Qubada üç gün meşədə qaldıqdan sonra tapılan uşaq xəstəxanaya yerləşdirilib

Quba rayonunda meşə massivində avqustun 28-də itkin düşən və bu gün səhər tapılan uşağın səhhəti normaldır. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Əski İqrıq kəndi ilə Gültəpə kəndi ərazisindəki meşə massivindən tapılan 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, onun həyatı üçün təhlükə yoxdur.

"Üç gün ərzində ac və susuz qaldığı üçün müəyyən problemlərin olma ehtimalı nəzərə alınaraq, müvafiq müayinələr həyata keçirilib. Uşağın huşu yerindədir", - deyə xəstəxanadan bildirilib.  Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31