Torpaqların Elektron Kadastr Uçotu informasiya Sisteminə start verilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Tərtər rayonunda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə əlaqədar işlərə başlanılıb. Görülən işlərin mahiyyəti və nəticələrinin izahı ilə bağlı avqustun 30-da Tərtər rayonunda maarifləndirmə işləri ilə bağlı regional İşgüzar Forum  keçirilib.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Tərtər rayonunda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə əlaqədar işlərə başlanılıb. Görülən işlərin mahiyyəti və nəticələrinin izahı ilə bağlı avqustun 30-da Tərtər rayonunda maarifləndirmə işləri ilə bağlı regional İşgüzar Forum  keçirilib. Komitədən "Olaylar"a verilən məlumata görə, tədbirdə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev Azərbaycanda Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin qurulması, habelə bu işlərin Tərtər rayonunda başlanılması ilə bağlı təqdimatla çıxış edib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin torpaqların dəqiq uçotu, torpaq idarəçiliyi və inzibatçılığında yeni çağırışların və müasir yanaşmaların tətbiqi ilə bağlı verdiyi 7 mart 2016-cı il tarixli Fərmanından bəhs olunub. Bildirib ki, Fərmandan irəli gələn tapşırıqların icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkə üzrə torpaqların elektron kadastr uçotu məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin hazırlanması işləri uğurla həyata keçirilir. Həmin fərmanın rayonda da icrası ilə əlaqədar olaraq cari ildə dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31