“Kamran istintaqı Hindistan kinolarına bənzədir” – CİNAYƏT, QALMAQAL və 300 min PUL

Dünən 2 ilə yaxındır aralarında maliyyə qalmaqalı olan müğənni Samir Piriyevlə bağlı mətbuata açıqlama verən Kamran Həsənlinin dediklərinin yalan olduğu ortaya çıxıb. Belə ki, məsələ ilə bağlı Publika.az-a danışan S.Piriyev Həsənlinin dediklərini gülünc adlandırıb və bundan sonra mətbuata bu barədə açıqlama verməyəcəyini bildirib.

Dünən 2 ilə yaxındır aralarında maliyyə qalmaqalı olan müğənni Samir Piriyevlə bağlı mətbuata açıqlama verən Kamran Həsənlinin dediklərinin yalan olduğu ortaya çıxıb. Belə ki, məsələ ilə bağlı Publika.az-a danışan S.Piriyev Həsənlinin dediklərini gülünc adlandırıb və bundan sonra mətbuata bu barədə açıqlama verməyəcəyini bildirib.

Kamran Həsənlidən sensasiyalı açıqlama

Camir Piriyevin nümayəndəsi, hüquqşünas Ruslan Əhmədoğlu  açıqlamasında K.Həsənlinin açıqlamalarını absurd adlandırıb: "Hələki ortada istintaq və cinayət işi var. Faktla bağlı Nərimanov rayon prokurorluğunda cinayət işi açılıb. Nərimanov Rayon Polis İdarəsinin İstintaq İdarəsi də cinayət işini araşdırır. Məsələnin başa çatması üçün məhkəmə prosesi olmalıdır. Sözügedən Ərhan Yılmaz özxoşu ilə gəlib izahat verməyib. O, Türkiyədə yol ilə gedərkən jandarma tərəfindən həbs edilib və Türkiyə Baş Savcılığına aparılıb. Orada Ərhandan izahat alınıb. Sonra Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən göndərilmiş sorğu əsasında onun izahatını buraya göndəriblər. Ərhanın izahatında qeyd edilir ki, S.Piriyevi tanımır və onunla bir dəfə görüşüb. Bu hadisə də Kamranın "Pulların məndə deyil, get Ərhandan istə" sözündən sonra olub.

Samir Türkiyədə Ərhanla görüşüb və pulu tələb edib. Ərhan isə "Mənə pul vermisən ki, məndən istəyirsən? Pulların kimdədirsə, ondan tələb elə" deyib. Ərhan bu formada izahatının Türkiyə Baş Savcılığına verib. Həmin izahat da Nərimanov Rayon Polis İdarəsinin İstintaq İdarəsində Ərhanın imzası və qeydləri ilə saxlanılır. Bu hadisədən sonra Kamran onu qısa müddət ərzində Azərbaycana gətizdirir. Hansı ki, il yarımdır hüquq-mühafizə orqanları Ərhanı tapa bilmirdi. Bütün bunlar da onların əlbir olduğunu göstərir. İstintaqın hansı rayonda və hansı müstəntiq tərəfindən aparıldığını bilməyən türk isə birdən-birə həmin idarədə peyda olur. Ə.Yılmazın cinayət işinin harda aparılmasını bilməsi qeyri-mümkündür. Müstəntiq S.Piriyevi də idarəyə dəvət edir. Samiri görən türk vətəndaşı isə fərqli izahat vermək istəyir. Lakin müstəntiq ona Türkiyə Baş Savcılığına verdiyi izahatı xatırladır. İfadəni niyə dəyişdiyi barədə Ərhana sual ünvanlandıqda isə o, "Burada ifadəmi dəyişirəm" deyir. İstintaqa yalan ifadə vermək isə bir cinayət məsuliyyətidir".

R.Əhmədoğlu Samir Piriyevin "Quran" kitabına əl basıb, Ərhanla ortaq olduğunu etiraf etməsi məsələsinə də toxunub: "Mən bilmirəm K.Həsənli "Quran" məsələsini haradan çıxarıb. Ümumiyyətlə, Samir istintaq idarəsinə gəlib, Təzə Pir məscidinə gəlməyib ki, and içsin. Hansı müstəniq üzləşmə zamanı icazə verər ki, tərəflərin hansısa biri ortaya "Quran" kitabı qoysun və cinayət məsuliyyəti yaranmış bir məsələdə dini aspektlər müzakirə olunsun? Bu, gülünc və absurddur. Bununla da, K.Həsənli özünü bütün Azərbaycana güldürdü. İstintaq verilən ifadələrə söykənir. K.Həsənli Azərbaycan istintaqını Hindistan kinolarına bənzədir. Bir də, üzləşmə prosesində K.Həsənli iştirak etməyib. Orada Ə.Yılmaz, S.Piriyev və onların vəkilləri olub. Qeyd edim ki, Ərhan burada heç kimi tanımır, vəkili ona K.Həsənli tutub. Əgər bu adam üzləşmədə iştirak etməyibsə, verdiyi ifadələr hansı həqiqəti əks etdirə bilər, yaxud bu məlumatlar onda hardandır? Deməli, bu informasiyanı ona Ərhan verir və bu da onların əlbir olduğunu bir daha sübut edir".

Qeyd edək ki, Kamran Həsənli verdiyi açıqlamada S.Piriyevlə olan məsələdə günahsız olduğunun sübut olunduğunu bildirmişdi. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31