"Qapı-bacanı yaman günə salıb" - Ev sahibi partladılan qumbaradan danışdı - VİDEO
Şamaxıda qumbara partladılıb. Hadisə Şamaxı şəhərinin Heydər Əliyev prospektindəki 13 saylı fərdi yaşayış evinin qarşısında baş verib. Naməlum şəxs ev sahibi, 57 yaşlı Raqif Fərəcov küçəyə çağırıb. Darvazanın döyüldüyünü eşidən Raqif Fərəcov evdən çıxarkən qəflətən küçədə partlayış baş verib. Əl qumbarasını darvazanın yanına atan şəxs avtomobilə minərək hadisə yerindən qaçıb.
30 Avqust 2017 14:47 SosialŞamaxıda qumbara partladılıb. Hadisə Şamaxı şəhərinin Heydər Əliyev prospektindəki 13 saylı fərdi yaşayış evinin qarşısında baş verib. Naməlum şəxs ev sahibi, 57 yaşlı Raqif Fərəcov küçəyə çağırıb. Darvazanın döyüldüyünü eşidən Raqif Fərəcov evdən çıxarkən qəflətən küçədə partlayış baş verib. Əl qumbarasını darvazanın yanına atan şəxs avtomobilə minərək hadisə yerindən qaçıb.
Raqif Fərəcof - Ev sahibi: "İstədim durub qapını açım, durduğum yerdən 1 addım atmadım, gördüm ki, qumbara partladı qapıda. Yaman günə salıb qapı-bacanı. Öz ailəmlə oturmuşdum. Gəlinim, 2 azyaşlı nəvəm və həyat yoldaşım idi".
Hadisə zamanı darvaza əzilsə də, xəsarət alan olmayıb. Partlayıcı qurğunun səs qumbarası olduğu, ona görə də ətrafdakı evlərə, obyektlərə ciddi ziyan vurmadığı, lakin partlayış zamanı güclü səs yarandığından sakinlərin təşvişə düşdüyü bildirilir. Əl qumbarasını partladan şəxsin kimliyi və hadisənin motivi hələlik məlum deyil. Hadisəni törədən şəxsin tapılması üçün əməliyyat-axtarış tədbirləri davam edir. Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. ARB