Azərbaycan nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatında
Böyük Britaniyada səfərdə olan Azərbaycan Respublikasının nümayəndə heyəti BMT – nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatının (IMO) London şəhərində yerləşən baş qərargahında təşkilatın Baş katibinin köməkçisi və Üzv dövlətlərin Auditi və implementasiya üzrə dəstək şöbəsinin direktoru Cənab Laurens Barşyu ilə görüşüb.
13 Sentyabr 2017 12:35 SosialBöyük Britaniyada səfərdə olan Azərbaycan Respublikasının nümayəndə heyəti BMT - nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatının (IMO) London şəhərində yerləşən baş qərargahında təşkilatın Baş katibinin köməkçisi və Üzv dövlətlərin Auditi və implementasiya üzrə dəstək şöbəsinin direktoru Cənab Laurens Barşyu ilə görüşüb. "OLAYLAR"-ın Dövlət Dəniz Administrasiyasına istinadən verdiyi xəbərə görə, Beynəlxalq Dəniz Təşkilatının Baş katibinin köməkçisi və Üzv dövlətlərin Auditi və implementasiya üzrə dəstək şöbəsinin direktoru Cənab Laurens Barşyu Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupunun bu ilin 28 may - 06 iyun tarixlərində Azərbaycan Dövlət Dəniz Administrasiyasında keçirdikləri yoxlamanın nəticələrinə görə Azərbaycan Respublikasının 172 dünya dəniz dövləti sırasında ən qabaqcıl dövlətləri geridə qoyaraq statistika üzrə ön sırada yer tutmasını mühüm və vacib bir məqam kimi vurğulayıb. Qlobal problemlərin tüğyan etdiyi, iqtisadi böhranın yaşandığı dünya ölkələrindən fərqli olaraq bu gün Azərbaycanın stabil, təhlükəsiz, inkişaf edən dövlət olduğunu deyən Cənab Laurens Barşyu audit yoxlaması nəticəsində əldə edilən uğurlu nəticənin nümunə olacaq vacib amil kimi dəyərləndirib. Görüşdə qeyd olunub ki, dənizçilik sahəsində bundan sonra da qanunvericiliyin təkmilləşdirilməsi, dəniz üzgüçülüyünün təhlükəsizliyi sisteminin effektivliyinin artırılması, dəniz nəqliyyatı sahəsində Beynəlxalq Dəniz Təşkilatının konvensiyalarının tələblərinə riayət olunması istiqamətində daha vacib işlər görüləcək. Artıq bu istiqamətdə müəyyən layihələrin hazırlandığını deyən nümayəndə heyəti bildirdi ki, layihələrin reallaşması dənizçilik sahəsinin inkişafına öz töhfəsini verəcək.