Sosial
Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq imkanları müzakirə olunub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramı ölkəmizdə işsiz və işaxtaran vətəndaşların fərdi təsərrüfatlarının qurulmasına, nəticədə onların və ailə üzvlərinin özünüməşğulluğuna, ailə biznesinə çıxış imkanlarına malik olmalarına şərait yaradıb. Dövlət başçısının tapşırığına uyğun olaraq, bu proqramın daha da genişləndirilməsində, habelə həmin proqrama cəlb olunan insanların fərdi təsərrüfatlarının gələcək inkişafı üçün görüləcək tədbirlərdə beynəlxalq maliyyə qurumları, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə əməkdaşlığın həyata keçirilməsi də diqqətdə saxlanılır. Bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlikdə AYİB-in nümayəndə heyəti ilə keçirilən görüşdə bildirib.
Pensiya qanunvericiliyindəki son dəyişikliklərlə bağlı növbəti seminar-müşavirə keçirilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu pensiya qanunvericiliyindəki son dəyişikliklərlə bağlı yerli qurumlarının əməkdaşları üçün izahat işlərinin aparılması məqsədilə növbəti seminar-müşavirəni Xaçmaz rayonunda keçirib. Fondun Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon şöbələrinin aidiyyəti sektorlarının əməkdaşlarının iştirakı ilə keçən seminar-müşavirədə ölkəmizin sığorta-pensiya sistemində həyata keçirilən islahatların əhəmiyyətindən bəhs olunub. Tədbirdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2017-ci il 1 may tarixli Fərmanından irəli gələn vəzifələrin icrası ilə əlaqədar tapşırıq və izahatlar verilib.
Öndə gedən komandir
Sentyabrın 12 -də Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği" layihəsi çərçivəsində aprel döyüşlərinin şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik – leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin zabiti Murad Mirzəyevin ailəsini ziyarət etdi. Layihənin məqsədi milli qəhrəmanlarımızın döyüş yollarını gənc nəsillərə təbliğ etməkdi. Torpağı, milləti uğrunda canını qəhrəmancasına fəda edən belə oğullarımızdan biri də Milli Qəhrəman, polkovnik – leytenant Murad Mirzəyevdi.
Baş Təhsil İdarəsi direktor müavinləri üçün iclaslar keçirir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri və fənlər üzrə metodbirləşmə sədrlərinin bölmə iclaslarına start verilib. İdarənin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, bölmə iclaslarının təşkil olunmasında əsas məqsəd Bakı şəhər təhsil işçilərinin ənənəvi sentyabr konfransından irəli gələn məsələləri, həmçinin, 2016-2017-ci tədris ilinin yekunlarını və yeni dərs ilində qarşıda duran vəzifələri müzakirə etmək, təkliflər hazırlamaqdır. İlk bölmə iclasları sentyabrın 12-də Nizami, Nərimanov, Səbail, Yasamal və Qaradağ rayonları üzrə təşkil olunub. BŞTİ-nin struktur bölmə rəhbərləri və əməkdaşlarının iştirak etdiyi iclaslarda Təlimə Dəstək Mərkəzinin işçiləri moderatorluq ediblər.
“Azərsu” 1100 nəfəri yay istirahətinə göndərib
“Azərsu” Açıq Səhmdar Cəmiyyətində işçilərin yay mövsümündə istirahətlərinin səmərəli təşkilinə xüsusi diqqət yetirilir. Səhmdar Cəmiyyətdən “OLAYLAR”-a bildirilib ki, hər il ənənəvi olaraq Cəmiyyətin işçilərinin və onların ailə üzvlərinin asudə vaxtlarının səmərəli təşkili istiqamətində tədbirlər keçirilir. “Azərsu” ASC və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tədbirlər planına əsasən, Cəmiyyətin idarə və təşkilatlarında çalışan işçilər və onların ailə üzvləri ölkəmizin müxtəlif bölgələrindəki istirahət mərkəzlərinə göndərilir. Təsdiq olunmuş qrafikə əsasən, 2017-ci ilin yay mövsümündə iyun ayından başlayaraq işçilərin istirahət mərkəzlərinə göndərilməsinə başlanılmışdır. İyun, iyul və avqust ayları ərzində “Azərsu” ASC-nin idarə və müəssisələrində çalışan işçilər və onların ailə üzvləri Xaçmaz, Qusar, İsmayıllı, Naftalan və Lerikdəki istirahət və müalicə mərkəzlərinə göndərilmişdir. Ümumilikdə 1100 nəfərədək şəxs bu imkandan yararlanmışdır.
Səfirlikdən MEK-ə kitablar hədiyyə edildi
Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyi yanında Heydər Əliyev adına Mədəniyyət Mərkəzindən AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) mərkəz tərəfindən çap olunmuş kitabların elektron versiyaları hədiyyə edilib. MEK – dən “Olaylar” – a bildirilib ki, Azərbaycanın təbliği baxımından xüsusi seçilmiş ədəbiyyat siyahısına aşağıdakılar daxildir: “Azərbaycanın mədəni mirası”, “Özbək və Azərbaycan poezisiyasının çağdaş özəllikləri”, “Müasir Azərbaycan poeziyası antologiyası”, Əli Həsənovun “Geosiyasət”, Nizami Gəncəvinin “Sirlər xəzinəsi”, “Leyli və Məcnun” poemaları, özbək tarixçisi Şöhrət Salamovun “Türkistan və Cənubi Qafqaz XIX-XX əsrlərdə” və “Qarabağ: İdeyalar müharibəsi. Millətçilik, terrorizm, genosid”. Qeyd edək ki, Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanmış kitablarda mətnlər həm özbək, həm də rus dillərində verilib.
Qənirə Paşayeva: “Onlar anlamalıdırlar ki, millətə böyük zərər vururlar”
Bu il Tovuzda attestat alan 1650 məzundan 542 nəfərin ali məktəblərə, 131 nəfərin orta -ixtisas məktəblərinə qəbul olunmasını yüksək qiymətləndirən millət vəkili Qənirə Paşayeva tələbə adını qazanmış gəncləri, onların valideyn və müəllimlərini təbrik edib. Deputat vurğulayıb ki, “biz ali məktəbə daxil olan gənclərin uğurlarına sevinmək, qürur duymaqla yanaşı, orta məktəbi bitirən və sayları daha çox olan digər gənclərin həyatı, gələcəyi ilə də bağlı düşünməliyik. Onların peşə təhsilinə meyilləndirilməsi prosesi məktəbdən başlamalıdır ki, bu gənclər hər hansı bir peşəni öyrənib gələcəkdə iş yeri tapa bilsinlər”. Bu il məzunların 25 nəfərinin ali hərbi məktəblərə qəbul olunmasını xüsusi vurğulayan onların sayına görə son illər Tovuz rayonunun ön sıralarda olmasını yüksək qiymətləndirib. Tovuz rayonundan hər il ali məktəblərə daxil olan gənclərin kəmiyyət və keyfiyyətindəki artımı önəmli sayan Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyinda onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır.
Dəniz Akademiyasında “Açıq qapı günü” keçirilib
Sentyabrın 12-də Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) “Açıq qapı günü” – yenicə tələbə adını qazanan gənclər və onların valideynləri ilə görüş keçirilib. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, görüşdə gəmiçiliyin rəhbər işçiləri, Akademiyanın müəllim heyəti iştirak ediblər. Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyev builki tələbə qəbulunun yekunları, akademiyada tədrisin təşkili, tələbələr üçün yaradılan şərait barədə məlumat verib. Bildirib ki, 2017-2018-ci tədris ilində Dəniz Akademiyasına qəbul olan tələbələr sırasında yüksək bal toplayanların sayı daha da artıb. Həmin tələbələrdən 3-ü 600, 7-si isə 500 baldan yüksək nəticə əldə edib. 6 tələbə isə Akademiyanı fərqlənmə diplomu ilə başa vurub. Təhsil müəssisəsinin 23 tələbəsinə işlə təmin olunmaları barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) zəmanət məktubu verilib.
Azərbaycan dinlərarası tolerantlığın məkanıdır
Sumqayıt şəhər Cümə məscidində “İslam həmrəyliyi – düşüncə tariximizin dünəni və bu günü” layihəsi çərçivəsində “Azərbaycan dinlərarası tolerantlığın məkanı kimi” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan icma sədri Rauf Sərdarov keçirilən tədbirlərin cəmiyyətimizdə mövcud olan həmrəylik, tolerantlıq kimi tarixən formalaşan ənənələrə müsbət töhfə verdiyini bildirib. Qeyd edib ki, müasir dövrdə İslam aləminin əsas problemləri olan cəhalət, xurafat və radikalizmə qarşı mübarizənin başlıca vasitəsi düzgün maarifləndirmə, möhkəm tarixi köklərə söykənən milli-dini dəyərlərin təbliğ olunmasıdır.
Azərbaycanın sədrliyi ilə Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 106-cı sessiyası keçirilir
Məlum olduğu kimi, Çinin Çenqdu şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyası öz işinə başlayıb. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, assambleya çərçivəsində təşkilatın İcraiyyə Şurası 106-cı sessiyasını keçirir. Şuraya Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sədrlik edir. İclası açıq elan edən Nazir son bir ildə təşkilat tərəfindən həyata keçirilmiş fəaliyyətin vacib istiqamətlərini diqqətə çatdırıb. Daha sonra BMÜTT-nin baş katibi Taleb Rifai çıxış edərək təşkilatın büdcə vəziyyəti, 2016-2017-ci illər üzrə fəaliyyət proqramı, növbəti illər üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.
Uşaqların vətənpərvər ruhda tərbiyəsinə xidmət edəcək yeni qrur yaradılıb
Faiq Hüseynov: “Bu Azərbaycanda bir ilkdir” Bu günlərdə uşaqların hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edəcək daha bir qurum yaradılıb. “OLAYLAR”-ın xəbərinə görə, sentyabrın 12-də qrupun təqdimat mərasimi keçirilib. Yeni yaradılan “Əsgər bala” uşaq musiqi qrupu barədə məlumat verən qrupun təsisçisi Faiq Hüseynov deyib ki, məqsəd yetişməkdə olan gənc nəsli, uşaqları vətənpərvər ruhda tərbiyə etməkdir. Bunun Azərbaycanda bir ilk olduğunu deyən Faiq Hüseynov onu da əlavə edib indiyə qədər isə “Canbala” futbol klubu və moda klubu fəaliyyət göstərib. O, sözügedən klubların artıq bir sıra uğurlara imza atdığını da vurğulayıb. Bildirib ki, “Canbala” futbol klubunun yetirmələrinə hazırda ölkənin tanınmış futbol komandalarında rast gəlmək mümkündür.
Şəkidə ərzaq mağazası yanıb
Şəki şəhərində ümumi sahəsi 32 m2 olan ərzaq mağaza yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə mağazanın yanar konstruksiyaları və içərisinə yığılmış ərzaq malları yanmışdır. Mağazaya bitişik anbar yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Sumqayıtda 6 otaqlı ev yanıb
Sumqayıt şəhərində 6 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 200 m2olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağının yanar konstruksiyaları 20 m2 sahədə yanmış, yüksək temperaturdan 1 ədəd kondisioner ərimişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Daxili orqanında 77,393 qram heroin aşkar olundu
Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, nəticədə, vətəndaşın daxili orqanında (düz bağırsağında) 2 ədəd bükümdə xalis çəkisi 77,393 qram olan narkotik vasitə - heroin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
H.Əliyev adına NEZ-də yeni layihə həyata keçirilir
Heydər Əliyev adına Neft Emalı Zavodunda inşa olunan yeni Susoyutma qurğusunun istismara verilməsindən sonra buradan “Ekol” Mühəndislik Xidmətləri QSC-nin mexaniki təmizləmə sahəsinə daxil olan çirkab sənaye sularının miqdarı kəskin azalıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, sənaye sularında olan neft məhsullarının ayrılma prosesini daha da təkmilləşdirmək məqsədi ilə Zavod tərəfindən təklif edilmiş yeni layihə üzrə tikinti-quraşdırma işlərinə başlanılıb. Layihənin əsas məqsədi mexaniki təmizləmə sahəsinə müxtəlif istiqamətlərdən daxil olan bütün suları bir yerə yönləndirmək və kimyəvi reagentlər vasitəsilə sənaye sularını neft məhsullarından 3 mərhələdə təmizləməkdir.














