Qeyri-formal məşğulluq dünya iqtisadiyyatına ciddi təsir göstərir

Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində mühüm addımlar atılır Hazırda qeyri-formal sektorun həm əhalinin məşğulluğuna, həm də bütövlükdə ölkələrin iqtisadiyyatına ciddi təsir göstərməklə əmək bazarının müstəqil seqmentinə çevrilmə prosesi müşahidə olunmaqdadır. Qeyri-formal məşğulluğun dünya iqtisadiyyatında payının getdikcə artması bu məsələyə hökumətlərin, sosial tərəfdaşların, beynəlxalq təşkilatların və tədqiqatçıların artan marağına səbəb olur, bu sahədə yeni innovativ yanaşmaların müəyyənləşdirilməsini zəruri edir. Rəsmi statistik məlumatına əsasən, dünyada iqtisadi fəal əhalinin yarısından çoxu, yəni 1,8 milyard nəfər, əmək müqaviləsi bağlamadan, başqa sözlə, sosial müdafiə ilə əhatə olunmadan çalışır. Tədqiqatlar göstərir ki, son dövrlərdə, əksər ölkələrdə milli sərvətin strukturunda nəzərə çarpacaq dəyişikliklər baş verir.

Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində mühüm addımlar atılır

Hazırda qeyri-formal sektorun həm əhalinin məşğulluğuna, həm də bütövlükdə ölkələrin iqtisadiyyatına ciddi təsir göstərməklə əmək bazarının müstəqil seqmentinə çevrilmə prosesi müşahidə olunmaqdadır. Qeyri-formal məşğulluğun dünya iqtisadiyyatında payının getdikcə artması bu məsələyə hökumətlərin, sosial tərəfdaşların, beynəlxalq təşkilatların və tədqiqatçıların artan marağına səbəb olur, bu sahədə yeni innovativ yanaşmaların müəyyənləşdirilməsini zəruri edir. Rəsmi statistik məlumatına əsasən, dünyada iqtisadi fəal əhalinin yarısından çoxu, yəni 1,8 milyard nəfər, əmək müqaviləsi bağlamadan, başqa sözlə, sosial müdafiə ilə əhatə olunmadan çalışır. Tədqiqatlar göstərir ki, son dövrlərdə, əksər ölkələrdə milli sərvətin strukturunda nəzərə çarpacaq dəyişikliklər baş verir. Bu, özünü iqtisadiyyatda aksentin orta hesabla hər ölkənin ümumi sərvətinin 16 faizini təşkil edən fiziki kapitaldan ümumi sərvətin 64 faizini təşkil edən insan kapitalına yönəldilməsində büruzə verir. Məhz bunun üçün də, əmək münasibətlərinin rəsmiləşdirilməsi, vətəndaşların əmək və sosial hüquqlarının qorunması məsələsinə, bu sahədə mövcud olan problemlərin həllinə insan inkişafı kontekstində baxılması dünyanın bütün ölkələrində olduğu kimi Azərbaycan üçün də olduqca əhəmiyyətlidir.  

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qeyd edib ki, qeyri-formal məşğulluq inkişaf etməkdə olan və keçid ölkələrində, hətta inkişaf etmiş ölkələrdə də müşahidə olunur. Belə ki, iqtisadiyyatda qeyri-formal sektorun payı inkişaf etmiş Avropa Birliyi (EC-27) ölkələrində orta hesabla 18,4 faiz, Avstraliya, Kanada, Yaponiya, Yeni Zelandiya və ABŞ-da isə 8,6 faiz təşkil edir.  BƏT-in və Ümumdünya Ticarət Təşkilatının birgə araşdırmaları nəticəsində müəyyən olunub ki, inkişaf etməkdə olan ölkələrdə qeyri-formal məşğulluğun səviyyəsinin yüksək olması ticarət əlaqələrinə daha çox təsir edir və ölkələrin açıq ticarətdən qazanc əldə etmək imkanını azaldır. Gender statistikası isə göstərir ki, inkişaf etmiş ölkələrdə qeyri-formal məşğulluq əsasən kişilər, xüsusilə miqrantlar arasında müşahidə olunur, inkişaf etməkdə olan ölkələrdə isə bu daha çox qadınlara xas olan haldır. Coğrafi baxımdan, qeyri-formal məşğulluğun əhatəsi şəhər yerlərində kənd yerlərinə nisbətən daha genişdir. Lakin kənd təsərrüfatında çalışanların məşğul əhalidə xüsusi çəkisinin yüksək olduğu ölkələrdə qeyri-formal məşğulluğun payı daha böyükdür". Sirr deyil ki, Azərbaycanda da qeyri-formal əmək münasibətlərinin aradan qaldırılması istiqamətində ciddi addımlar atılmaqdadır. Bu addımlar həm islahatlar, həm də inzibatı yollarla həyata keçirilir. Hətta bu məqsədlə müxtəlif tətəfdaş qurumlar əməkdaşlıq şəraitində fəaliyyətə üstünllük verirlər. Azərbaycanda hesab olunur ki, əmək münasibətlərinin rəsmiləşdirilməsi öılə iqtisadiyyatına xeyir verməklə yanaşı, işçilərin sosial hüquqlarının qorunmasına da xidmət edir.

S.Müslümov vurğulayıb ki, əmək bazarında qeyri-formal əmək münasibətlərinin mövcudluğu, milli qanunvericilikdə dəqiq müəyyən olunan hüquq pozuntusu olaraq, ölkədə əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə mənfi təsir göstərir, layiqli əməyin dəstəklənməsi və nəticə etibarı ilə əmək məhsuldarlığının yüksəldilməsi üçün çətinliklər yaradır. Bunu dərk edərək, Azərbaycan Hökuməti sosial tərəfdaşları, vətəndaş cəmiyyətinin nümayəndələrini və elmi tədqiqtçıları cəlb edərək, problemin tezliklə aradan qaldırılması üçün birgə səyləri səfərbər edib zəruri addımlar atır: "Qeyd olunan hədəflərə nail olmaq üçün dövlət orqanları arasında koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamı ilə aidiyyəti dövlət orqanlarının, Azərbaycan Həmkarlar İttifaqlarının və Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının rəhbərləri səviyyəsində Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası və Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılıb. Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib". İnsafən desək, sözügedən nazirlik əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqmətinda xeyli işlər görüb. Müasir informasiya kommunikasiya texnologiyalarından yararlanaraq innovativ yeniliklərə imza atıb. Görülən işlər ölkədə sığorta prinsipinə əsaslanan və iqtisadi fəallığı təşviq edən sosial təminat sisteminin qurulmasını ehtiva edən pensiya islahatları, icbari tibbi sığorta sisteminin tətbiqi, müstəqil işsizlikdən sığorta sisteminin yaradılması ilə əmək münasibətlərinin leqallaşması, məşğulluq sahəsində dövlət siyasətinin həyata keçirilməsinə nəzarətin gücləndirilməsinə imkan yaradıb.  Azərbaycanda 2014-cü ildən fəaliyyət göstərən əmək müqavilələrinin elektron qeydiyyatı sistemi əmək hüquqlarının təminatına dövlət nəzarətinin səmərəli təşkilinə, əmək müqavilələrinin bağlanmasında formal yanaşmaların aradan qaldırılmasına, işçinin hazırkı əmək və gələcək sosial təminat hüquqlarını sual altında qoyan qeyri-rəsmi məşğulluq hallarının qarşısının alınmasına böyük imkanlar yaradıb. Sistemdəki dəyişikliklər ölkənin əmək bazarındakı prosesləri izləməyə və təhlil etməyə, lazımi addımların atılması üçün təkliflər hazırlamağa imkan verir. Onu da xatırladaq ki, Azərbaycanda tətbiq olunan özünüməşğuluq proqramı əmək münasibətlərinin leqallaşdırılmasında əhəmiyyətli rol oynayır. Özünəməşğulluğun hüquqi prosedurlar çərçivəsində səmərəli təşkili əmək bazarının inkişafı baxımından əmək qabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin edilməsinə yönəldilən ən vacib tədbirlərdən biridir. Tədricən ünvanlı yardım sistemindən özünüməşğulluq sisteminə keçidin sahibkarlıq fəaliyyətini stimullaşdıracağı, biznesə və qeyri-formallıqdan formal iqtisadi münasibətlərə marağın  artıracağı şübhəsizdir.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31