Sosial
Hava buludlu olacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
700 bal toplayan abituriyentlər Bilik Fondunda
Bilik Fondunda 2017-2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərlə görüş keçirilib. “Olaylar” bildirir ki, görüşdə Fondun əməkdaşları və Könüllülər Birliyinin üzvləri, tələbə adını qazanmış abituriyentlərin valideynləri iştirak ediblər. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov tələbələri yeni dərs ilinin başlanması münasibəti ilə, həmçinin göstərdikləri yüksək nəticəyə görə təbrik edib. Ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikrini sitat gətirən O.Səmədov gəncləri bundan sonra daha da səylə çalışmağa, Azərbaycanın gələcəyi üçün savadlı və gərəkli kadrlar kimi yetişməyə, ölkənin insan kapitalını zənginləşdirməyə çağırıb.
Gürcüstanın Azərbaycana borcu azalıb
2017-ci il 31 avqust tarixinə olan məlumata əsasən, Gürcüstanın Azərbaycana dövlət borcu 8,995 mln. dollar təşkil edir. Gürcüstan Maliyyə Nazirliyinin məlumatına əsasən, 31 iyul tarixinə olan göstərici ilə müqayisədə qonşu ölkənin Azərbaycana olan borcu 0,347 mln. dollar azalıb.
Lapşin anası ilə birlikdə Türkiyəyə gedəcək
Prezident İlham Əliyevin sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilən bloger Aleksandr Lapşinin anası Bella Lapşina Bakıdadır. Bu barədə “Trend”ə A.Lapşinin vəkili Eduard Çernin məlumat verib. Onun sözlərinə görə, B.Lapşina gecə saatlarında Bakıya gəlib.
Azərbaycan dünyanın 172 dəniz dövləti arasında liderlər sırasındadır
Böyük Britaniyada səfərdə olan Azərbaycan Respublikasının nümayəndə heyəti BMT-nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatının (IMO) London şəhərində yerləşən baş qərargahında təşkilatın Baş katibinin köməkçisi və Üzv dövlətlərin Auditi və implementasiya üzrə dəstək şöbəsinin direktoru Cənab Laurens Barşyu ilə görüşüb.
“Azərbaycan-İtaliya: siyasi, mədəni aspektlər ” mövzusunda seminar keçirilib
Sentyabrın 13-də Azərbaycan Dillər Universitetində universitetin İtalyan dili mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan-İtaliya: siyasi, mədəni aspektlər” mövzusunda seminar keçirilib. Tədbiri açıq elan edən ADU-nun Xarici vətəndaşlarla iş və Protokol xidmətinin müdiri Anar Bağırov qonaqları seminar iştirakçılarına təqdim edib və onları universitetdə görməkdən məmnunluğunu dilə gətirib. Daha sonra “Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Teti universitetin italyan dili üzrə təhsil alan tələbələri, eyni zamanda müəllim heyətinə İtaliya və Azərbaycan arasında mövcud ictimai-siyasi və mədəni əlaqələr barədə ətraflı məlumat verib. O, Azərbaycan haqqında nəşr olunan ilk italyandilli kitabları təqdim edib və Azərbaycan dilindən birbaşa italyan dilinə tərcümə sənətinin inkişafının zəruriliyindən də söhbət açıb.
Qubada təndirxana yanıb
Quba şəhərində vətəndaşa məxsus təndirxana yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 60 m2 olan təndirxananın tavanı 4 m2 sahədə yanmıb. Təndirxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Əfqanıstan Azərbaycan Maliyyə Nazirliyinin təcrübəsini öyrənir
Əfqanıstan İslam Respublikasının Maliyyə Nazirliyinin rəsmi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir. Maliyyə Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, səfərin məqsədi Azərbaycanın dövlət təşkilatlarında ERP-texnologiyalarının (“müəssisə resurslarının idarəetmə sistemi”) tətbiqi və büdcədən maliyyələşən təşkilatlar üçün maliyyə və mühasibatlıq hesabatları avtomatlaşdırılmış informasiya sistemi (FARABI) üzərindən Maliyyə Nazirliyi ilə elektron sənədləşmənin aparılması ilə yaxından tanışlıqdır.
Avtomobildə gizlədilən mobil telefonlar müsadirə edilib
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
Elmira Süleymanova Bakı İstintaq Təcridxanasına baş çəkib
Ombudsman Elmira Süleymanova Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı Ombudsman tərəfindən həmin müəssisədə bir çox təqsirləndirilən şəxslər fərdi qəbul olunub, ərizə və müraciətlərinə baxılıb, o cümlədən Gözəl Bayramlı, Əfqan Muxtarlı, Əziz Orucov da konfidensial qaydada dinlənilib, hüquqlarının təmin olunması vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər yerində araşdırılmış, bir sıra müraciətlər yerində təmin edilib, ərizələrdə yer alan məsələlərin həlli istiqamətində Müvəkkil səlahiyyətləri çərçivəsində yardımçı olacağını bildirib.
Bakıdakı teatrda qırğın - Aktyor aktrisalara hücum çəkdi, qadının...
Təcili yardım həkimlərini döyənlər, təhqir edənlərlə bağlı məsələ Milli Məclisə çıxarılacaq
Tibb işçilərinin, xüsusilə də təcili tibbi yardım işçilərinin statuslarının və hüquqlarının artırılması təklif olunur. Bu təşəbbüslə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, bununla bağlı parlamentin payız sessiyasında məsələ qaldırmaq niyyətindədir.
Mehman Əliyevin azadlığa çıxması radikalların ürəyincə olmayıb
Bu günlərdə Azərbaycan prezidenti humanizm prinsiplərinə bir daha sadiqlik nümayiş etdirərək iki mühüm addım atdı. Birincisi, Azərbaycanın qanunlarına, ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirən, işğal altında olan ərazilərimizə qeyri-qanuni səfər etdiyinə görə, müvafiq cəzaya məhkum edilən Aleksandr Lapşini əfv etdi. İkincisi, dövlət başçısının tövsiyəsi əsasında vergidən yayınma ittihamları ilə 3 aylıq həbs qətimkan tədbiri seçilən, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı ilə əvəz edildi.
Yeni dərs ilində qarşıda duran vəzifələr müzakirə edilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, fənlər üzrə metodbirləşmə sədrləri, psixoloqlar və uşaq birliyi rəhbərləri üçün bölmə iclasları davam edir. “OLAYLAR”-a Təhsil İdarəsindən daxil olan məlumata görə, paytaxt üzrə növbəti bölmə iclasları sentyabrın 13-də Xətai, Suraxanı və Sabunçu rayonlarında keçirilib. BŞTİ-nin struktur bölmə rəhbərləri və əməkdaşlarının qatıldığı iclaslarda Təlimə Dəstək Mərkəzinin işçiləri moderatorluq ediblər.
Səhiyyənin inkişafına güclü dövlət dəstəyi var
“Ölkəmizdə səhiyyənin inkişafına güclü dövlət dəstəyi göstərilir”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə gör, bu fikri Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov səsləndirib. O, bildirib ki, dövlət bu sahənin maddi-texniki bazasının gücləndirilməsi üçün lazımi addımları atır. Onun sözlərinə görə, məhz bu dəstəyin nəticəsidir ki, son illər yüzlərlə tibb ocağı tikilib istifadəyə verilib.














