"Qafqaz İslam Ordusu və Bakının qurtuluşu" mövzusundə tədbir keçiriləcək
Hər il olduğu kimi bu il də Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçiriləcək. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzindən (ATXƏM) “OLAYLAR”-a bildirilib ki, sentyabın 14-də Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 99-cu ilinə həsr olunmuş tədbir keçiriləcək. "Qafqaz İslam Ordusu və Bakının qurtuluşu" mövzusundə keçiriləcək tədbir Beynəlxalq Mətbuat Mərkəzində (BMM) baş tutacaq. Tədbir Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun dəstəyilə reallaşacaq.
12 Sentyabr 2017 16:46 SosialHər il olduğu kimi bu il də Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçiriləcək. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzindən (ATXƏM) "OLAYLAR"-a bildirilib ki, sentyabın 14-də Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 99-cu ilinə həsr olunmuş tədbir keçiriləcək. "Qafqaz İslam Ordusu və Bakının qurtuluşu" mövzusundə keçiriləcək tədbir Beynəlxalq Mətbuat Mərkəzində (BMM) baş tutacaq. Tədbir Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun dəstəyilə reallaşacaq.