Sosial
Bakıda "yol terroru"- 8 ayda 110 ölü
2017-ci il yanvarın 1-dən avqustun 26-a qədər Bakı şəhəri üzrə 375 yol qəzası qeydə alınıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
BNA 175 saylı marşrut sahibinin müqaviləsinə xitam verdi
Bakı Nəqliyyat Agentliyi (BNA) 175 nömrəli müntəzəm şəhərətrafı marşrut xətti (Şah İsmayıl Xətai metro stansiyası- Hövsan qəsəbəsi) üzrə sərnişindaşıma xidməti göstərən daşıyıcı ilə bağlanan müqaviləyə xitam verib.
Bir qrup şəxsə fərdi təsərrüfatlarını qurmaq üçün aktivlər verilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamının icrası işlərinin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində 5 rayon və şəhər (Şəki, Kürdəmir, İmişli, Sabirabad, Mingəçevir) üzrə daha 20 nəfərə yaxın işsiz və işaxtaran şəxsə aktivlər (mal və materiallar) təqdim olunub. Beləliklə, cari ilin fevralından, yəni aktivlərin verilməsinə başlanandan bəri proqram iştirakçılarından artıq 875 nəfər işsiz və işaxtaran şəxsin biznes-planlarını reallaşdırmaları üçün aktivlərlə təminatı həyata keçirilib.
Erməni deputatlar Bakıya gəlir
Sentyabrın 20-də Avronestin Bakıda keçiriləck plenar iclasına Ermənistan parlamentinin 2 deputatı da gələcək. Ermənistan KİV-i xəbər verir ki, bu barədə parlamentin parlamentin xarici əlaqələr komissiyasının rəhbəri Armen Aşotyan məlumat verib: “Qarabağ məsələsini gündəlikdə qaldırmamaqla bağlı “centlmen razılaşması”na baxmayaraq, imkan tapıb məsələni işıqlandıracayıq”.
Səhiyyə Nazirliyi imtahandan keçə bilməyən tibb işçilərinin sayını açıqlayıb
Azərbaycanda tibb işçilərinin sertifikasiya imtahanlarından keçə bilməyən və yaxud müxtəlif səbəblərdən imtahana gəlməyənlər sertifikasiya prosesində iştirak edən mütəxəssislərin təxminən 14%-ni təşkil edir. Bu barədə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Səhiyyə Mütəxəssislərinin Sertifikasiyası Şöbəsinin fəaliyyətinə həsr edilmiş tədbirdə bildirilib.
"Yayımda texniki problem olursa, biz o məsələyə qarışmırıq”
Milli Televiziya və Radio Şurası (MTRŞ) rəqəmsal yayıma keçiddən sonra regionlarda bəzi hallarda televiziya siqnallarının itməsi məsələsinə aydınlıq gətirib.
Ögey atasından hamilə qalan 12 yaşlı qız Bakıya gətirilir
Balakəndə anasının qeyri-rəsmi nikahda yaşadığı şəxs tərəfindən təcavüzə məruz qalan qız bu gün Bakıya gətiriləcək. Bu barədə Balakən rayon İcra Hakimiyyətində Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Gültac Əfəndiyevaməlumat verib. "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əməkdaşları ilə birlikdə ailədə olduq. Uşaqla, anası ilə və qohumları ilə söhbət aparıldı. Birinci növbədə qarşıda duran məsələ hamiləliyin sonlandırılmasıdır. Uşağın yaşı az olduğundan hamiləlik həyatı üçün risklidir. Ona görə də proses Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda aparılacaq. Daha sonra ehtiyac olduğu halda qıza xüsusi psixoloq təyin ediləcək. Qız hazırda ailəsinin yanındadır".
Tələbələr üçün nəqliyyatda güzəşt olacaq - Yenilik
Tələbələr cəmiyyətin aktiv üzvləri və ölkənin gələcək taleyini həll edən təbəqədir. Bu baxımdan dünyanın müxtəlif ölkələrində həmin təbəqəyə dəyər verilir və onlar üçün müəyyən güzəştlər nəzərdə tutulur. Məsələn, qonşu Türkiyədə təkcə tələbələrə deyil, məktəblilərə də güzəştlər var. Əlbəttə, xərclərin kifayət qədər çox olduğu vaxtda məktəbli və tələbələr üçün, heç olmasa, ictimai nəqliyyatın pulsuz olması yükü bir qədər azalda bilər. Bəs Azərbaycanda tələbələr üçün hansısa güzəşt nəzərədə tutulubmu?
"Qapı-bacanı yaman günə salıb" - Ev sahibi partladılan qumbaradan danışdı - VİDEO
Şamaxıda qumbara partladılıb. Hadisə Şamaxı şəhərinin Heydər Əliyev prospektindəki 13 saylı fərdi yaşayış evinin qarşısında baş verib. Naməlum şəxs ev sahibi, 57 yaşlı Raqif Fərəcov küçəyə çağırıb. Darvazanın döyüldüyünü eşidən Raqif Fərəcov evdən çıxarkən qəflətən küçədə partlayış baş verib. Əl qumbarasını darvazanın yanına atan şəxs avtomobilə minərək hadisə yerindən qaçıb.
Torpaqların Elektron Kadastr Uçotu informasiya Sisteminə start verilib
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Tərtər rayonunda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə əlaqədar işlərə başlanılıb. Görülən işlərin mahiyyəti və nəticələrinin izahı ilə bağlı avqustun 30-da Tərtər rayonunda maarifləndirmə işləri ilə bağlı regional İşgüzar Forum keçirilib.
Aprel döyüşlərinin qəhrəmanları- vətənpərvərliyin bariz nümunəsi
Aprel döyüşlərində Azərbaycan əsgərlərinin göstərdikləri qəhrəmanlıqlar vətənpərvərliyin əsil nümunəsi idi. Etiraf edilməlidir ki, Azərbaycanın ərazü bütövlüyü uğrunda canından keçən Vətən oğullarının şücaəti gənclərə əlavə ruh verdi. Bütün bu qəhrəmanlıqları Azərbaycan gəncliyinə geniş formada tanıtmaq və çatdırmaq məsələsində medianın üzərinə böyük vəzifə düşür.
Bakı zooprakındakı heyvanların aqibəti: istilərdən necə qurtuldular?
Yay isti havalarla xarakterizə olunan fəsildir. Temperaturun artmasının insanlara təsiri məlumdur. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu cür hava şəraiti digər canlılara, o cümlədən heyvanlara da təsir edir.
Kassandra SİNDROMU: insanlar ÖNCƏGÖRMƏLƏRƏ inanmadı, GÖRÜN NƏ BAŞ VERDİ
Kassandra - qədim yunan mifologiyasının qəhrəmanıdır. Rəvayətə görə, Apollon ona aşiq olaraq bəsirət hədiyyəsi ilə mükafatlandırır. Amma Kassandra bu sevgiyə qarşılıq vermir və qəzəblənmiş tanrı elə edir ki, qızın öncəgörməsinə heç kim inanmasın.
Hava yağmursuz olacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
İlk azərbaycanlı rektorunun barelyefi açıldı
Bakı Dövlət Universitetinin 100 illik yubileyi ərəfəsində universitetin ilk azərbaycanlı rektoru, görkəmli ictimai xadim və yazıçı Tağı Şahbazi Simurğun yaşadığı evin qarşısında xatirə barelyefinin açılış mərasimi keçirilib. “Olaylar” bildirir ki, tədbirdə çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov açılış mərasiminin ali təhsil ocağı üçün tarixi əhəmiyyətindən danışıb.














