Sosial
DTX cəbhəyanı ərazilərdə yaşayan vətəndaşlara xəbərdarlıq etdi
“Azərbaycanın düşmənlə təmas xətti yaşayış məntəqələrinə yaxın yerləşir. Bu səbəbdən ordumuzun canlı qüvvəsinin, hərbi texnikasının yerdəyişmələri, əraziyə yeni hərbi texnikaların gətirilməsi əksər hallarda yerli sakinlər tərəfindən müşahidə edilir və bununla da onlar artıq vacib informasiya daşıyıcısına çevrilirlər. Bu vətəndaşların bəziləri şahidi olduqları hərbi və təhlükəsizlik tədbirləri barədə fikirlərini, yaxud çəkdikləri video və fotoşəkilləri öz yaxınları ilə sosial şəbəkədə və mobil telefon vasitəsilə bölüşürlər. Bununla da onlar düşmənə cəbhə xəttində əməliyyat şəraitini sürətləndirməyə və ordumuza qarşı qabaqlayıcı tədbirlər görməyə şərait yarada bilən informasiyanın sızmasına səbəb olurlar”. Bunu Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən “Vətəni müdafiəyə daim hazırıq” adlı Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin forumunda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini, general-mayor İlqar Musayev deyib.
Daha 3 dövlət müəssisəsi özəlləşdirilib
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib.Komitədən “Olaylar”a verilən məlumata görə, əvvəlki hərraclarda olduğu kimi, bu hərracda da dövlət əmlakının özəlləşdirilməsinə, habelə hərracların keçirilməsi prosesinə investorlar və ictimai maraq kifayət qədər böyük olub. Budəfəki hərracda 3 kiçik dövlət müəssisəsi, 11 qeyri-yaşayış sahəsi özəlləşdirilib. Qeyd edək ki, Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi və 11 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi sahibini tapıb. Paytaxt üzrə özəlləşən kiçik dövlət müəssisəsi Sabunçu rayonunda yerləşən 70/1 saylı mağazadır. Adı çəkilən obyektin torpaq sahəsi 186 kv.m, ümumi faydalı sahəsi isə 154 kv.m təşkil edir.
Ata və anasını 7 gün səbətdə daşıyaraq xilas edib - Foto
Bakıda oğlanla qız parkda sevişdi - VİDEO
Ayı balalarını maşın yolundan necə keçirdi-SUPER FOTO
Günel Səfərova: "ATƏT yalnız Şərqə baxır, Qərbi görmür"
"Gənc Vətəndaş" Maarifləndirmə İctimai Birlyinin icraçı direktoru Günel Səfərova ATƏT-in Varşavada keçirilən İnsan hüquq və azadlıqlarına həsr olunan toplantısında çıxış edib. “OLAYLAR”-ın xəbərinə görə, Günel Səfərova çıxışında erməni təxribatının qurbanı olmuş 2 yaşlı Zəhranın ölümündən danışıb, eləcə də ATƏT-in ikili yanaşmasını tənqid edib: “Tədbirdə məndən əvvəl çıxış edənlər söz azadlığının fundamental insan hüququ olduğunu vurğuladılar və müstəqil mass media haqqında kifayət qədər danışıldı. Azərbaycana qarşı saxta məlumatlar istusna olmaqla deyilən fikirlərin bir çoxu ilə razıyam. Qeyd etmək istəyirəm ki, Azərbaycanın ərazisi olan Qarabağa ATƏT-ə üzv ölkələrdən 120 jurnalist qanunsuz səfər edib.
Azərbaycan üçün daha geniş manevr imkanları açılır
İstəyimizdən asılı olub-olmayaraq regionda hərbi hərəkətlilik artır. Özü də bu hərəkətlilik hər ötən gün yeni bir mərhələyə, fazaya qədəm qoyur. Regiondakı hərbi hərəkətliliyin artmasında başlıca faktor rolunu təkcə region ölkələri oynamır. Eyni zamanda Cənubi Qafqaza marağı olan, burada öz mövqelərini mökləmləndirməyə çalışan supergüclər də regiondakı hərbi hərəkətliliyin artmasında müstəsna rol oynayır. NATO-nun Gürcüstanda hərbi təlimlər keçirməsini özü üçün birbaşa təhdid hesab edən, eyni zamanda regiona nəzarəti itirmək təhlükəsi ilə yaşayan Rusiyanın Ermənistanla hava hücumundan müdafiə qoşunları yaratması da Qafqazda hərbi hərəkətliliyin artmasına gətirib çıxaran amillərdəndir. Paralel olaraq bütün bunların fonunda Azərbaycan da qeyd edilən istiqamətlərdə müvafiq addımlar atmaqdadır. Elə bu günlərdə Azərbaycanın müdafiə naziri Zakir Həsənovun İsrailə səfər etməsi fonunda bunu aydın görmək mümkündür.
Azərbaycana qənim kəsilənlər
Birinci Qarabağ müharibəsi zamanında ermənilərin işğal etdikləri ərazilərimizdə basdırmış olduğu minalar nə qədər təhlükəli və qorxuludursa, hazırda Avropada siyasi mühacir həyatı yaşayan “soydaşlarımız” da o dərəcədə təhlükəli və qorxuludur desək yanılmarıq. Əgər Qarabağda basdırılmış minalar Azərbaycan vətəndaşını hədəfləyib, onun məhvinə yönəlibsə, Avropadakı azərbaycanlı mühacirlərdən ibarət “minalar” isə birbaşa dövlətçiliyi, milli mənafeləri, xalqı hədəf seçib. Amma ümumilikdə götürəndə isə hər ikisi eyni marağa, Ermənistan dövləti və erməni lobbisinin maraqlarına xidmət edir ki, onun da mahiyyəti, məqsədi Azərbaycan dövlətçiliyinə zərbə vurmaq, nüfuzuna xələl gətirməkdir.
Nazirlik reyd keçirdi – Bələdiyyə sədri cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən nəzarət etdikləri inzibati ərazilərdə (Cəlilabad, Masallı, Lənkəran, Lerik, Astara) ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib. “Olaylar” bildiriri ki, reyd zamanı Cəlilabad rayonu Seyidbazar bələdiyyəsi ərazisində məişət tullantılarının mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı təsbit edilib. Vaxtı-vaxtında tullantıların daşınmadığı və bununla bağlı verilmiş icrası məcburi olan müddətli “məcburi göstəriş”in tələblərinin yerinə yetirilmədiyi üçün məsul şəxslər cəzalandırılıb.
Xətaidə yaşayış binası yanıb
Xətai rayonunda yaşayış binası yanıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) “Olaylar”a verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonunda 27 mənzildən ibarət, hər mərtəbəsi 400 m2 olan, ikimərtəbəli qamışdan ibarət yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 70 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m2 sahədə, ümumi sahəsi 70 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 5 m2 sahədə, 2-ci mərtəbədə ümumi sahəsi 70 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m2 sahədə və ümumi sahəsi 70 m2 olan digər 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m2 sahədə yanıb.Yanğın saat 05:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Süni körpə qidaları uşaqlar üçün təhlükəlidirmi...
Mərkəzi Bank sədrinin müavini vəzifəsindən azad olunub
“Dialoq fəlsəfəsi” adlı kitab çapdan çıxıb
AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalovun “Dialoq fəlsəfəsi” adlı kitabı işıq üzü görüb. “Avropa” nəşriyyatında çap olunan kitabın elmi redaktoru Bakı Dövlət Universitetinin professoru, fəlsəfə üzrə elmlər doktoru Fərman İsmayılov, rəyçiləri - Fəlsəfə İnstitutunun İslam fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Sakit Hüseynov və fəlsəfə üzrə fəlsəfə doktoru Gündüz Süleymanovdur.
Çaylar da vəziyyət
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-110, Kiçik Qafqazın çaylarında 30-90, Lənkəran-Astara bölgəsi çaylarında 10-40 və Naxçıvan MR çaylarında isə 140 faizini təşkil edir. "Olaylar" bildirir ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 60 m3/s olmaqla ongünlük normanın 43 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 121 m3/s olmaqla ongünlük normanın 87 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 10,5 m3/s olmaqla, ongünlük normanın 12 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 31 m3/s təşkil edərək ongünlük normanın 34 faizinə bərabər olub.










.jpg)



