Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bəhrəmtəpə-Horadiz yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində “MAZ” markalı yük avtomobili yol qəzası nəticəsində yol kənarına aşıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bəhrəmtəpə-Horadiz yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində "MAZ" markalı yük avtomobili yol qəzası nəticəsində yol kənarına aşıb. FHN-dən "Olaylar"a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 10:40-da başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31