İslam humanizm və həmrəylik dinidir

Astara şəhəri “Qum” məscidi dini icmasının həyata keçirdiyi “İslam humanizm və həmrəylik dinidir” layihəsi çərçivəsində Astara rayon Şiyəkəran kəndində maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında əsrlərboyu Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələrinin qarşılıqlı hörmət və ehtiram şəraitində birgə yaşadığını bildirib.  Q.Məmmədov dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin və milli-mənəvi dəyərlərin təbliğinin  əhəmiyyətini vurğulayıb.

Astara şəhəri "Qum" məscidi dini icmasının həyata keçirdiyi "İslam humanizm və həmrəylik dinidir" layihəsi çərçivəsində Astara rayon Şiyəkəran kəndində maarifləndirici tədbir keçirilib. "OLAYLAR"-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında əsrlərboyu Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələrinin qarşılıqlı hörmət və ehtiram şəraitində birgə yaşadığını bildirib.  Q.Məmmədov dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin və milli-mənəvi dəyərlərin təbliğinin  əhəmiyyətini vurğulayıb.

QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi, "Qum" məscidi dini icmasının sədri İlqar Həsənov çıxışında ölkəmizdə əmin-amanlıq, həmrəylik, dini və milli tolerantlığın hökm sürdüyünü qeyd edib. Astara Rayon İcra Hakimiyyəti başçısının Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Elşad Məcidov, bələdiyyə sədri Firuz Nəcəfov və başqaları çıxışlarında  dövlət-din münasibətlərinin uğurlu inkişafından bəhs edib, keçirilən tədbirləri dövlətin bu sahəyə ayırdığı diqqət və qayğı kimi yüksək qiymətləndiriblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31