Sosial

“Xarici internet və sosial mediada Azərbaycan həqiqətlərinin yayılması günün tələbidir” adlı kitabça nəşr edilib

30 Avqust 2017 14:01

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirilən “Azərbaycan həqiqətlərinin sosial və internet mediada təbliği” layihəsi çərçivəsində “Xarici internet və sosial mediada Azərbaycan həqiqətlərinin yayılması günün tələbidir” adlı kitabça nəşr edib. İctimai Birlikdən “Olaylar”a verilən mlumata görə, kitabçada adıçəkilən layihənin icrası, təlimlərin və saytda əksini tapmış məqalələrin yeni ideyaverici məqamları əsasında əksini tapmış məlumat və şəkillərlə yanaşı, Azərbaycan həqiqətlərinin təbliği yönündə ekspert, diaspor və gənclər təşkilatları nümayəndələrinin fikirləri yer alıb. Kitabça müvafiq sahə üzrə ekspertlər, gənclər təşkilatları, diaspor nümayəndələri arasında paylanmaq üçün nəzərdə tutulub. Kitabçanın çap olunması və paylanması ilə “Azərbaycan həqiqətlərinin sosial və internet mediada təbliği” layihəsinə yekun vurulub. 

Qubada üç gün meşədə qaldıqdan sonra tapılan uşaq xəstəxanaya yerləşdirilib

30 Avqust 2017 14:00

Quba rayonunda meşə massivində avqustun 28-də itkin düşən və bu gün səhər tapılan uşağın səhhəti normaldır. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Əski İqrıq kəndi ilə Gültəpə kəndi ərazisindəki meşə massivindən tapılan 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, onun həyatı üçün təhlükə yoxdur.

Azərbaycan Gürcüstanda yanğınların söndürülməsinə yenidən helikopter göndərib

30 Avqust 2017 13:56

Azərbaycan Gürcüstanda yanğınların söndürülməsinə yenidən helikopter göndərib. Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin 1 yanğınsöndürmə helikopteri 10 nəfərlik heyətlə bu gün Gürcüstana yola düşüb.

"Hoqlandın açıqladığı prinsiplər münaqişənin həlli ilə bağlı danışıqları tərpədə bilər"

30 Avqust 2017 13:44

“Ümumiyyətlə, ABŞ-da prezident seçkilərindən sonra bir sıra dəyişikliklər baş verib. Ötən gün ATƏT-in Minsk qrupunda amerikanı təmsil edəcək yeni həmsədr Endrü Şoferin fəaliyyətə başlaması bu dəyişliklikdən irəli gələn məsələdir. Lakin bir həmsədrin dəyişməsi düşünmürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə hər hansı bir təsir edə bilər. Çünki, problemin həlli bir həmsədrdən asılı məsələ deyil”. Bunu açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Yeni dərs ili "Ümumi təhsildə keyfiyyət ili” elan edilib

30 Avqust 2017 13:42

Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə 2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib. Təhsil Nazirliyindən verilən xəbərə görə, əmrə əsasən, “Təhsildə keyfiyyət ili” çərçivəsində həyata keçiriləcək tədbirləri əhatə edən nazirliyin Fəaliyyət planı təsdiqlənib.

Baş pediatrdan suçiçəyi ilə bağlı XƏBƏRDARLIQ

30 Avqust 2017 13:18

Azərbaycanda uşaqlar arasında suçiçəyi xəstəliyi ilə bağlı sonuncu alovlanma keçən il və bu il ərzində müşahidə edilib. Bunu  Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib. Onun sözlərinə görə, hazırda ölkədə suçiçəyinə yoluxma halı azalıb.

“Ağ atlı oğlan” gözləyən qızlar, daha gözləməsinlər...  

30 Avqust 2017 13:12

Azərbaycanda “Ağ atlı oğlan” məfhumu hər zaman gənc xanımların xəyal etdiyi obyekt kimi dəyərləndirilib. Əsrlərdir ki, “ağ atlı oğlan” gənc xanımların tapmaq istədiyi ən uyğun, ideal həyat sirdaşının, gələcək ömür-gün yoldaşının rəmzləşdirilmiş formasiyasına çevrilib. Bəzi qızlar ailə qurmağa tələsməyib, xəyal dünyalarındakı ağ at sahibinin yolunu gözləyiblər. Burada söhbət hər hansı xülyadan, fantastik varlıqdan getmir. Hər xanım üçün  öz ağ atlı oğlanı əslində, kifayət qədər real ünsürdü. Xanım onu öz gördüyü kimi təsəvvür edir,  onun üçün ümdə olan vacib xüsusiyyətləri həmin gələcək “at sahibi”nin üzərinə köçürür.

Evdən cadunu tapan qadınlar onu belə məhv etdilər - Qayçıya bərkidilmiş açarlar - VİDEO

30 Avqust 2017 13:02

Azərbaycanda evlərdən birində cadu taplıb.  "Qaynar xətti"nə göndərilən videodan da göründüyü kimi bir neçə açar qayçıya xüsusi şəkildə bərkidilib.  Cadunu tapan sakinlər əşyanı balta ilə vuraraq dağıdıblar. Bir-birinə qaynaq edilən açarlar və qayçı balta ilə vurularaq əzilib. 

Olimpiya Stadionu toy mərasimləri keçirməkdən imtina etdi

30 Avqust 2017 12:59

Bir müddət öncə idman yarışları ilə yanaşı, toy mərasimlərinin də keçiriləcəyi məkan olaraq gündəmə gələn Bakı Olimpiya Stadionunda intensiv işlər aparılır. Bu haqda Bakı Olimpiya Stadionunun PR, Media və Tədbirlər departamentinin rəhbəri Cəmilə Mehdiyeva bildirib. 

Azərbaycan Gürcüstana növbəti yanğının söndürülməsində kömək etməyə hazırdır

30 Avqust 2017 12:57

Azərbaycan Gürcüstanın Samtsxe-Cavaxetiya regionunda Abastumani kurortu yaxınlığında baş vermiş yanğının söndürülməsi üçün kömək etməyə hazır olduğunu bildirib.

Nazirin qardaşından üzr istənildi-Kütləvi İnformasiya Vasitələrinə müraciət

30 Avqust 2017 12:46

Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə təqsirləndirilən Nəbiyev Samir Qənbər oğlu Kütləvi İnformasiya Vasitələrinə müraciət edib. “Olaylar”a daxil olan müraciətdə bildirilir ki, onu adı mətbuatda özünün xəbəri və istəyi olmadan hallandırılıb: “Mənə qarşı açılmış cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxıldığı son aylarda adımdan dövlətimizin rəhbər şəxslərinə müraciətlər yayılıb.

"Qurban bayramı xeyirxahlığın ən parlaq nümunələrindəndir"

30 Avqust 2017 12:42

Cəmiyyətə bərabərlik və mərhəmət kimi yüksək əxlaqi hisslər aşılayan Qurban bayramı xeyirxahlığın ən parlaq nümunələrindəndir. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz QurbanlıQurban bayramı münasibətilə xalqa ünvanladığı təbrikində bildirib.

“Kamran istintaqı Hindistan kinolarına bənzədir” – CİNAYƏT, QALMAQAL və 300 min PUL

30 Avqust 2017 12:37

Dünən 2 ilə yaxındır aralarında maliyyə qalmaqalı olan müğənni Samir Piriyevlə bağlı mətbuata açıqlama verən Kamran Həsənlinin dediklərinin yalan olduğu ortaya çıxıb. Belə ki, məsələ ilə bağlı Publika.az-a danışan S.Piriyev Həsənlinin dediklərini gülünc adlandırıb və bundan sonra mətbuata bu barədə açıqlama verməyəcəyini bildirib.

16 şam ağacı məhv edildi – Nazirlik araşdırır

30 Avqust 2017 12:35

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nərimanov rayonu, Tofiq Bəhramov adına Respublika stadionunun arxasında ağacların məhv edilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.