Azərbaycan dinlərarası tolerantlığın məkanıdır 

Sumqayıt şəhər Cümə məscidində “İslam həmrəyliyi – düşüncə tariximizin dünəni və bu günü” layihəsi çərçivəsində “Azərbaycan dinlərarası tolerantlığın məkanı kimi”  mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan icma sədri Rauf Sərdarov keçirilən tədbirlərin cəmiyyətimizdə mövcud olan həmrəylik, tolerantlıq kimi tarixən formalaşan ənənələrə müsbət töhfə verdiyini bildirib. Qeyd edib ki, müasir dövrdə İslam aləminin əsas problemləri olan cəhalət, xurafat və radikalizmə qarşı mübarizənin başlıca vasitəsi düzgün maarifləndirmə, möhkəm tarixi köklərə söykənən milli-dini dəyərlərin təbliğ olunmasıdır.

 Sumqayıt şəhər Cümə məscidində "İslam həmrəyliyi - düşüncə tariximizin dünəni və bu günü" layihəsi çərçivəsində "Azərbaycan dinlərarası tolerantlığın məkanı kimi"  mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan icma sədri Rauf Sərdarov keçirilən tədbirlərin cəmiyyətimizdə mövcud olan həmrəylik, tolerantlıq kimi tarixən formalaşan ənənələrə müsbət töhfə verdiyini bildirib. Qeyd edib ki, müasir dövrdə İslam aləminin əsas problemləri olan cəhalət, xurafat və radikalizmə qarşı mübarizənin başlıca vasitəsi düzgün maarifləndirmə, möhkəm tarixi köklərə söykənən milli-dini dəyərlərin təbliğ olunmasıdır.

DQİDK-nın əməkdaşı Yalçın Abdullayev çıxışında dünyada, o cümlədən müsəlman dünyasında baş verən qanlı münaqişələr zəminində birgəyaşayış və tolerantlıq prinsiplərinin elmi-nəzəri əsaslarının öyrənilməsi və təbliğinin vacib olduğunu qeyd edib. Ölkəmizdə 2016-cı ilin "Multikulturalizm ili", 2017-ci ilin isə "İslam Həmrəyliyi İli"  elan olunması və bu çərçivədə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətindən danışıb.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, DQİDK-nın nəşri olan dini maarifləndirici ədəbiyyatlar paylanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31