam fərqli bir mənzərənin, daha dəqiq desək Azərbaycanda bu sahədə mövcud olan durumdan tamamilə başqa bir situasiyanı müşahidə edirik. Düzdür, Avropada sözdə fikir və söz azadlığına, plüralizm anlayışına ciddi diqqət yetirilir. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsində qeyd olunduğu kimi, hər kəsin ifadə və məlumat əldə etmək azadlığı var. Bu yanaşma ənənəvi mediadan müasir mediaya keçid dövründə daha da təkmilləşərək, yeni elementlər ehtiva

edərək öz mahiyyətini saxlayıb. Ancaq real işə və vəziyyətə gələndə aydın şəkildə görürük ki, Avropada Azərbaycandakı qədər fikir, söz, məlumat və ifadə azadlığı yoxdur. İstənilən şəxs, istənilən formada öz fikrini ifadə etməkdə heç də azad deyil, müəyyən məhdudiyyətlərlə üzləşir.

Xüsusilə internetdə məlumat azadlığı hüququnun tanınması olduqca aktualdır. BMT artıq bu gün "Internet Access" (internetin əlçatımlılığı) anlayışını insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirir. Lakin internetdə informasiya azadlığı adı altında bütün məlumatların xaotik şəkildə ictimaiyyətə təqdim olunması yolverilməzdir və burada müəyyən bir tənzimlənmə, bəzi məhdudiyyətlər də tələb olunur. Bu baxımdan İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulan "məhdudiyyətlər, şərtlər və rəsmiyyətlər" internetdə informasiya azadlığına da tətbiq oluna bilər. Avropa Şurasının internetdə kommunikasiya azadlığı Bəyannaməsində bu məsələ dəqiq vurğulanıb. Belə ki, sənəddə dövlət tərəfindən internetdə ictimaiyyətin informasiya əldə etmək hüququna müəyyən məhdudiyyətlərin qoyulmasının və ya filtr sisteminin tətbiqinin mümkünlüyü qeyd olunur. Müvafiq məsələ Azərbaycan qanunvericviliyində də öz əksini tapıb. Açıq şəkildə deyə bilərik ki, bu gün Azərbaycanda internet azadlığı mövcuddur. İnternet bu gün təkcə informasiya mübadiləsi məkanı deyil, həmçinin dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələri əhatə edən, yeni dəyərlər yaradan mühitdir. İnsan azadlıqlarının qorunması müasir internet şəbəkəsinin vacib fəaliyyət istiqamətlərindən biridir. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığı, sosial şəbəkələrin genişlənməsi, hökumətin açıq və şəffaf fəaliyyətinin təmin olunması, vətəndaşların idarəçilik proseslərinə cəlb edilməsi qlobal şəbəkənin insanlara verdiyi yeni imkanlardır. Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının və internetin inkişafına xüsusi diqqət yetirilir. Bu gün Azərbaycan əhalisinin böyük əksəriyyəti internet istifadəçisidir və bu göstəricilərinə görə, ölkəmiz dünya liderlərindən sayılır. Təqdirəlayiq haldır ki, Azərbaycanda internet azadlığı mövcuddur. Ölkəmizdə internet-radio və internet-televiziya proqramları, elektron qəzet və jurnallar, xarici və daxili sosial şəbəkələr geniş yayılmışdır. Minlərlə bloqqer Azərbaycanın internet məkanında sərbəst fəaliyyət göstərir.

Təbii ki, bütün bu azadlıq və hüquqlar bizə, biz kütləvi informasiya vasitələrinə dövlət tərəfindən verilib və bunun əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da dövlət başçısı kimi media, kütləvi infomasiya vasitələri ilə sıx işləyir, onlarla daim ünsiyyətdə, təmasda olur, jurnalistlərə xüsusi qayğı ilə yanaşırdı. Bir sözlə Heydər Əliyev sovet dönəmində olduğu kimi, müstəqil Azərbaycan dövlətinin Prezidenti olduğu illərdə də mətbuatımızın inkişafı naminə çox böyük işlər görüb. Ölkədə mətbuatla bağlı mükəmməl qanunvericilik bazasının yaradılması, həm yazılı, həm də elektron medianın maddi-texniki

bazasının möhkəmləndirilməsi, jurnalist kadrlarının sosial müdafiəsinin gücləndirilməsi, mətbuatın lisenziyasızlaşdırılmasının və senzuranın ləğvi, qəzet və jurnalların borclarının dondurulması, bir sıra mətbuat orqanlarının dövlətə olan borclarının ləğvi, ayrı-ayrı qəzet və jurnalların çapının dövlət hesabına maliyyələşdirilməsi, bu və ya digər formada qanun pozuntusuna yol vermiş neçə-neçə media mənsubunun cinayət məsuliyyətindən azad olunması - bütün bunlar ulu öndərin Azərbaycan mətbuatına qayğı və diqqətinin bariz nümunəsidir.

Yixarıda qeyd etdiyimiz kimi ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan qısa müddət sonra qeyd edilən istiqamətlərdə məqsədyönlü addımlar atmağa başladı. Ölkədə siyasi partiyaların fəaliyyəti üçün münbit şərait yaradıldı, siyasi mövqeyi və tutduğu xətdən asılı olmayaraq bütün siyasi qüvvələrə ölkənin ictimai-siyasi həyatında aktiv iştirak imkanları yaradıldı. "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər edilməklə həmin sənəd günün tələblərinə uyğunlaşdırıldı. Müsbət qeyd edilməli məqamlardan biri ondan ibarətdir ki, bu zaman qabaqcıl ölkələrin, Avropanın təcrübəsi öyrənildi. Ölkədə seçki mühiti normallaşdırıldı, partiyaların seçkilərdə iştirakı üçün əlverişli şərait yaradıldı. Ümumiilli lider Heydər Əliyev gözəl bilirdi ki, demokratiyanın mühüm göstəricilərindən biri də ölkədə fikir, söz, məlumat, ifadə azadlığının təmin olunmasıdır. Və bu istiqamətdə zəruri tədbirlər həyata keçirmək vacibdir. Bu baxımdan Heydər Əliyevin 1998-ci ildə senzuranın ləğvi barədə imzaladığı tarixi sənəd Azərbaycanda fikir, söz və məlumat azadlığına necə böyük dəyər verildiyini göstərirdi.

Günümüzdə müsbət qiymətləndirilməli məqamlardan biri də ondan ibarətdir ki, ümummilli lider Heydər Əliyevin kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi istiqamətində zamanında atmış olduğu addımları bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz cənab Prezident İlham Əliyevin 2003-cü ildən bu günə qədər davam edən prezidentliyi dövründə atılan addımlar bütün bunların əyani sübutudur. Bu sıraya qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının ləğv edilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması, jurnalistlərin mənzil sosial şəraitinin yaxşılaşdırılması məqsədilə atılan addımlar daxildir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31