Ata və anasını 7 gün səbətdə daşıyaraq xilas edib - Foto
12 Sentyabr 2017 14:16 SosialMyanmada işgəncədən qaçan bir gənc yaşlı anasını və atasını çiyinlərinə keçirdiyi səbətdə daşıyıb.
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, həmin gənc 7 gündən sonra sığınacağa çata bilib.
Onun bu hərəkəti Myanmada edilən işgəncələrin hansı səviyyədə olduğunu sübut edib. Belə ki, Myanma ordusu Arakan müsəlmanlarının yaşadığı bütün kəndləri yandırır, insanları isə qətlə yetirirlər.
Son məlumatlara görə, 270 mindən çox müsəlman Banqladeşə sığınıb.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31