H.Əliyev adına NEZ-də yeni layihə həyata keçirilir

 Heydər Əliyev adına Neft Emalı Zavodunda inşa olunan yeni Susoyutma qurğusunun istismara verilməsindən sonra buradan “Ekol” Mühəndislik Xidmətləri QSC-nin mexaniki təmizləmə sahəsinə daxil olan çirkab sənaye sularının miqdarı kəskin azalıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, sənaye sularında olan neft məhsullarının ayrılma prosesini daha da təkmilləşdirmək məqsədi ilə Zavod tərəfindən təklif edilmiş yeni layihə üzrə tikinti-quraşdırma işlərinə başlanılıb. Layihənin əsas məqsədi mexaniki təmizləmə sahəsinə müxtəlif istiqamətlərdən daxil olan bütün suları bir yerə yönləndirmək və kimyəvi reagentlər vasitəsilə sənaye sularını neft məhsullarından 3 mərhələdə təmizləməkdir.

 

Heydər Əliyev adına Neft Emalı Zavodunda inşa olunan yeni Susoyutma qurğusunun istismara verilməsindən sonra buradan "Ekol" Mühəndislik Xidmətləri QSC-nin mexaniki təmizləmə sahəsinə daxil olan çirkab sənaye sularının miqdarı kəskin azalıb. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, sənaye sularında olan neft məhsullarının ayrılma prosesini daha da təkmilləşdirmək məqsədi ilə Zavod tərəfindən təklif edilmiş yeni layihə üzrə tikinti-quraşdırma işlərinə başlanılıb. Layihənin əsas məqsədi mexaniki təmizləmə sahəsinə müxtəlif istiqamətlərdən daxil olan bütün suları bir yerə yönləndirmək və kimyəvi reagentlər vasitəsilə sənaye sularını neft məhsullarından 3 mərhələdə təmizləməkdir. Bunun üçün istismarda olan mexaniki təmizləmə sahəsinin tutum və avadanlıqlarından istifadə etməklə yanaşı, reagentlərin saxlanılması və verilməsi üçün 3 ədəd çən, 1 ədəd qarışdırıcı, 2 ədəd su nasosu, hər bir reagentin verilməsi üçün dozalaşdırıcı nasoslar quraşdırılacaq.  Quraşdırma işləri "Neftqaztikinti" Tresti tərəfindən həyata keçirilir.                               

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31