Sosial
Axşam 6-dan sonra YEYƏK yoxsa YEMƏYƏK?
Bürclər – 12 SENTYABR
Qızı ilə hazırlaşdı, 48 yaşında tələbə oldu
Quba rayonu Əsparəsti kənd sakini Əfsəl Qazıyev 48 yaşında tələbə adını qazandı. Cari tədris ilinin ən yaşlı abituriyenti hesab olunan Əfsəl Qazıyev, uşaqlıqdan arzusunda olduğu Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinə ekologiya ixtisası üzrə qəbul olub. 1989-cu ildə o vaxtki Quba Sovxoz texnikumunu bitirən kənd sakini daim ali təhsil almaq arzusunda olub. 2 dəfə ali məktəbə qəbul olmaq üçün sənəd versə də, cəhdləri uğursuz olub. Buna baxmayaraq, o, həvəsdən düşmədən çalışıb və illər sonra məqsədinə nail olub. Əfsəl Qazıyev - 48 yaşlı tələbə: “Əsas insanda iradədir. Arzuya, amala çatmaq üçün insan qarşısına məqsəd qoydusa, ona mütləq çatacaq. 25 yaşına çatan oğlan uşağı, qız uşağı fərqi yoxdur. Mən dedim onlara bir yol açaram, məndən cavanlar da ali məktəbə qəbul olarlar”.
Şamaxı əhalisi təşviş içində - VİDEO + FOTO
Zaurdan ağlasığmaz hərəkət - Sumqayıt yolundakı ağaclıqda... - VİDEO
Bəy öz toyunda fiziki qüsurlu bacısına görün nə etdi-VİDEO
Ən faydalı 50 bitki SİYAHI
“Time” jurnalı tarixin bütün dövrlərində orqanizm üçün ən faydalı olan 50 bitki və qidanın siyahısını dərc edib.
Hind alimləri: Yaqut taun və vəba xəstəliklərindən qoruyur
Əsrlər boyu uğrunda qanlar axıdılan, hökmdarların xəzinələrini bəzəyən qiymətli daşlar həm də müalicəvi xüsusiyyətləri ilə diqqəti cəlb etmişdir. Hələ qədim dövrlərin mütəfəkkirləri İbn Sina, Əbu Reyhan Biruni, Nəsirəddin Tusi, Zəkəriyyə Qəzvini daş-qaşın müalicəvi xassələrindən bəhs edən əsərlər yazmışlar. Zaman keçdikcə xalq təbabətinin biliciləri də daş-qaşlardan müalicə məqsədi ilə istifadə etməyə başlamışlar.
Qırmızı turp şəkərli xəstələr üçün əvəzedilməzdir
Uzun sürən qışdan sonra orqanizm öz qüvvələrini bərpa etməlidir. Yazın başlıca problemi avitaminozdur. Qırmızı turpu qida rasionuna əlavə etməklə bunun öhdəsindən çox asanlıqla gəlmək mümkündür.
Azərbaycan diaspor təşkilatı festivalda təmsil olunub
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası, Derince Azərbaycan Evi Dərnəyi Türkiyənin Bilecik rayonunun Söğüt qəsəbəsində Ərtoğrul Qazini anma və Yörük festivalında iştirak edib. “OLAYLAR”-ın xəbərinə görə, üç gün davam edən festivala Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım, yerli icra orqanlarının rəhbərləri, millət vəkilləri, siyasət, mədəniyyət xadimləri, KİV nümayəndələri və digər qonaqlar qatılıb.
Azərbaycanda “Maşın və mexanizmlər elmi üzrə beynəlxalq simpozium” keçirilir
Azərbaycan Texniki Universitetində (AzTU) “Maşın və mexanizmlər elmi üzrə beynəlxalq simpozium” - İSMMS 2017 keçirilir. Sentyabrın 11-i Simpoziumun Plenar İclası təşkil olunub. “OLAYLAR”-a Təhsil Ocağından verilən məlumata görə, simpoziumun Plenar İclasında AzTU-nun rektor əvəzi Xalıq Yahudov öncəliklə Sipoziumun əsas təşkilatçısı olan Maşın və mexanizmlər elmi üzrə Beynəlxalq Federasiya (IFToMM) və Federasiyanın Azərbaycan Komtəsi haqqında məlumat verib.
Binəqədi şossesində hərəkət 2 günlük məhdudlaşdırılır
Yearltı kommunikasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq sentyabr ayının 12-dən 13-nə keçən gecədən etibarən Binəqədi şossesinin Binəqədi-Biləcəri yolu (4-cü qapı küç.) ilə kəsişməsindən Biləcəri-Baksol yolunun kəsişməsinədək olan hissəsində 2 gün ərzində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq.
Vəkil: "Çox güman ki, Lapşin İsrailə sabah göndəriləcək”
"Aleksandr Lapşinin səhhəti ilə bağlı məlumat əldə etdim. Mərkəzi Klinik Xəstəxanadan bildirildi ki, onun səhhəti normaldır". Bunu Aleksandr Lapşinin vəkili Eduard Çernin deyib. O bildirib ki, A. Lapşinin İsrailə deportasiya edilməsi üçün artıq bütün sənədlər hazırdır: "Yalnız təyyarə ilə bağlı dəqiq məlumat yoxdur. İsrailə reys sabah olduğu üçün çox güman ki, Lapşin sabah İsrailə deportasiya ediləcək".
Azərbaycanın 26 turizm zonası yaradılacaq
Azərbaycanda Lənkəran, Masallı, Cəlilabad, Lerik, Yardımlı, Biləsuvar, Astara, Qazax, Samux, Şəmkir, Goranboy, Gədəbəy, Daşkəsən, Ağstafa, Naftalan, Göygöl, Tovuz, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayon və şəhərlərində yeni turizm və rekreasiya zonalarının yaradılması məqsədilə iş aparılır. Bu, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.














