Sosial

Udanda elə sevinirik ki, uduzanda sevinməməyə ayaq yeri qoymuruq

13 Sentyabr 2017 11:08

"Qarabag" futbol komandamız uduzdu. Problem yoxdur. Dūnyada uduzmayan komanda yoxdur. O ki qalsin, ilk dəfə belə bir yūksək liqada oynayan komanda. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay “Çelsi”-“Qarabağ” oyununun nəticəsini şərh edərkən səsləndirib.

“İslam həmrəyliyi və media” mövzusunda müsabiqə elanı

13 Sentyabr 2017 10:53

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Mətbuat Şurası və Bakı şəhər Məşədi Dadaş Dini İcması “İslam həmrəyliyi və media” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi keçirir.

Lapşin Azərbaycan prezidentinə təşəkkür etdi

13 Sentyabr 2017 10:51

Bloqger Aleksandr Lapşin əfv olunduğu üçün prezident İlham Əliyevə təşəkkür məktubu yazıb. Bu barədə A. Lapşinin vəkili Eduard Çernin məlumat verib. E.Çernin bildirib ki, Lapşin məktubunda əməlindən peşman olduğunu bildirib: “Lapşin məktubunda səhvlərini başa düşdüyünü qeyd edib, əfv olunduğu üçün prezidentə və ailəsinə təşəkkürünü bildirib”.

Bu gün Ay Yerə yaxınlaşacaq

13 Sentyabr 2017 10:17

Bilik Fondu Cocuq Mərcanlı məktəbinə kitab hədiyyə edib

12 Sentyabr 2017 18:23

Sentyabrın 12-də  Bilik Fondunun icraçı direktoru Oktay Səmədovun başçılıq etdiyi nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib. Fondun əməkdaşları, KİV nümayəndələri və Könüllülər Birliyinin üzvlərinin qatıldığı səfərdə yerli əhali ilə görüş keçirilib, kənd məktəbinə kitablar hədiyyə olunub. "Olaylar"  - a daxil olan məlumata görə, Bilik Fondunun icraçı direktoru O.Səmədov bidirib ki, "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci ildə imzaladığı Sərəncamdan sonra Bilik Fondu Cocuq Mərcanlı kəndində inşa olunacaq orta məktəbin kitabxanası üçün kitablar toplanması aksiyasına başlayıb.

Prezidentin təşəbbüsü ilə yazılmış əsərlərin təqdimatı olacaq

12 Sentyabr 2017 17:22

Sentyabrın 13 - də Azərbaycan və rus dillərində hazırlanmış “İrəvan xanlığının paytaxtı - İrəvan şəhəri”,“Erməni vandallarının yox etdiyi İrəvan qalaları”, “İrəvan xanlığının mahalları” və “İrəvan xanlığının əhalisi” adlı əsərlərin təqdimat mərasimi keçiriləcək. Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilovun verdiyi məlumata görə, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabı kimi bu əsərlər də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yazılıb.

Yazıçılar Birliyi ləğv olunur? - İclas bitdi - Yenilənib

12 Sentyabr 2017 17:04

“Sahil” bağı ətrafında yerləşən Yazıçılar Birliyinin binasındakı  “26” adlı kafenin fəaliyyəti dayandırılsa da, söz-söhbətlər səngimək bilmir. Yazıçı Çingiz Abdullayev bir neçə gün bundan əvvəl  adıçəkilən kafenin Yazıçılar Birliyi ilə heç bir əlaqəsinin olmadığını söyləmişdi. Lakin mətbuatda dərc edilən sənəddə kafenin Yazıçılar Birliyinə aiddiyatı olduğu  bəlli olub.     Belə ki,  məkanın icarəyə verilməsi haqqında müqavilə icarədar Ramil Ruslan oğlu Məmmədli ilə Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev arasında bağlanıb. Tərəflər müqaviləyə öz şərt və tələblərini də əlavə edərək imza adıblar. Bu müqaviləyə görə, icarədar hər ay müqavilə tərəfdaşına – Yazıçılar Birliyinə 8 min manat pul ödəyirmiş.  Görünən odur ki, kafe ətrafında baş verənlərlə bağlı Yazıçılar Birliyinin də başı dərddədir.

Bölgələrdə dini maarifləndirmə tədbirləri keçirilir

12 Sentyabr 2017 16:48

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağdaş rayon  Aşağı Nemətabad məscidi dini icması tərəfindən sentyabrın 12-də “İslam həmrəyliyi və İslam elm tarixində Azərbaycan məktəbi” layihəsi çərçivəsində “Quranda dini plüralizm” mövzusunda maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə. tədbirdə orta məktəbin direktoru Gülnarə Kazımova çıxış edərək xalqımızın tarixən qoruyub saxladığı tolerant və multikultural dəyərlərin təbliğinin təhsil müəssisələrində həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

"Qafqaz İslam Ordusu və Bakının qurtuluşu" mövzusundə tədbir keçiriləcək

12 Sentyabr 2017 16:46

Hər il olduğu kimi bu il də Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçiriləcək. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzindən (ATXƏM) “OLAYLAR”-a bildirilib ki, sentyabın 14-də Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 99-cu ilinə həsr olunmuş tədbir keçiriləcək. "Qafqaz İslam Ordusu və Bakının qurtuluşu" mövzusundə keçiriləcək tədbir Beynəlxalq Mətbuat Mərkəzində (BMM) baş tutacaq. Tədbir Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun dəstəyilə reallaşacaq.

Bir televizor al, ikisinin pulunu ödə

12 Sentyabr 2017 16:40

Kim haqlıdır, "Kontakt Home", vətəndaş, yoxsa məhkəmə? Bakı şəhəri, 2-ci mikrorayon, Hüseyn Bala Əliyev küçəsi, ev 7, mənzil 91 ünvanda yaşayan Arzu Quliyeva Məmməd qızı Azad İstehlakçilar Birliyinin sədri Eyyub Hüseynova ərizə ilə müraciət edib. Müraciətdə bildirilir ki, vətəndaş 07.02.2015-ci ildə “Kontakt Home” adlı mağazadan 950 AZN dəyərində  LG LED markalı televizor alıb.  Bu malı alarkən mənə izah olundu ki, televizorun dəyəri manatla, 6 ay müddətində faizsiz ödənilə bilər və mən göstərilən pulu tam şəkildə ödəmişəm, hətta 75 manat artıq ödəmişəm. Yəni  mən mağazaya yox, mağaza mənə borcludur. Borcu manatla tam ödəyən dövrdə devalvasiya baş verib və manatla borc tam ödənilsə də, dükan müqaviləyə istinad edərək əlavə (məzənnə fərqi) 301,67 dollar habelə 360 manat pulun da ödənilməsini tələb edir. Bu o deməkdir ki, mən bir televizor alıb, ikisinin pulunu ödəməliyəm. Mən, Azərbaycan vətəndaşı olaraq Azərbaycan ərazisində yerləşən mağazadan mal almışam və aldığım müddətdə göstərilən malın pulunu Azərbaycanın Milli Valyutası ilə tam ödəmişəm.

Qeyri-formal məşğulluq dünya iqtisadiyyatına ciddi təsir göstərir

12 Sentyabr 2017 16:35

Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində mühüm addımlar atılır Hazırda qeyri-formal sektorun həm əhalinin məşğulluğuna, həm də bütövlükdə ölkələrin iqtisadiyyatına ciddi təsir göstərməklə əmək bazarının müstəqil seqmentinə çevrilmə prosesi müşahidə olunmaqdadır. Qeyri-formal məşğulluğun dünya iqtisadiyyatında payının getdikcə artması bu məsələyə hökumətlərin, sosial tərəfdaşların, beynəlxalq təşkilatların və tədqiqatçıların artan marağına səbəb olur, bu sahədə yeni innovativ yanaşmaların müəyyənləşdirilməsini zəruri edir. Rəsmi statistik məlumatına əsasən, dünyada iqtisadi fəal əhalinin yarısından çoxu, yəni 1,8 milyard nəfər, əmək müqaviləsi bağlamadan, başqa sözlə, sosial müdafiə ilə əhatə olunmadan çalışır. Tədqiqatlar göstərir ki, son dövrlərdə, əksər ölkələrdə milli sərvətin strukturunda nəzərə çarpacaq dəyişikliklər baş verir.