Sosial
Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü xilas edilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bəhrəmtəpə-Horadiz yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində “MAZ” markalı yük avtomobili yol qəzası nəticəsində yol kənarına aşıb.
Azərbaycan “Worldfood Moscow” Sərgisində “Ən yaxşı debüt” mükafatına layiq görülüb
Moskvada keçirilən 26-cı “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində vahid ölkə stendi ilə təmsil olunan Azərbaycan “Ən yaxşı debüt” mükafatına layiq görülüb. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, sərginin yeganə eksklüziv partnyoru olan Azərbaycan “Worldfood Moscow”ya ilk dəfə qatılsa da, pavilyonumuzun milli ornamentlərdən istifadə olunmaqla yüksək zövqlə tərtib edilməsi, nümayiş olunan maraqlı proqram sərginin təşkilatçısı, dünyaca məşhur “ITE Group” tərəfindən yüksək qiymətləndirilib. “Made in Azerbaijan” vahid ölkə stendinin ən yaxşılardan biri kimi mükafat alması həm də Sərgi ziyarətçilərinin pavilyonumuza və burada nümayiş olunan təbii və keyfiyyətli məhsullara olan böyük marağının göstəricisidir.
Millət vəkilindən “26” restoranı ilə bağlı açıqlama
“Köhnə “26-lar”, indiki “Sahil” bağının ərazisində yerləşən “26” restoranın məsələsi hüquq-mühafizə orqanları tərəfindən dərindən araşdırılmalıdır. Hüquq-mühafizə orqanları tərəfindən tam araşdırma başa çatdırılmadan ayrı-ayrı insanları ləkələməyə də yol vermək olmaz”.
DİQQƏT! Dünəndən növbəti geomaqnit qasırğası başlayıb
Dünəndən etibarən növbəti geomaqnit qasırğası başlayıb. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib. Onun sözlərinə görə, hazırda G1 sinfinə malik geomaqnit qasırğası davam edir. Gün ərzində G2 sinifli qasırğa gözlənilir (maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11 ildə 1-2 dəfə baş verir): "Bir neçə gün əvvəl baş vermiş güclü qasırğa isə G4 kateqoriyalı idi. Sabah da geomaqnit həyəcanlaşmasının davam edəcəyi gözlənilir (G1 sinifli geomaqnit qasırğası ilə müşayiət olunacaq). Hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 5-dir (maksimum 9 olur)".
QHT TV təqdim edildi
Sentyabrın 13 – də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda ilk dəfə QHT-lər üçün ixtisaslaşmış internet televiziyasının təqdimat mərasimi olub. Tədbiri giriş sözü ilə ““QHT TV” - vətəndaş cəmiyyəti təşkilatları üçün media imkanlarının genişləndirilməsi” layihəsinin rəhbəri Cəsarət Hüseynzadə açaraq bildirib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Şəmsi Əsədullayev” xeyriyyə ictimai birliyi tərəfindən həyata keçirilir.
Strateji Yol Xəritəsinin icra vəziyyəti hədəf göstəricilərinə uyğundur
Dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi inkişaf etmiş ölkələrə belə mənfi təsirini göstərməkdədir. Mürəkkəb xarici iqtisadi mühit ölkəmizin də makroiqtisadi və maliyyə sabitliyinə təsirsiz ötüşməyib.
Vətəni qibləgah edən Aprel şəhidləri
Aprel qəhrəmanları Azərbaycan gəncləri üçün əsil vətənpərvərlik nümunəsinə çevriliblər. Artıq şəhidlərimizin göstərdikləri qəhrəmanlıqlar dillər əzbəri olub. Belə igid oğulların keçdiyi həyat yolunun ictimaiyyətə çatdırılması nəinki gənclər, eləcə də bütün soydaşlarımızın vətənpərvər ruhunun yüksəlməsində əhəmiyyətli rol oynayır.
Diaspor təşkilatlarının üzərinə böyük məsuliyyət düşür
Müstəqillik illərindən sonra Azərbaycanda əsas diqqət yetirilən və inkişaf mərhələsi keçən sahələrdən biri də diaspora sahəsidir. Təsadüfi deyil ki, ötən müddət ərzində bu sahədə kifayət qədər işlər görülüb və müəyyən nailiyyətlər əldə olunub. Əgər əvvəllər ayrı-ayrı diaspor təşkilat və qurumları yalnız Bakıda bir araya gələ bilirdilərsə, artıq diasporumuzun müxtəlif ölkələrin ictimai-siyasi həyatındakı rolu bu mənfi tendensiyanı aradan qaldırıb və təşkilatlarımız dünyanın bir çox dövlətlərində öz toplantılarını keçirirlər.
Restoran və dönərxanalarda əhaliyə at-eşşək əti yedizdirilir
Azərbaycanda dana və quzu ətinin bahalaşmasının at və eşşək ətinin satış arealının genişlənməsinə rəvac verdiyi bildirilir. 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiyalarından əvvəl 7 manat - 7 manata 50 qəpiyə satılan dana əti hazırda 11 manat 50 qəpik - 12 manata, 8 manat-8 manat 50 qəpiyə satılan quzu əti isə 12-13 manata təklif edilir.
"Yalvarıram, gəl cinsi əlaqədə olaq" - Sayğac ustası evdə tək olan qadını zorladı - FOTO
Metro qış vaxtına keçir
Yay mövsümünün başa çatması, xüsusən yeni tədris ilinin başlanması ilə əlaqədar Bakı metropolitenində də sərnişin axınının get-gedə intensivləşməsi müşahidə olunur. “Bakı Metropoliteni”nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, mövsümün tələbləri nəzərə alınaraq, sərnişindaşıma qabiliyyətini artıraraq qatarlardan səmərəli istifadə etmək, həmçinin sərnişinə xidmət mədəniyyətinin səviyyəsini yüksəltmək məqsədilə metropolitendə bir sıra tədbirlər görülür. Onlar arasında, ənənə üzrə, qatarların yeni hərəkət cədvəlinin tətbiqi xüsusi yer tutur. Belə ki, «Bakı Metropoliteni» QSC sədri Zaur Hüseynovun əmrinə əsasən, payız-qış mövsümünün tələbləri nəzərə alınaraq, sentyabrın 18-dən metropolitendə qatarların hərəkətinin yeniləşmiş qrafiklə tənzimlənməsinə keçiləcək.
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatında
Böyük Britaniyada səfərdə olan Azərbaycan Respublikasının nümayəndə heyəti BMT – nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatının (IMO) London şəhərində yerləşən baş qərargahında təşkilatın Baş katibinin köməkçisi və Üzv dövlətlərin Auditi və implementasiya üzrə dəstək şöbəsinin direktoru Cənab Laurens Barşyu ilə görüşüb.
Qəbələdə DTX əməliyyatı — Radikal dindarların həbsi
DTX və polis Qəbələdə əməliyyat keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xİdmətinin Rayon Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 12-də dini radikalizmi təbliğ etməkdə şübhəli bilinən Vəndam qəsəbə sakinləri Bəhruz Qasımovun və Elman Tahirovun evlərinə baxış zamanı oradan yayılması qanunla qadağan olunmuş ümumilikdə 77 ədəd dini təyinatlı ədəbiyyat, 11 ədəd video və audiokaset, 14 ədəd CD disk və 1 ədəd kustar üsulla hazırlanmış xəncər aşkar edilərək götürülüb.
Ətin qiyməti niyə dəyişib?
Azərbaycanda ət məhsullarının bahalaşmasına aydınlıq gətirilir. Sosial-İqtisadi və Ekoloji İnkişaf İctimai Birliyinin sədri, ekspert Rahilə Mehdiyeva bildirib ki, istehlak bazarında satılan ət, əsasən, şəxsi həyətyanı və kiçik fermer təsərrüfatlarında yetişdirilən və qismən də xaricdən idxal olunan diri heyvanlar hesabına təmin olunur. Bu heyvanlar satışa çıxarılmazdan öncə 3-4 ay ərzində qapalı şəraitdə kökəldilir: "Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-iyun ayları ərzində ət məhsullarının qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,6% artıb".
İslam humanizm və həmrəylik dinidir
Astara şəhəri “Qum” məscidi dini icmasının həyata keçirdiyi “İslam humanizm və həmrəylik dinidir” layihəsi çərçivəsində Astara rayon Şiyəkəran kəndində maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında əsrlərboyu Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələrinin qarşılıqlı hörmət və ehtiram şəraitində birgə yaşadığını bildirib. Q.Məmmədov dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin və milli-mənəvi dəyərlərin təbliğinin əhəmiyyətini vurğulayıb.














