Sosial

Fikir, söz və məlumat azadlığı informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsədlərdir

11 Sentyabr 2017 17:32

Hər bir dövlətin qeyd-şərtsiz olaraq bir informasiya siyasəti mövcuddur və zaman-zaman həmin siyasətə müəyyən korrektələr, düzəlişlər edilir, təkmilləşdirilir. Azərbaycan dövlətinin də bu mənada öz informasiya siyasəti mövcuddur. Amma bir məqamı xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan dövlətinin informasiya siyasətində əsas meyar, diqqət ölkədə fikir, söz və məlumat azadlığının təmin edilməsinə yönəlir və bu istiqamətdə müntəzəm olaraq məqsədyönlü addımlar atılır.

Nazirlik: İntiharlar əsas dörd səbəbdən baş verir

11 Sentyabr 2017 17:28

Səhiyyə Nazirliyi intiharların əsas səbəblərini açıqlayıb. Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov bildirib ki, intiharların 4 əsas səbəbi var. Onun sözlərinə görə, bunlardan birincisi reallıqdan qaçmaq ikincisi, insanın özünə qarşı aqressiv olması, üçüncüsü özünü cəzalandırma, dördüncüsü köməyə çağırışdır.

İndoneziya səfiri Azərbaycan Dillər Universitetində

11 Sentyabr 2017 17:26

Sentyabrın 11 –də Azərbaycan Dillər Universitetinde İndoneziya Respublikasının Azərbaycandakı səfirliyi və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə “İndoneziya və Azərbaycanda multikulturalizm: müqayisəli araşdırma” mövzusunda seminar keçirildi. 

BNA-nın ALO141 Çağrı Mərkəzinin təqdimatı keçirilib

11 Sentyabr 2017 16:41

Bakı Nəqliyyat Agentliyi nəqliyyat xidmətlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlərin səmərəliliyini daha da artırmaq məqsədi ilə İKT-nin imkanlarından geniş istifadə edir.

Hərb və sülh mövzusunda tədbir keçirilib

11 Sentyabr 2017 16:35

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatıçılığı ilə sentyabrın  11-də   Sumqayıt  şəhəri  “Cümə”  məscidində “Sülh aylığı” çərçivəsində “Hərb və sülh” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın DQİDK-yə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Y.Abdullayev bildirib ki, müasir dövrdə dünyanın bir çox  yerlərində  baş verən müharibələr, qarşıdurmalar və onların səbəb olduğu insan tələfatı dinindən, milliyyətindən asılı olmayaraq  hər kəsi narahat  etməlidir.

Penitensiar Xidmət Lapşinin intihara cəhdinin səbəbini açıqladı  

11 Sentyabr 2017 16:32

Aleksandr Lapşin ekstraisiya məsələlərinin uzanmasını bəhanə gətirərək intihara cəhd edib. Bu haqda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. 

Əbülfəs Qarayev Çinə gedib

11 Sentyabr 2017 16:33

Məlum olduğu kimi, BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyasının 22-ci sessiyası cari ilin 11-17 sentyabr tarixində Çin Xalq Respublikasının Çenqdu şəhərində keçirilir.

Bir gündə 6 qəzada 4 nəfər dünyasını dəyişib

11 Sentyabr 2017 16:26

Sentyabrın 10-da  respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən “Olaylar”a  verilən məlumata görə, qəzalarda 4 nəfər ölüb, 11 nəfər isə xəsarət alıb.

Spirtli içkilər aşkar olunub

11 Sentyabr 2017 16:22

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycanvətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. Dövlət Gömrük Komitəsiindən “Olaylar”a verilən məlumata görə, İdarənin "Sınıq Körpü" gömrük postunda keçirilən baxış zamanı, həmin nəqliyyat vasitəsinin salonunda gömrük nəzarətinə düzgün bəyan edilməyən və aksiz markasız 18 ədəd 1 litrlik "Qosudarev zakaz" adlı spirtli içki aşkar olunub. Faktla bağlı araşdırma aparılır. 

Avtomobilin gizli saxlanc yerlərində dərman vasitələri aşkarlandı

11 Sentyabr 2017 16:19

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Volksvagen Passat" markali nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa buferindən hər birində14 həb olmaqla 50 konvalyut üzərində "Nebilet"yazısı olan və hər birində 14 həb olmaqla 207 konvalyut üzərində "Cytotec" yazısı olan dərman vasitələri aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Deputat: Mehman Əliyev barədə qətimkan tədbirinin dəyişdirilməsi müsbət addımdır

11 Sentyabr 2017 16:18

“Azərbaycan prezidenti İlham Əliyevin “Turan” İnformasiya Agentliyinin həbsdə olan direktoru Mehman Əliyev barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilərək azad edilməsi barəsində verdiyi göstəriş təqdir olunası addımdır”. Bunu deyən millət vəkili Fazil Mustafanın  sözlərinə görə, bu, ölkə başçısı tərəfindən atılan növbəti bir humanist addımdır: “Belə tanınmış jurnalistin və ictimai-siyasi aktiv şəxslərin həbsləri ölkəyə müsbət imic  gətirmir. Odur ki, Mehman Əliyev barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilərək azad edilməsi müsbət addımdır”.

Bir qadın ağlayırsa, onunla birgə bütün bəşəriyyət ağlayır... – Günel Natiq yazır...

11 Sentyabr 2017 16:15

Qədim qanunlarda zorlanmaya şəxsiyyətə təcavüz kimi baxırdılar. Hətta Roma qanunlarında da zorlanma fiziki təcavüz kimi xarakterizə olunur, seksual anlam daşımırdı. Yəhudilərin qədim qanunlarında zorlanmış qadının hətta özü müqəssir hesab oluna, ölüm cəzasına məhkum edilə bilərdi. Ancaq bir şərtlə: əgər zorlandığı vaxt qadın qışqırsaydı, hadisə isə talada, meşədə, kimsəsiz bir yerdə baş versəydi, onda yalnız kişi müqəssir hesab olunub daş-qalaq edilirdi. Yox, əgər qadına şəhər yerində təcavüz edilsəydi, fəryad etdiyini isə eşidən olmasaydı (belə hesab edilirdi ki, əgər qadın qışqırıbsa şəhərdə mütləq onun səsini eşidən biri olmalıydı), onda bu təcavüz yox, əxlaqsızlıq sayılırdı və təcavüzkara da, onun qurbanına da ölüm hökmü kəsilirdi.

Anar prezidentə məktub yazdı: Sizə inanırdıq

11 Sentyabr 2017 16:07

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubu yazıb.

“Kolada SPİD var” mesajı bu cür yayılıb: sirr açıldı - Video

11 Sentyabr 2017 16:03

Aktyor Rəfael İsgəndərovun oğlu Votsapda yayılan və əhali arasında narahatlıq yaradan “Kola içkisinə SPİD virusunun düşməsi”ni bildirən səs yazısı ilə bağlı açıqlama verib. Bu barədə  danışan R.İsgəndərovun oğlu Fuad İsgəndərov qeyd edib ki, sözügedən səs yazısını o, İnstaqram səhifəsində zarafat məqsədilə dostları arasında paylaşıb. O bildirib ki, dostları arasında zarafat məqsədilə yaydığı səs yazısında “Koka-Kola” şirkətinin adını çəkmir: “Mən çəkdiyim videoda “kola” sözünü işlətmişəm. Dünyada onlarca “kola” adlı içki növü var. Bilməzdim ki, bu zarafat belə sürətlə yayılacaq və hamı bundan danışacaq”.

Təhsilə  diqqət dövlətin gələcəyinə olan qayğısı deməkdir

11 Sentyabr 2017 15:24

Son illər ərzində Azərbaycan Respublikası sürətli inkişaf tendensiyası müşahidə olunmaqdadır.  Bütün sahələrdə qazanılan  əsaslı  nailiyyətlər  ölkəmizi Cənubi Qazqazın lider  dövlətinə çevirib.  Bu nailiyyətlərin əsasında  həyata  keçirilən məqsədyönlü, davamlı  siyasət  dayanır. Ulu öndər Heydər Əliyevin  başladığı islahatları uğurla həyata  keçirən  Prezident İlham  Əliyev  Azərbaycanı  sürətli inkişaf yoluna  çıxarıb.  Ölkəmiz  indi  nüfuzlu  beynəlxalq  təşkilatlarla  yaxından əməkdaşlıq edir,  ən iri  beynəlxalq layihələrə  qoşulur.