Udanda elə sevinirik ki, uduzanda sevinməməyə ayaq yeri qoymuruq

"Qarabag" futbol komandamız uduzdu. Problem yoxdur. Dūnyada uduzmayan komanda yoxdur. O ki qalsin, ilk dəfə belə bir yūksək liqada oynayan komanda. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay “Çelsi”-“Qarabağ” oyununun nəticəsini şərh edərkən səsləndirib.

"Qarabag" futbol komandamız uduzdu. Problem yoxdur. Dūnyada uduzmayan komanda yoxdur. O ki qalsin, ilk dəfə belə bir yūksək liqada oynayan komanda. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay "Çelsi"-"Qarabağ" oyununun nəticəsini şərh edərkən səsləndirib. O, bildirib ki, komanda öz işini görūb: "Azərbaycan futbolu tarixində tarix yazıb. Milli futboldakı heç bir komandanın edə bilmədiyini etdi, Çempionlar Liqasına çıxdı. Halal olsun". İlqar Altay qeyd edib ki, "Qarabağ"ın futbolćularında da problem yoxdur: "Göstəricilərini göstəriblər, təcrùbələrini yığıblar, qazandıqlarını qazanıblar. Inamla davam edəcəklər, öz məşqlərinə, oyunlarına, həyatlarına, iş-gūclərinə. Komandanın rəhbərliyi, məşqçiləri də razıdırlar, həm özlərinin, həm oyunçularının builki nəticəsindən. Problem bir bizdədir. Komandaya azərkeşlik edən, təəssūbūnū çəkən insanlarımızda. Çūnki, dūşūncə və davranışmızda reallıgı itiririk, həddi-hūdudumuzu bilmirik, izafiliyik, emosiyamîzı cilovlaya bilmirik. Udanda elə sevinirik ki, uduzanda sevinməməyə ayaq yeri qoymuruq. Oyundur axı bu, adından görūndūyū kimi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31