Bir televizor al, ikisinin pulunu ödə
Kim haqlıdır, "Kontakt Home", vətəndaş, yoxsa məhkəmə? Bakı şəhəri, 2-ci mikrorayon, Hüseyn Bala Əliyev küçəsi, ev 7, mənzil 91 ünvanda yaşayan Arzu Quliyeva Məmməd qızı Azad İstehlakçilar Birliyinin sədri Eyyub Hüseynova ərizə ilə müraciət edib. Müraciətdə bildirilir ki, vətəndaş 07.02.2015-ci ildə “Kontakt Home” adlı mağazadan 950 AZN dəyərində LG LED markalı televizor alıb. Bu malı alarkən mənə izah olundu ki, televizorun dəyəri manatla, 6 ay müddətində faizsiz ödənilə bilər və mən göstərilən pulu tam şəkildə ödəmişəm, hətta 75 manat artıq ödəmişəm. Yəni mən mağazaya yox, mağaza mənə borcludur. Borcu manatla tam ödəyən dövrdə devalvasiya baş verib və manatla borc tam ödənilsə də, dükan müqaviləyə istinad edərək əlavə (məzənnə fərqi) 301,67 dollar habelə 360 manat pulun da ödənilməsini tələb edir. Bu o deməkdir ki, mən bir televizor alıb, ikisinin pulunu ödəməliyəm. Mən, Azərbaycan vətəndaşı olaraq Azərbaycan ərazisində yerləşən mağazadan mal almışam və aldığım müddətdə göstərilən malın pulunu Azərbaycanın Milli Valyutası ilə tam ödəmişəm.
12 Sentyabr 2017 16:40 SosialKim haqlıdır, "Kontakt Home", vətəndaş, yoxsa məhkəmə?
Bakı şəhəri, 2-ci mikrorayon, Hüseyn Bala Əliyev küçəsi, ev 7, mənzil 91 ünvanda yaşayan Arzu Quliyeva Məmməd qızı Azad İstehlakçilar Birliyinin sədri Eyyub Hüseynova ərizə ilə müraciət edib. Müraciətdə bildirilir ki, vətəndaş 07.02.2015-ci ildə "Kontakt Home" adlı mağazadan 950 AZN dəyərində LG LED markalı televizor alıb.
Bu malı alarkən mənə izah olundu ki, televizorun dəyəri manatla, 6 ay müddətində faizsiz ödənilə bilər və mən göstərilən pulu tam şəkildə ödəmişəm, hətta 75 manat artıq ödəmişəm. Yəni mən mağazaya yox, mağaza mənə borcludur. Borcu manatla tam ödəyən dövrdə devalvasiya baş verib və manatla borc tam ödənilsə də, dükan müqaviləyə istinad edərək əlavə (məzənnə fərqi) 301,67 dollar habelə 360 manat pulun da ödənilməsini tələb edir. Bu o deməkdir ki, mən bir televizor alıb, ikisinin pulunu ödəməliyəm. Mən, Azərbaycan vətəndaşı olaraq Azərbaycan ərazisində yerləşən mağazadan mal almışam və aldığım müddətdə göstərilən malın pulunu Azərbaycanın Milli Valyutası ilə tam ödəmişəm. "ABC Telecom"un alqı-satqı müqavilələrində əslində qiymət manatla göstərilir. Sadəcə qeyd olunur ki, manat məbləği şərtidir və malın qiyməti dolların məzənnəsinə uyğun ödənilməlidir. Həsən keçəl, keçəl Həsən - nə fərqi? Faktiki belə çıxır ki, qiymət manatla deyil, dollarla ifadə olunub. Halbuki, Konstitusiyada, Mülki Məcəllənin 439.1-ci maddəsində birmənalı təsbit edilib ki, yerli şəxslər arasında pul öhdəliyi manatla ifadə edilməlidir. Konstitusiya Məhkəməsi də 2015-ci ildə bu maddənin şərhini verərək vurğulayıb ki, bu tələb ilk növbədə alqı-satqı müqaviləsinə aiddir. Alqı-satqı müqaviləsində hər hansı şərti qiymət ola bilməz, qiymət milli valyutada ifadə olunmalıdır". Onun bildirdiyinə görə, bu işlə əlaqəli olaraq "ABC-Telecom" MMC- Kontakt Home Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir: "Birinci məhkəmə mənim xəbərim və iştrakım olmadan aparılmışdır və Kontakt Home xeyrinə əmr verilmişdir. Mən bu əmrə etiraz edərək Nəsimi Rayon Məhkəməsinə müraciət edərək mənim vətəndaş və istehlakçı haqlarımı pozulmasını müdafiə olunmasını xahiş etmişdim. Geniş və hərtərəfli araşdırmalardan sonra Nəsimi Rayonunda təkrar bu işlə bağlı məhkəmə keçirilmişdir və bu dəfə bütün qanunveriçiliyə və təqdim olunan çeklərə və sənədlərə əsasən obyektiv araşdırılmışdır. Haqlı olaraq qərar çıxartmışdır ki, iddiaçı "ABC Telecom" - Kontakt Home-un cavabdeh Arzu Quliyeva Məmməd qızına qarşı "borc" tələbinə dair iddiası təmin edilməsin. Bu qərar tam əsaslı və Azərbaycan hüquq normativlərinə dayanaraq, Azərbaycan Respublika Konstitusiyanın 19-cu maddəsinə və Mülki Məcəllənin 439-cu maddəsinə əsasən verilmişdir. Bundan sonra "ABC Telecom" MMC-nin Baki Appelyasiya Məhkəməsinə etirazını bildirmişdir və yenə də bütün qanunlara dayanaraq mən, haqlı olmağımı sübüt etmişdim və bununla belə Baki Appelyasiya Məhkəməsinin MK-nin 2 (103) - 2084/2017 , hakim Etibar Nəbiyev, verdiyi qərar üzrə mənim haqlı olduğum yenə təsdiq olunmuşdur və mənim xeyrimə qərar verilmişdir. Bunda sonra Kontakt Home - ABC Telecom yenədə Ali Məhkəmənin Mülki Kolleqiyasına şikayət etmişdir. Ali Məhkəmə tərəfindən mənə heç bir xəbərdarlıq və məlumat verilməmişdir, bundan əlavə nə iclas haqda, nə də çıxarılan qərar haqqında mənə məlumat verilməmişdir. Demək ki, məhkəmə iclası tam məxfi şəkildə aparılmışdır. İyulun 4-də, 2017 ildə AR Ali Məhkəmənin Mülki Kolleqiyası, Hakim Aslan Kalbaliyevin sədrili ilə aparılan iclasda qərara alınmışdır ki, "ABC Telecomun MM kassasiya şikayəti qismən təmin edilsin və aki Appelyasiya Məhkəməsinə yenidən göndərilsin. Nəticədə də biabırçı qərar qəbul edilib: guya dollarla mal satmaq olar. Hakim Kalbalıyev nəyə əsaslanır? Ali Məhkəmənin hakimi ali qanunu qorumaq əvəzinə onu pozur". Şikayətçi Arzu Quliyeva xahiş edir ki, Azərbaycan Respublikasının əsas qanununu, Azərbaycan Respublikasının dövlətçiliyini və qanunvericiliyini müdafiə etməyə ona dəstək verilsin: "Azərbaycan milli valyutası dövlətçiliyin atributlarına aiddir. Yalnız keçid dövründə1992-1993 illərdə Azərbaycan manatı və Sovet rublu paralel vayuta kimi istifadə olunmuşdur. Azərbaycan müstəqil dövlət bəyan olduğundan sonra Azərbaycan Respublikasının Konstitusiyasını təsdiq edilmişdir və 1994 ildən manat, milli valyuta kimi bəyan edilmişdir və pul dövrüyəsində istifadə olunan yeganə amildir. Mən, artıq 3 ildir ki, Azərbaycan qanunvericiliyini məhkəmə strukturları qarşısında müdafiə etməyə məcburiyyətində qalmışam, çünki bunun əksini iddia etmək həm Azərbaycan dövlətçiliyinə, həm də Azərbaycan qanunvericiliyinə ciddi zərbədir. Bu illər ərzində 7 dəfə müxtəlif səviyyələrdə məhkəmə iclasları olub və mən bu məhkəmənin ikisində qalib gəlməklə (Nəsimi Rayon Məhkəməsi vəAppelyasiya Məhkəməsi) sadəcə bunu sübut etməyə çalışmışam ki, mən Azərbaycan vətəndaşıyam və Azərbaycanın dövlətçiliyini müdafiə etməyə hazıram. Kontakt Home-dan mal almaq istəyən müştərilərə məsləhət verirəm ki, ordan mal almaq istəyənlər bir də yaxşı fikirləşsinlər, çünki onların özlərini müdafiə etmək üçün kifayət qədər hüquqi savadı, möhkəm can sağlığı, kəndir kimi əsəbləri, dəmir kimi iradələri, geniş səbri və bol vaxtları olmalıdır".
Alim