"Hoqlandın açıqladığı prinsiplər münaqişənin həlli ilə bağlı danışıqları tərpədə bilər"

“Ümumiyyətlə, ABŞ-da prezident seçkilərindən sonra bir sıra dəyişikliklər baş verib. Ötən gün ATƏT-in Minsk qrupunda amerikanı təmsil edəcək yeni həmsədr Endrü Şoferin fəaliyyətə başlaması bu dəyişliklikdən irəli gələn məsələdir. Lakin bir həmsədrin dəyişməsi düşünmürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə hər hansı bir təsir edə bilər. Çünki, problemin həlli bir həmsədrdən asılı məsələ deyil”. Bunu açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

"Ümumiyyətlə, ABŞ-da prezident seçkilərindən sonra bir sıra dəyişikliklər baş verib. Ötən gün ATƏT-in Minsk qrupunda amerikanı təmsil edəcək yeni həmsədr Endrü Şoferin fəaliyyətə başlaması bu dəyişliklikdən irəli gələn məsələdir. Lakin bir həmsədrin dəyişməsi düşünmürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə hər hansı bir təsir edə bilər. Çünki, problemin həlli bir həmsədrdən asılı məsələ deyil". Bunu açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

ABŞ-ın regionda dayaqlarının zəif olduğunu deyən politoloq söyləyib ki, bu baxımdan da Amerika regionda baş verənlərə təsir edə bilməz: "Hər kəsə məlumdur ki, məsələnin həlli ilə bağlı qəti söz deyə biləcək aktor Rusiyadır. Bu da Ermənistanın Rusiyanın quberniyası olması ilə bağlıdır".

Bir müddət öncə, ABŞ-dan olan müvəqqəti həmsədr Riçard Hoqlandın bəyanat verdiyini xatırladan İ.Vəlizadənin fikrincə, yaxşı olardı ki, məhz ABŞ-ın mövqeyi Hoqland tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqlanan prinsiplərlə uzlaşsın: "Açıqlanan prinsipdə irəli sürülən tələblərdən biri Ermənistanın Azərbaycan torpaqlarını qeydi-şərtsiz boşaltmasıdır. Burada söhbət ən azı 7 rayonumuzun işğaldan azad olunmasından gedir. Əgər ABŞ bu mövqedə dayansa və planı Minsk qrupu çərçivəsində ardıcıl şəkildə irəli sürsə, o zaman bu bizə danışıqlar prosesinin ölü nöqtəsindən tərpənməsi üçün kifayət edər. Yox əgər bu plan yenə də yalnız bəyanat şəkilində olub, konkret əməllər çərçivəsinə çıxmasa, o zaman yenə də problemin həlli ilə bağlı yenilik gözləməyə dəyməz".

Qeyd edək ki, ABŞ ATƏT-in Minsk qrupuna yeni həmsədr Endrü Şoferi təyin edib. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31